4 fəsil dəniz mövsümü olan şimal adası

25 Mart 2024, 12:58
25 Mart
2024
12:58
402
Gözəl antik limanları, əfsanəvi beşmarmaq dağları, dənizinin şəffaf suyu, qızıl dəyərində qumu və D vitamini deposu günəş vannası… Hətta Mart ayında (elə bizim kimi) Şimali Kiprə (Kuzey Kıprıs) gəlmisinizsə dəniz geyimlərinizi mütləq üzərinizdə götürün. Aralıq dənizi iqlimi əminliyə əsas verir. Paytaxt Lefkoşada hərarət cəmi +18 olsa da hovuza baş vurub özüm üçün mövsümü açıq elan etdim. Yay aylarında isə burda havanın hərarətininn yüksəkliyi səbəbindən bəzən nahardan sonra işlər dayandırılır, ictimai xarakterli obyektlər belə bağlanır.
Təbiət, Mədəniyyət, Tarix…
Siciliya və Sardiniydan sonra Aralıq dənizinin 3-cü böyük adasıdır Kuzey Kıprıs… Əsrlərə şahidlik edən tarixi məkanları, Roma, Osmanlı imperiyalarının əsrarəngiz izləri, qalaları, muzeyləri, qədim evləri, nüfuzlu ali təhsil müəssisələri, fərqli hotel və əyləncə mərkəzləri, kazinoları, infrastruktur, ləziz yeməkləri bir yana, hər addımında portağal, naringi, həmişəyaşıl ağacları və s gözəllikləri ilə şübhəsiz cənnət adlanıdırıla biləcək bir yurd. Eşq və gözəllik tanrısı Afroditanın doğulduğu məkan, sanki məhz turizim üçün yaradılmış qeyri-adi bir ada. Təsadüfi deyil ki, Şimali Kipr Türk Cümhuriyyətini "Yavru Vətən”lə yanaşı "Yaşıl ada” və ya "Cənnət adası” kimi də adlandırırlar. Uzun müddət adada hakim olan ingilislərin də izləri aşkar müşahidə edilir. Elə ilk diqqətçəkən məqam isə yollardadır. Burada alışdığımızdan fərqli olaraq hərəkət soldandır. Sükan isə avtomobilin sağında. Ona görə də 20 ilə yaxın sürücülük təcrübəm olsa da sükan arxasına keçməyə cəhd belə eləmədim. Əmlak alqı-satqısında isə hələ də ingilis funt sterlinqindən istifadə edilir. Hətta ev kirayələri belə əsasən sterlinqlə qəbul edilir.
Şekspir və Akdeniz akşamları…
Şekspirin məşhur əsərlərindən birini yazarkən kimdən təsirləndiyini öyrənəcəyinizə, məşhur mahnıda deyildiyi kimi Akdeniz akşamlarının gözəlliyini ruhunuzla duyacağınıza zəmanət verən bir torpaqdır Kuzey Kıprıs. Bütün bu anları cəmi bir dəfə yaşamaq kifayətdir ki, ömür boyu yaddaşınızdan silinməsin. Elə bu səbəbdəndir ki, paytaxtda dünyanın hər yerindən gələn turistləri görmək mümkündür.
Gedək, Dezdemona, gedək bir yerdə,
Bir daha xoş gördük səni Kiprdə…
Bu gün də əsərləri dünya teatrlarının repertuarından düşməyən Şekspir. Onun məşhur "Otello" faciəsində hadisələrin bir hissəsi məhz Kipr adasında baş verir və yazıçı məhz burada yerləşən Liman qalasından ilhamlanaraq tarixdə iz qoyan əsərini qələmə alıb.
Dünyada bənzəri olmayan paytaxt şəhər…
Girne kapısı, Venedik sütunu, Selimiye Cami, Büyük Han, Arap Ahmet Cami və başqa onlarla mədəniyyət nümunəsi. Dünyanın iki hissəyə bölünmüş tək paytaxt şəhəridir Lefkoşa. Yunan tərəfi ilə adanı ikiyə bölən "yaşıl xətt” 1974-cü ildəki Kipr Sülh Hərəkatı nəticəsində formalaşdırılıb. Adanın 3/1-də yaşayan, sayları 350 mindən artıq olan (tələbələr, işçi qüvvəsi və s ilə bu rəqəm 1 milyona yaxındır) KKTC vətəndaşları qarşı tərəfə rahatlıqla keçə bilirlər. Türkiyə və digər ölkə vətəndaşları isə hətta Şengen vizasına sahib olsalar belə öncə Afinaya getməli və sonra adanın Yunan tərəfini ziyarət etmək imkanı əldə edə bilərlər. Həmin "yaşıl xətt”in yaxlnlığında yerləşən məhəllələr (arka sokaklar), tikililərlə tanış olduqca buranın mədəniyyətlərin beşiyi, Osmanlnın izlərini layiqincə daşıyan bir məkan olduğu fikri daha da qətiləşir. Osmanlı zamanında yunanlar və türklər bu məhəllələrdə birgə yaşayırdılar. Adada mehriban qardaşlıq münasibətləri, sülh bərqarərar idi.
Amma Osmanlı imperiyasının gedişi ilə çox şey dəyişir. Kıprıs Türk Ticarət Odası idarə heyətinin üzvü Mustafa Ergüven deyir ki, tarixə geniş nəzər salmadan yalnız onu əminliklə demək olar ki, 1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr, türklərin təzyiq altında yaşadığı, məhrumiyyətlərə məruz qaldığı bir yunan adasına çevriləcəkdi. Ona görə də Kiprin bərabər hüquqlara malik iki xalqından biri – türk xalqı öz dövlətini yaratdı və ada iki hissəyə bölündü. Şərqi Aralıqda həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi də xüsusi əhəmiyyətə malikdir.
1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi yalnız Türkiyə Respublikası tərəfindən tanınır. Rəsmi Bakının da Şimali Kiprlə münasibətləri yaxşı səviyyədədir və paytaxtımızda rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
KKTC-nin rəsmi dili türkcə olsa da, xalqın danışdığı dil Türkiyə türkcəsindən fərqlənir. Hətta bəzi sözlər tamamilə fərqlidir. Məsəl üçün Türkiyədə diş pastasına, Kıprısda isə mürəbbəyə macun deyilir.
Strateji əhəmiyyəti daim aktual olan paytaxt Lefkoşa ilə yanaşı Girnə, Qazimağusa da adanın gəzməli və görməli şəhərlərindəndir.
Girnə - Kuzey Kıprısın sadaladığımız bütün xüusiyyətlərini özündə tam əks etdirən bir məkan - Burada əsrarəngiz Girnə qalası, gözəl Girnə limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən heyrətamiz Hillarion qalası, Bellapais manastırı əsrlər öncəyə "zaman maşını” olmadan da səyahət imkanı yaradır.
Gazimağusa – bura isə sanki açıq hava altında bir muzeydir. Salamis antik şəhəri, Salamis nekropolu, Kral məzarları, Sinan paşa camisi, Venedik sarayı, Cəfər paşa hamamı, Çələbi Mehmet türbəsi, Namiq Kamal zindanı və s əhəmiyyətli tikililər tarixi tək oxumaq yox, həm də ona toxunmaq şansı yaradır. Havanın hərdən yağışlı olmasına baxmayaraq biz də bu gözəllikləri gördük və duyduq.
"Ruhlar şəhəri”ndə "kədər turizmi”
Bir zamanların ən məşhur turizim məkanlarından, Hollivud ulduzlarının tərəddüdsüz seçimlərindən olan Kapalı Maraş (və ya Varoşa) isə səyahətimizin həm ən maraqlı, həm də ən kədərli hissəsi oldu. Elə Kıprıs rəhbərliyi də buranı turistlərə "dark turizm” məkanı kimi təqdim edir. "Kədər turizmi”nə ev sahibliyi edən Maraşı vaxtı ilə Aralıq dənizinin Las Veqası da adlandırırdılar. Maraş Kipr Sülh Hərəkatı zamanı Türk Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Rəsmi Ankara dəfələrlə cəhd etsə də, Yunan tərəfinin barışmaz mövqeyi nəticəsində ərazi bağlı qalıb. Adının əvvəlinə əlavə edilən "qapalı" təyinatı nəhayət ki, 46 ildən sonra (2020-ci il) tarixə qovuşur. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin illərlə göstərdiyi səylər nəticəsində Maraş artıq turistlərin üzünə açılıb və şəhər yenidən canlanır.
Kıprısa 2-ci səfərimiz olsa da (ilk 2018-ci ildə), yenə də onun gözəlliklərindən, enerjisi və sehrindən doymadıq. Adada həmsöhbət olduğumuz hər kəs deyir ki, ən azı bir dəfə görmək və gəzmək kifayətdir ki, Kıprısın sehrinə düşəsən. Odur ki, Kıprıs tətili hər kəsə israrla tövsiyyə olunur. Qarşıdakı aprel, may, iyun ayları isə bunun üçün ən uyğun vaxtdır.
Elnur Niftəliyev







Xəbər lenti
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
SİYASƏT
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
SİYASƏT
"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
SİYASƏT
İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
SİYASƏT
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
MANŞET, SİYASƏT
Muxtar Babayev vəzifəsindən azad olundu
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
SİYASƏT
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya