Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...
01 Fevral 2024, 14:03
01 Fevral
2024
14:03
311
Azərbaycanın nəqliyyat habına çevrilməsini rəsmi Tiflis qısqanclıqla qarşılayır; regional layihələrdən ən çox qazanan Gürcüstanın son davranışlarına münasibət birmənalı deyil; ekspertlərin fərqli baxışları
Gürcüstanın Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması Azərbaycanda birmənalı qarşılanmayıb. Tiflisin Azərbaycanla sülh sazişi imzalamayan, hələ də revanşist əhval-ruhiyyədə olan bir ölkə ilə strateji tərəfdaşlığa qədər getməsi istər-istəməz bəzi suallar meydana gətirir. Azərbaycanın icra etdiyi regional layihələrdən ən çox qazananın Gürcüstan olduğunu xatırladan siyasi analitiklər bildirir ki, buna rəğmən gürcü hökumətinin bu cür davranışı böyük təəssüf doğurur. Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin ruhuna zidd görünür. Bəzi siyasi ekspertlər isə hesab edir ki, 44 günlük müharibənin nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılması məsələsinin meydana gəlməsi əslində Gürcüstanı heç də məmnun etmir.
Ona görə də Gürcüstan Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladı. Bundan az öncə isə AŞ PA-da Azərbaycan nümayəndə heyəti ilə bağlı məsələnin müzakirəsinə və səsverməyə qatılmadı. Bəs Tiflisin son zamanlar Azərbaycana xoş olmayan davranışlarında Zəngəzur dəhlizi məsələsində Azərbaycanın təkid etməsi amili dayana bilərmi? Tiflis bu dəhlizin açılacağı halda tranzit ölkə kimi bölgədə əhəmiyyətinin azalacağından narahat olaraq bu addımları atır, yoxsa başqa səbəblər var?
Elşən Musayev
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan inkişaf etdikcə, qələbələr qazandıqca, nəinki təxmin etdiklərimiz, hətta etmədiklərimiz belə bizə qarşı yanlış addımlar atır. Təəssüf ki, Gürcüstanın Ermənistanla bağladığı strateji tərəfdaşlıq haqda saziş də həmin qəbildəndir: "Zəfərin, müvəffəqiyyətin bədəli budur: hamı anındaca səni qısqanmağa başlayır, hamının əsl siması üzə çıxır, hamı özünü qəribə aparmağa başlayır. Təbii, ən yaxınlardan, sənə münasibətdə ən səmimi olanlardan başqa.
Əvvəl də Gürcüstanla bağlı oxşar mövzu ətrafında müzakirələr aparmışdıq, onları qınamışdıq, qonşuluq fəlsəfəsinə adekvat olmayan siyasət yürütdüklərini nəzərlərinə çatdırmışdıq. Ələlxüsus da Ermənistana silahların daşınmasında rol aldıqlarına görə. Düşündük, səhvlərini anlayarlar, geri dönüş edərlər, Azərbaycanın dostca, ərkyanə etdiyi tənbehlərdən nəticə çıxararlar. Amma çifayda. Nəticə çıxarmadılar. Əksinə, necə deyərlər, bir az da üstünə qoydular.
Burada əsasən xristian faktorunu qabardırlar. Mən isə məlum fikirlə, yanaşma ilə qətiyyən razı deyiləm. Çünki qonşuluq siyasətində din faktoru qabarmamalıdır, həlledici faktora çevirilməməlidir. Çünki cografi bağlılıq ömürlükdür, bunu nəzərə almaq lazımdır. Çünki həmin Gürcüstanın ən çətin günündə onun köməyinə Ermənistan ya da hansısa xristian dövləti deyil, məhz Azərbaycan çatıb. Üstəlik, bu faktı zaman-zaman Gürcüstanın siyasi elitasında qərarlaşan əksər insanlar, xüsusən də eks-prezident Mixail Saakaşvili dəfələrlə vurğulayıb. Amma demək ki, bir tək zəfərlərin, qələbələrin deyil, elə yaxşılıqların da tərs bədəli olurmuş. Ona görə də çox təəssüf. Gürcüstan Zəngəzur dəhlizinə görə gələcəkdə transit ölkə kimi əhəmiyyətinin azalacağını düşünərək Azərbaycanın xeyrinə olmayan addımlara gedirsə, Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayırsa, yanlış edir.
Əlbəttə ki, proses belə davam etsə, biz də gedişata uyğun davranacağıq və milli maraqlarımıza toxunan hər kəsin cavabını layiqli şəkildə verəcəyik".
Xəbər lenti
-
10:02“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”
-
10:43NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"
-
11:51QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
-
11:53Nazir paralimpiyaçılarımıza orden və medalları təqdim etdi - Fotolar
-
11:48Leyla Əliyeva kəpənək və ixtioz xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşdü - Fotolar
-
20:37Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
16:13Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
17:27İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
12:34COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər
-
12:17“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:43Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
14:57Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
13:24İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
-
11:30Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
-
17:09Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
-
17:05İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
-
17:03Prezident İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB
-
16:55Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
-
15:47“Şvabe sifariş yerinə yetirir” – Partiya sədri
-
15:44QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
-
16:35Prezident general-mayoru rütbəsindən məhrum edib
-
13:28İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
-
12:30Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
-
12:11“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
19:58COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
-
17:10Makronun erməniyə platonik sevgisi...
-
19:27Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
19:24ECOLEAD layihəsi uğurla icra olunur
-
14:57ASGA Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumunu reallaşdıracaq – GİN-nin dəstəyi ilə
-
13:24Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib
-
11:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:09Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində görüş keçirilib
-
17:42“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihəyə start verildi
-
15:06Bu gün Onun yaratdığı gündür! - Elşən Musayev yazır
-
14:52İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb- YENİLƏNİB
-
11:58Gənclər Fondu bu dəfə Yevlax gəncləri üçün yeni imkanlar yaradıb
-
11:22ArtKvadrat səhnəsində Azərbaycan musiqisi qeyd edilib
-
09:22"COP29-LA BAĞLI BEYNƏLXALQ TƏŞƏBBÜSLƏR" QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
11 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
04 Sentyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı