Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ

21 İyun 2022, 17:24
21 İyun
2022
17:24
77
Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova "Report"a müsahibə verib. O, Avropa Şurasının Venesiya Komissiyasının iyunun 20-də Azərbaycanın "Media haqqında” qanununa dair açıqladığı rəyi şərh edib.
- Venesiya Komissiyasının "Media haqqında” qanuna dair verdiyi rəy sizin üçün gözlənilməz oldu, yoxsa elə bu cür yanaşma proqnozlaşdırırdınız?
- Venesiya Komissiyası dünən "Media haqqında” qanuna dair rəyini rəsmi vebsəhifəsində yerləşdirdikdən dərhal sonra Medianın İnkişafı Agentliyi məsələyə münasibətini açıqladı və bir çox məqamlara aydınlıq gətirdi. Biz ilkin rəylə təbii ki tanış idik və vaxt azlığına baxmayaraq, rəydə qeyd olunan məsələlərlə bağlı mövqeyimizi iyunun 13-də Venesiya Komissiyasına yazılı şəkildə təqdim etmişik. Qeyd etmək lazımdır ki, MEDİA tərəfindən irəli sürülən nəzəri və praktiki arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb. Məsələn, Venesiya Komissiyasına cavabda biz Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı "diqqətdən qaçmış” çox önəmli nüansı xatırlatmışıq - reyestr könüllüdür, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə isə hər hansı məhdudlaşdırma müzakirə mövzusu deyil.
Bundan başqa, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciəti nəzərdə tutan hər hansı maddə qanunda ümumiyyətlə yoxdur. Bu cavabımızdan sonra həmin hissə rəydən çıxarılıb, digər hissələr isə daha balanslı şəkildə redaktə edilib və ya götürək fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi maddəsini. Biz Venesiya Komissiyasına bu şəxslərin dairəsini izah etdikdən sonra bu məsələ ilə bağlı da MEDİA Agentliyinin yanaşması qəbul edilib. Daha bir məqam qanundakı "İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar”a dair maddə ilə bağlıdır. MEDİA Agentliyinin ətraflı izahatından sonra Komissiyasının bu maddələrlə bağlı yanaşması müəyyən qədər dəyişib.
- Venesiya Komissiyası MEDİA Agentliyinin başqa hansı rəylərini nəzərə alıb?
- Komissiya rəyində qanunun 15.2-ci maddəsinin məzmununu qiymətləndirmədən 15.3-cü maddəsini şərh etmişdi. Burada söhbət redaktor və ya jurnalistin öz informasiya mənbəyini açıqlamasından gedir. Qanunda göstərilir ki, yalnız ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün mənbə açıqlana bilər, o da ancaq məhkəmənin qərarı ilə. Bütün digər hallarda jurnalist özünün informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu izahatdan sonra yekun rəydə jurnalistin informasiya mənbəyini açıqlamağa məcbur edilməsini qadağan edən maddəyə istinad verilib. Komissiyanın diqqətinə çatdırılıb ki, jurnalist vəsiqəsinin verilməsi ilə jurnalistlərin akkreditasiyası tamamilə fərqli anlayış və prosedurlardır. Bundan sonra Komissiya rəydə akkreditasiya ilə bağlı istinadı dəyişib.
- Yəni Venesiya Komissiya bəzi məqamlarda MEDİA Agentliyinin mövqeyini və arqumentlərini qəbul edib?
- Bəli, Venesiya Komissiyası öz rəyində qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməyib və MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləyib. Hesab edirik ki, bu, beynəlxalq təşkilatlarla səmərəli dialoqun nəticəsidir.
- Bununla yanaşı, Venesiya Komissiyasının açıqladığı rəydə qurumun "Media haqqında” qanunda dəstəkləmədiyi maddələr də əksini tapır. Bu sənəddə qeyd olunan hansı məqamlar prinsipial narazılıq doğurur?
- Prinsipial narazılıq doğuran məqamlardan biri və ən başlıcası ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlarla bağlı yanaşmadır. Rəyə görə, "zorakılıq” elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünə qarşı çağırışlara yol verilə bilər. Amma biz bu yanaşmanı heç bir halda qəbul edə bilmərik. 30 ildən artıq işğal və terrorla üzləşmiş bir ölkəyə qarşı belə yanaşma nə beynəlxalq hüququn prinsip və normalarına, nə də ölkəmizin və xalqımızın maraqlarına uyğun gəlir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, son dövr dünyadakı ictimai-siyasi və hərbi vəziyyət fonunda demokratiya beşiyi hesab olunan ölkələr belə məsələyə yanaşmada bizim baxışımıza uyğun mövqe ortaya qoyur. Avropanın özündə belə dövlətin və vətəndaşların təhlükəsizliyinə zərbə vuran, ictimai marağı təhdid edən informasiyanın məhdudlaşdırılması qanuni və əsaslı hesab edilir. Belə bir durumda Azərbaycandan ərazi bütövlüyünə qarşı çağırışlara "liberal” yanaşma tələb olunmasını anlamaq olmur.
- Rəydə tənqid olunan əsas məqamlardan biri də media subyektinə dair tələblərlə bağlıdır. Məsələn, əvvəllər məhkum edilmiş şəxslərin media subyektinin təsisçisi və ya iştirakçısı ola bilməməsi haqda maddə.
- Bəli, söhbət qanunun 26-cı maddəsindən gedir. Halbuki, bu maddədə hər şey aydın göstərilir - "əvvəllər məhkum edilmiş şəxslər” dedikdə, məsələn, hər hansı abidəyə zərər vurduğu üçün məhkum həyatı yaşamış şəxslər yox, ağır və ya xüsusilə ağır cinayətlərə, həmçinin ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslər nəzərdə tutulur. Azərbaycanın Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər konkret göstərilir - cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s. Təəssüf ki, məsələ ilə əlaqədar dəfələrlə izahat verilməsinə baxmayaraq, bu maddə hələ də mahiyyətinə zidd şəkildə şərh edilir.
Media subyektlərinə dair tələblərlə bağlı bir məsələni də qeyd etmək istərdik ki, qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir. Belə olan halda, sadəcə, nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi isə icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirilmək əsassızdır.
- Venesiya Komissiyasının rəyində qanunun "jurnalist” anlayışını məhdudlaşdırdığına, həmçinin qanunun icrasının mümkün olmayacağına işarə edilir. Bu məsələyə münasibətiniz necədir?
- Qüvvədən düşmüş "Kütləvi informasiya vasitələri haqqında” qanundan fərqli olaraq, "Media haqqında” qanun "jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edib, bu fəaliyyətə daha geniş prizmadan yanaşıb. Məqsədimiz Azərbaycan jurnalistlərinin yalnız ölkə daxilində deyil, ölkə xaricində də peşəkar fəaliyyətini məhdudiyyətlərdən qorumaqdır.
Ümumilikdə, "jurnalist” anlayışı peşəkar jurnalist fəaliyyətinin də daxil olduğu bir çox fəaliyyət istiqamətlərini əhatə edir. Hazırki qanun isə yalnız jurnalist fəaliyyəti ilə peşəkar səviyyədə və gəlir əldə etmək məqsədilə məşğul olan şəxslərə aiddir və bu fəaliyyətə "həvəskar” səviyyədə yanaşan şəxsləri predmetinə aid etmir. Çünki Azərbaycanda çoxlu sayda normativ hüquqi aktlar peşəsindən və peşəkarlıq səviyyəsindən asılı olmayaraq bütün vətəndaşlara informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı ilə bağlı təminat verir.
Qanunun istifadəyə uyğun olmadığına dair səslənən fikirlərə gəlincə, qanun bu il fevralın 8-dən qüvvəyə minib və təxminən 4 aydır ki, tətbiq olunur. Bu müddət ərzində bütün media ictimaiyyəti qanunun hər hansı məhdudiyyətlərə yol açmadığının şahidi olub. Əksinə, jurnalistlər öz fəaliyyətlərində qanunun müdafiə mexanizmlərinə, onlara qarşı təqib və təzyiqi, peşəkar fəaliyyətinə müdaxiləni qadağan edən, müəlliflik hüquqlarının qorunmasını nəzərdə tutan və s. maddələrə dəfələrlə istinad ediblər.
Bir sözlə, indiyədək tətbiqində heç bir məhdudiyyət müşahidə olunmayan qanunun gələcəkdə media subyektlərinin və jurnalistlərin müdafiəsinə yox, onların fəaliyyətinin məhdudlaşdırılmasına yönələcəyi ilə bağlı iddialar hüquqi arqumentlərə deyil, "daxili inam”a və hansısa "mifoloji motiv”ə əsaslanır./Report
Xəbər lenti
-
15:47“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:49Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:11Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:24Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:35Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:26Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:17Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
-
13:34MEDİA fərdi jurnalist müsabiqəsi elan edib
-
14:02Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
11:51Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
11:25Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir
-
10:12Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
-
18:02MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
-
14:49“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA
-
13:09DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
11:40Qətər dövləti erməni “qatarında”
-
10:01Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
-
00:57Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
-
22:25Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH
-
19:52MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022
18 İyun 2022
17 İyun 2022
16 İyun 2022
Digər xəbərlər
-
MÜSAHİBƏ
Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
MÜSAHİBƏ
“Diriliş Ərtoğrul”un Kutlucanı Bakıda: ““Qənimətlər Parkı”ndan həzz aldım” - MÜSAHİBƏ-VİDEO
-
MÜSAHİBƏ
MEDİA-nın təşkilatçılığı ilə Türkiyə jurnalistlər üçün keçirilən təlim davam edir
-
MÜSAHİBƏ
44 günlük Vətən müharibəsi günlərində hər bir əsgərimiz bir qəhrəman idi- MÜSAHİBƏ-ÖZƏL
-
MÜSAHİBƏ
Açıq havada maska ilə bağlı RƏSMİ AÇIQLAMA - LƏĞV OLUNUR
-
MÜSAHİBƏ
Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib
-
MÜSAHİBƏ
Kənd Təsərrüfatı naziri İnam Kərimov Astarada vətəndaşları qəbul edib
-
MÜSAHİBƏ
Nazir Pərvin Abıyeva ilə videosu yayılan polisi işdən çıxardı - Foto + Video
-
MÜSAHİBƏ
Qüsursuz Nitq Korreksiya Mərkəzindən ilk - Azərbaycanda kəkəlməyə son qoyulur