“Cənab Prezidentin müsahibəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir.” - DEPUTAT

“Cənab Prezidentin müsahibəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir.” - DEPUTAT

"Möhtərəm Prezidentimiz İlham Əliyevin "Euronews” televiziya kanalına verdiyi müsahibə regiondakı əsl və gerçək həqiqətlərin bütün dünyaya çatdırılması, bəyan olunması baxımından olduqca əhəmiyyətlidir.”– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Müsahibədə əsasən sülh prosesinin inkişaf perspektivinə toxunuldu və cənab Prezident verilmiş bütün suallara konkret, mükəmməl, əhatəli cavablar verdi.

Həqiqətən də, Azərbaycan sülhpərvər dövlətdir, biz yalnız özümüzə aid əraziləri işğaldan azad etmişik və kimsənin torpağında gözümüz yoxdur. Eyni zamanda arzumuz budur ki, tezliklə bütün problemlər öz həllini tapsın, beynəlxalq təşkilatlar təməlli sülhün əldə olunması üçün cəhdlərini artırsınlar, səfərbər olsunlar və bölgəyə əbədi, daimi əmin-amanlıq gəlsin.

Cənab Prezident çox aydın şəkildə vurğuladı ki, Avropa İttifaqı hal-hazırda ən yaxşı vasitəçi ola bilər. Çünki bizim bu təşkilatla münasibətimiz qarşılıqlı hörmətə və etimada əsaslanır.

Və bu mərhələdə əsas və vacib məqamlardan biri odur ki, Ermənistan beynəlxalq təşkilatların sülh çağırışlarına səmimi şəkildə adekvat cavab versin, beynəlxalq hüququn ana prinsiplərə riayət etsin və sülhün bərqərar olması üçün çalışsın. Çünki Azərbaycan öz üzərinə düşən bütün öhdəliklərə birmənalı şəkildə əməl edir. Ermənistan da eyni şəkildə davransa sülh mütləq bir şəkildə əldə olunacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti