"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
10 Mart 2024, 17:18
10 Mart
2024
17:18
308
Dünən mediadan oxudum: "Toplum TV” və "Abzas Media”nın başbilənləri maliyyə mənbələri haqda verilən bütün suallardan birmənalı şəkildə yayınırlar və o mövzunu qətiyyən yaxına buraxmırlar.
Məlum gedişat əlbət ki, gözlənilən idi. Çünki "deşifrə” üçün veriləcək ixtiyari kod əslində faktiki olaraq bütün şəbəkənin ifşası deməkdir. Belədə isə həmin şəbəkənin Bakı təmsilçiləri ən bədəbəd ehtimalla Avropa Məhkəməsi qarşısında artistlik eləmək hüququnu (perspektivini) qoruyub saxlamış olurlar.
Yaxşı bəs nədir, bu media adı ilə ortalıqda var-gəl edən təsisatların sirri? Onları kim ortalığa buraxır, maliyyələşdirir və istiqamətləndirir?
Bunu bilmək üçün öncəlliklə 10 il əvvələ ekskurs edək. O dövrə ki, Xədicə İsmayıl adlı şəxs "Azadlıq” Radiosunun rəhbərliyindən qəfil istefa verir və araşdırmaçı jurnalistika ilə (?) məşğul olduğunu bəyan edir.
Qısa bir haşiyə çıxım: "Narıncılar” estafetinin məhz Azərbaycanda durdurulması və bununla da Çin Şarp konsepsiyasının ("sakit inqilab” texnologiyasının bibliyası hesab edilir) fiaskoya uğraması Qərb dairələrinin gözlənilən aqressiyası ilə müşayət olundu və... Növbəti etapda onların birbaşa patronajlığı ilə həyata keçirilən dövlət çevirilişi cəhdi də (2005-ci il. Əsas icraçılardan biri ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş idi), öncədən ssenariləşdirilən "İsmayıllı hadisələri” də, "Binə” üsyanı da, anidən devrəyə girən "söyüş müxalifəti” də, hətta bəzi radikal müxalifət təmsilçilərinin övladlarının bəlli ölkələrdə (məsələn, Kanada və Böyük Britaniyada) agentura şəbəkəsinə cəlb edilməsi də məlum aqressiyadan doğan təzahürat idi.
Amma mən bu gün...2007-ci ildən etibarən meydana buraxılan, yenə də Qərbin aqressiya məhsulu olan, öz sabit-riyakar kursunu uzun illər boyunca qoruyub saxlamağı bacaran və nəhayət: "peşəkar” casuslardan ibarət komanda ilə işləyən "OCCPR” ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) adlı qondarma qurumun fəaliyyətinə xüsusi fokuslanacam. Həmçinin, yazı əsnasında bunun səbəbini də açıqlayacam.
Niyə məhz "OCCPR?” Çünki, hazırkı "Toplum TV” və "Abzas Media” həmin qurumun törəmələridir. Çünki, onun sabiq Bakı təmsilçisi də Xədicə olub, "Toplum TV”nin mövcud baş redaktoru da Xədicədir.
Çünki, bu yaramaz şəbəkə 9 il əvvəl də araşdırma adı ilə, araşdırmaçı qiyafəsi ilə şou göstərib, janqlyorluq edirdi, indi də.
Zamanında "OCCPR”in fəaliyyətini araşdıran biri kimi isə əsas onu deyə bilərəm ki, "sabun köpüyü”nü xatırladan bu qondarma təşkilatın izi məchullarda dolaşır. İtir. Mənbə yoxdur. Və ya, kağız üzərində Silikon vadisindən Stenford İnstitutuna, Merilenddən Buxarestə, Endryu Sallivandan Raul Radula (biznes resurslarına girişi təmin edən məşhur haker) qədər yüzlərlə ad keçsə də, son ünvan görünmür!
Eynən "Toplum TV” və "Abzas Media”da olduğu kimi!
Yəni, bunlar üzdə mediadır. Dərində isə hər iki üzü görünməyən medaldır.
Bunlar üzdə araşdırmaçıdır. Dərində isə əsl qarışdırmaçıdır.
***
Yeri gəlmişkən. Qərbin Azərbaycana qarşı təxribat plan(lar)ı daim 3-4 variant (kanal) üzərindən qurulub və nə qəribədir, o kanalların bir-biri ilə əlaqələndirilməsinə heç bir zaman ehtiyac duyulmayıb.
Məsələn, İbadoğlunu "lider” olmağa inandıranlar təxminən Türkiyədə "İmamoğlu” variantına "stavka” qoyanlardır. Təbii, Qərb tərəfindən. Və burada plana uyğun olaraq "ziyalı”, "alim”, "professor” amili üzərindən iş aparılmalı, guya fərqli platforma təqdim edilməli və cəmiyyətə yeni impuls ötürülməli idi. Nəticə? Sıfır. Fiasko. Çünki, ifşa olundular.
FETÖ xətti də həmçinin. Bir ara yüksək dövlət vəzifələrinə, ölkənin ən strateji biznes strukturlarına (kəşfiyyat məqsədilə) qədər sızmışdılar. Nəticə? Sıfır. Fiasko. Çünki, ifşa olundular.
Və ya, bayaq haqqında danışdığım "söyüş müxalifəti”. Onların timsalında (şəxsində) məqsəd bu idi ki, aqressiv mübarizəni, söyüş söymək rahatlığını, tabe olmamağı geniş şəkildə təbliğ etsinlər. Amma əvvəl-əvvəl tutaq ki, Vidadinin, Orduxanın, digərlərinin videolarına baxış sayı yüksək olsa da, sonradan həmin rəqəm 5-10 nəfərə qədər endi və bu xəttin "maya qoyanları” növbəti mərhələdə Tural, Sevinc kimi diletantlarla geridönüş edə bilmədilər. Yenə də nəticə? Sıfır. Fiasko. Çünki, ifşa olundular.
Nəhayət: "Araşdırmaçı jurnalistika” adı altında mediaya, jurnalistikaya tamamən aidiyyatı olmayan fəaliyyətlə məşğul olan bir qrup qisasçılar. Təsisatlar. "OCCPR”in filialları. Ən çox pul yeyən, pul udan, pul silən kanallar...
Onlara, konkret olaraq "Toplum TV”yə yarandığı gündən etibarən yarım milyon dollar həcmində pul ötülürdüyü deyilir. Amma nəzərə alın: yalnız Gürcüstan üzərindən və dollar valyutası ilə!
Bunun hələ Fransası var, Almaniyası var, evrosu var, funt sterlinqi var, qızıl saatı, brilliant qolbağı var, bitkoini var...
Maliyyə sel kimi gəlib, süpürgə ilə yığılıb, Azərbaycanı məhv etmək üçün xərclənib.
Yəni, mövzu budur və əmin olun ki, həbsə atılan kimsə günahsız deyil!
P.S. Dövlət - ona onurğasından balta çalanları bağışlamır...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
09:22"COP29-LA BAĞLI BEYNƏLXALQ TƏŞƏBBÜSLƏR" QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
10:48VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
12:05“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:48Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
11:32AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
11:27"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
14:41Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
14:21Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
-
12:08Baş prokuror: ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir
-
15:25Elçin Mirzəbəyli Kalva kəndində seçicilərlə görüşüb
-
12:27Məzahir Əfəndiyevin məqaləsi xarici mediada
-
11:34Örnəyə çevrilən milli məram-Bəxtiyar Əsgərov yazır
-
11:32“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:45Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
08:56IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib
-
15:47Növbəti möhtəşəm qələbə naminə!
-
09:26Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
-
17:51Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib
-
17:58"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi
-
17:15“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəsinə start verildi
-
20:18Deputat Ucar şəhər mərkəzində səyyar qəbul keçirib
-
13:11Hərbi hissədə qanvermə aksiyası keçirilib
-
13:04Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır
-
12:37“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:36“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
20:59Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?
-
16:30Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…
-
12:42Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”
-
12:31"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov
-
12:05Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH
-
16:25QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
-
15:09AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ
-
10:32Baş prokuror: Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb
-
14:53Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub
-
11:00Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
20:17Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
-
00:37Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
16 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
20 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
31 İyul 2024
24 İyul 2024
18 İyul 2024
13 İyul 2024
09 İyul 2024
08 İyul 2024
05 İyul 2024
03 İyul 2024
26 İyun 2024
25 İyun 2024
24 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər