İKT sahəsində qadın olmaq - FOTO/VİDEO

İKT sahəsində qadın olmaq - FOTO/VİDEO

Son üç ildə qadınların İKT-də yerini, inkişafını və gələcəyini təmin etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest” Milli Təqaüd Proqramının rolu danılmazdır. Ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaq üçün ərsəyə gələn bu proqramda qadın məzunların sayı da kifayət qədər çoxdur. Bir çoxunun ilhamlandıran hekayəsi var.

Məzunlardan Aynur Gülüşova bağça müəlliməsi olsa da, sonradan peşəsini dəyişmək istəyib və özünü bu sahədə tapıb, hazırda həm çalışır, həm də tələbələrə öyrəndiyi sahə üzrə dərs deyir.

Hacızadə Səlmət ən çox da atasının dəstəyi ilə İKT sahəsinə yönəlib.

Qurbanova Günay ali təhsilli olmasa da, körpəsi dünyaya gələndən sonra özünə bir yol tutub, hansı ki, ailəsi, yoldaşı ona dəstək olur.

Aidə Mustafayeva dayanmadan özünü inkişaf etdirir və ətrafındakı qadınlara ilham olmağa davam edir.

Mirzəyeva Rahilə məqsədlərinə çatmaq üçün otaq yoldaşının notbukundan istifadə edərək təqaüd proqramını uğurla başa vurub.

Və bu qadınlardan sadəcə beşinin hekayəsindən bir parçadır. Onların inkişafına, karyerasında uğur qazanması üçün ölkədə fəaliyyət göstərən ən böyük elektronika və məişət texnikasının satışını edən İrşad və rəsmi tərəfdaşı olduğu "HONOR” brendi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 8 qadına 8 ədəd "MagicBookX16” notbuku hədiyyə edilib.

 

 

Xəbər lenti