İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
02 Mart 2024, 13:53
02 Mart
2024
13:53
256
Politoloq deyir ki, Azərbaycan diplomatiyası əks-hücumlar edir; "Prezident tənqidlərində tamamilə haqlıdır”
"30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə edib: "Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirlər”, - deyə Prezident xəbərdarlıq edib.
Aydındır ki, Rusiyadan haqlı narazılıq həm də 44 günlük müharibədən sonra Qarabağda separatçı ünsürlərin tərk-silah edilməsinə yaradılan əngəllər, bu azmış kimi, üstəgəl, sülhməramlılar hesabına onların silahlandırılması və Ermənistandan ərazimizə minaların daşınması, habelə Ruben Vardanyan layihəsi ilə bağlıdır.
Ancaq İlham Əliyev daha çox iki dövlətin - ABŞ və Fransanın adını çəkib. Bu o anlama gəlirmi ki, hazırda az-çox vasitəçi kimi yenə elə Rusiya işə yarayır? Çünki Moskva reallığı artıq qəbul etmiş kimidir...
Elşən Musayev
Deputat Elşən Musayev dedi ki, cənab Prezident hər zaman reallıqları və həqiqətləri cəsarətlə dilə gətirib və onun 3 ölkə, xüsusən də 2 ölkə haqda söylədikləri də həmin qəbildəndir: "Nə Amerika, nə Fransa, nə də Rusiya Qarabağ münaqişəsinin həlli üçün 30 il ərzində heç nə etməyib. Və indi də həmin "ənənə", estafet Amerika və Fransanın timsalında nə təəssüf ki, davam edir.
Məsələ burasındadır ki, adıçəkilən dövlətlər uzun illər boyunca həm də ATƏT-in Minsk Qrupunun həmsədri olublar. Söhbət o Fransadan gedir ki, hazırda ancaq iş korlamaqla, sülhü əngəlləməklə, suyu bulandırmaqla məşğuldur. Amma biz bir vaxtlar sadəlöhvcəsinə onların ədalət, sülh axtarışlarına inanmışıq. Ya da olsun Amerika. Ukraynanı hazırkı vəziyyətə salan, o boyda xalqı bu duruma gətirən dövlətdən ədalət, adekvatlıq gözləməyə dəyərmi? Əlbəttə ki, xeyr! Onların marağı harda toqquşursa, məhz orda peyda olurlar. Onların marağı harada təmin olunursa, o zaman dəstək olurlar.
Amerika və Fransa bu gün keçmiş səhvlərini davam etdirmək əvəzinə, həmin səhvlərdən nəticə çıxarmağı bacarmalı, barı bundan sonra adekvat davranmalı, Qafqazın və ümumilikdə bölgənin ən güclü dövlətlərindən biri olan Azərbaycanla normal münasibət qurmalıdırlar. Bizə kimsənin yaxşılığı lazım deyil. Bircə pislik eləməsinlər. Azərbaycan öz ayaqları üzərində dayanmağı bacaran dövlətdir, sülhü, sabitliyi təşviq edən ölkədir. Və həqiqi dostluğa, əməkdaşlığa, sağlam müttəfiqliyə də daim sadiqdir. Amma nə yazıq ki, biz həmin mərdliyi və kişiliyi bəzən özümüzə münasibətdə görmürük, görə bilmirik. Bəzən elə ədalətsizliklərlə üzləşirik, elə haqsızlıqlara tuş gəlirik ki, bunu sözlə, hətta diplomatiyanın dili ilə belə təsvir etmək imkansızdır, mümkünsüzdür".
Deputat dedi ki, Ali Baş Komandan İlham Əliyev kimi ləyaqətli, müdrik lideri olan ölkəni yolundan kimsə döndərə bilməyəcək: "Eyni zamanda əminəm ki, enində-sonunda Amerika da, Fransa da biz deyəni deyəcək, bizimlə razılaşacaq, bizimlə hesablaşacaq və bütün həqiqətləri gec də olsa dərk edəcək”.
Sona Əliyeva
Keçmiş deputat, siyasi şərhçi Sona Əliyeva hesab edir ki, ötən ilin sentyabrında gerçəkləşən antiterror tədbirlərindən sonra Kreml bölgədəki yeni reallıqları tam şəkildə qəbul etdi: "Çünki ortada Qərbə meyllənən Ermənistan və Gürcüstan nümunələri var. Moskva Tiflis və İrəvanın ardından Bakını da itirmək istəmir. Bu, Rusiyanın 250 illik Qafqaz hakimiyyətinin sonu deməkdir. Ona görə də imperiya ənənələrini davam etdirən Rusiya Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul və həzm etməyə məcbur qaldı. Yəni Rusiya bu addımı öz xoşu ilə atmır. Məhz bu baxımdan da Kreml hazırda Azərbaycanın maraqlarının müdafiəsinə kəskin reaksiya göstərmir. Qərbdəki ABŞ və Fransa koalisiyası isə əks yol tutub. Birləşmiş Ştatlar və Fransa təzyiq maşını vasitəsilə Azərbaycanın addımlarının qarşısını alacağını düşünür. Bu isə əbəsdir. Ona görə ki, Azərbaycan diplomatiyası masada 30 illik atəşkəs dövründəki müdafiə döyüşü aparmır. İndi Azərbaycan diplomatiyası əks-hücumlar edir və hücum oyunları qurur. Qərb Cənubi Qafqazın sonuncu həlqəsi kimi Azərbaycanı da öz qütbünə çəkməyə çalışır. Bunun baş verəcəyi təqdirdə Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxaracaqlarını düşünürlər. Əlbəttə, bu baş verməyəcək. Çünki Qərb platsdarma çevrilmiş Ukraynada Rusiyanın dizini yerə gətirə bilmədi. Deməli, şimal qonşumuz hələ də dünyanın iki-üç nəhəng söz sahibindən biridir. Üstəlik, Azərbaycanın yaratdığı reallıqlara qarşı "mülayim" mövqe sərgiləyir. Rusiya Azərbaycan vasitəsilə Zəngəzurda daha da möhkəmlənə biləcəyini yaxşı başa düşür. Üstəlik, Moskva anlayır ki, Bakı ən həssas məsələlərdə Ankara ilə birgə hərəkət edir. Ona görə də Kreml Azərbaycanın yanında olmağa çalışır. Üstəlik, ortada müttəfiqlik haqqında bəyannamə də var. Deməli, yaxın müddətdə vasitəçi kimi işimizə az-çox yaraya biləcək ölkə yenə də Rusiya olacaq. ABŞ və Fransanın Ermənistanın yanında olduğunu və vasitəçi kimi heç bir işə yaramadığını son 30 il ərzində gördük. Yenə də İrəvanın yanında olduqlarını aşkar şəkildə ifadə edirlər. Bu isə onların vasitəçilik missiyasını tamamilə bloklayıb".
Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasında vasitəçiyə ehtiyac görmür: "Prezident açıq-aşkar Fransa və Amerikanın mövqeyindən narazılığını ifadə etdi. Bu da təbiidir. Çünki Fransa qatı ermənipərəst mövqedən çıxış edir, Ermənistanı silahlandırır. Amerika isə Ermənistanı silahlandırmasa da, bu ölkənin Konqresində anti-Azərbaycan çıxışları, bəyanatları davam edir. Dövlət Departamenti ara-sıra Azərbaycan əleyhinə bəyanatlar verir, sənədlər qəbul edir. Amma buna baxmayaraq, Fransadan fərqli olaraq, Azərbaycan Amerika ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlığını davam etdirir. Rusiyaya gəldikdə isə doğrudur, prezident Ermənistan-Azərbaycan arasındakı məlum məsələyə Rusiyanın çox da müdaxilə etmədiyini desə də, Rusiyanın vasitəçiliyi də hələ ki mümkün deyil. Bu heç tərəflər üçün də faydalı deyil. İndi əsas vasitəçi kimi, hələlik Almaniya çıxış edir. Brüssel də buna çalışır. Azərbaycan bundan imtina etmir. İlham Əliyev faktiki şəkildə Berlinin vasitəçiliyinə müsbət yanaşır. Çünki tərəflərdən bərabər məsafədə dayanıb. Bu mənada prezident tənqidlərində tamamilə haqlıdır. Əslində heç bir vasitəçiyə belə baxanda ehtiyac da yoxdur. Bunu daha öncə andiçmə mərasimində qeyd etmişdi. Birbaşa danışıqlara üstünlük verildiyi bəyan edilmişdi. Buna baxmayaraq, Berlin və Brüsselin vasitəçilik təşəbbüsünə də müsbət yanaşılır”.
Xəbər lenti
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
-
10:48VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
-
12:05“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:48Azərbaycanda “Sağlam qidalanma təlimləri” adlı layihə başa çatıb - Agentliyin dəstəyi ilə
-
11:32AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - Agentliyin dəstəyi ilə... (FOTOLAR)
-
11:27"YAŞAT" Fondu şəhid ailə üzvlərini bu dəfə Ankarada bir araya gətirib
-
14:41Elçin Mirzəbəyli Muradlı və Ərəbsarvan kəndlərində seçicilərlə görüşüb
-
14:21Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
-
12:08Baş prokuror: ölkə prezidentinə xalqdan gələn dəstək misilsizdir
-
15:25Elçin Mirzəbəyli Kalva kəndində seçicilərlə görüşüb
-
12:27Məzahir Əfəndiyevin məqaləsi xarici mediada
-
11:34Örnəyə çevrilən milli məram-Bəxtiyar Əsgərov yazır
-
11:32“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:45Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
08:56IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib
-
15:47Növbəti möhtəşəm qələbə naminə!
-
09:26Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
-
17:51Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib
-
17:58"SAF Həyat Naminə" GİB-nin növbəti uğurlu layihəsi
-
17:15“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəsinə start verildi
-
20:18Deputat Ucar şəhər mərkəzində səyyar qəbul keçirib
-
13:11Hərbi hissədə qanvermə aksiyası keçirilib
-
13:04Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır
-
12:37“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:36“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
20:59Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?
-
16:30Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…
-
12:42Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”
-
12:31"Mingəçevir gəncləri hər zaman Natiq Qasımovu örnək biliblər" - Səbuhi Abbasov
-
12:05Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH
-
16:25QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
-
15:09AYAK İB “Məşğulluq forumu” reallaşdıracaq – AGENTLİYİN DƏSTƏYİ İLƏ
-
10:32Baş prokuror: Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb
-
14:53Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub
-
11:00Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
20:17Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
-
00:37Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu baş tutub
-
15:35"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı
16 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
20 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
31 İyul 2024
24 İyul 2024
18 İyul 2024
13 İyul 2024
09 İyul 2024
08 İyul 2024
05 İyul 2024
03 İyul 2024
26 İyun 2024
25 İyun 2024
24 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
10 İyun 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər