"Bəs İran niyə indiyədək bu Konvensiyanı ratfikasiya etmir?" - DEPUTAT
07 Aprel 2023, 16:11
07 Aprel
2023
16:11
232
7NEWS.az xəbər verir ki, bu sözləri Parlamentdə çıxışı zamanı millət vəkili Sahib Alıyev deyib: "Bu gün Milli Məclis İran parlamentinin həddini aşan hərəkəti ilə bağlı bəyanat qəbul etdi. Sözü gedən məsələ haqda çıxışımın stenoqramını sizə təqdim edirəm.
Hörmətli xanım sədr, dəyərli həmkarlar! İslam Konfransı Təşkilatının 8 üzvünün çoxdan İsraildə səfirlikləri olduğu halda beynəlxalq normalara dayanaraq eyni addımı atan Azərbaycanın həmən qurumda pislənməsinin istənilməsi məncə, təkcə bu təşəbbüsdə bulunan İran parlamentinin deyil, bötövlükdə oradakı rejimin reallıq hissini itirməsinin növbəti təsdiqidir. Guya bunlar fələstinlilərin təəssübünü çəkirlərmiş. Bizim Fələstinə dəstəyimiz, Mahmud Abbasın Bakıda necə qarşılandığı, xarici işlər nazirimizin İsraildə səfirlik açdığımızın səhəri günü ora getməsi və aramızdakı dostluqdan xəbər verən digər reallıqlar kimsəyə sirr deyil. Azərbaycanın işğal altındakı torpaqlarında 67 məsciddən 65-ni dağıdan bir ölkə ilə sarmaş-dolaş gəzən birinin özünü din təəssübkeşi kimi təqdim etməsi isə abırsızlığın son həddi də olmayıb, bəs nədir?
İran Parlamentinin bu bəyanatı göstərir ki, keçmiş kəşfiyyat nazirləri Əli Yunesinin bildirldiyi kimi orada rejim doğrudan da tam deqradasiyaya uğrayıb. Əgər belə olmasaydı, cənab İlham Əliyevin təqribən iki il bundan öncə Cəbrayılda "Azərbaycan-İran sərhədi dostluq sərhədidir” deməsindən xəcalət çəkər, bizə qarşı düşmənçilik siyasətinə son qoyardılar. Qarabağ savaşlarında İranın hansı hoqqalardan çıxdığı, son 30 ildə işğalçı Ermənistana necə hərtərəfli dəstək verdiyi haqda hamıdan çox bilgisi olan Müzəffər Ali Baş Komandanımızın bu açıqlaması əslində o demək idi ki, etdiyiniz bütün pislikləri unudur, ikitərfli əlaqələrdə yeni bir səhifə açılmasını istəyirik. Bəs bu alicənab, lütfkar davranışa cavab nə oldu? Sərhədlərimiz boyunca təlimlər keçirilməyə, hansısa "qırmızı xətt”dən dəm vurulmağa başlanıldı, öz təbirlərincə desək, "sionistlərə” guya burada hərbi baza yaratmalarına izn verməkdə suçlandırıldıq. Prezidentimizin Mühhendə Laçın yolu və Zəngəzur dəhizində hər iki ölkənin sərhəd keçid məntəqələrinin yaradılması haqda rəsmi təklifi o demək deyilmi ki, bizim kimsənin torpağında gözümüz yoxdur.
Bəlkə onlar o qədər kar və kordular ki, dövlət başçımızın 2006-cı ildə Vaşinqtonda Ağ evin qarşısında ərazimizdən başqalarına qarşı plasdarm kimi istifadəsinə izn verilməyəcəyi haqda açıqlamasını eşitməyib və görməyiblər? Bundan əlavə biz İran parlamentindən fərqli olaraq Xəzərin hüquq statusuna dair Konvensiyanı 2019-cu ildə burada təsdiqləmişik ki, o sənəddə bir üzvün öz torpaqlarını digər üzv ölkəyə qarşı "təcavüz və ya başqa hərbi addım atmaq üçün” verməməsi kimi bənd var. Bəs İran niyə indiyədək bu Konvensiyanı ratfikasiya etmir? Azərbaycanı özlərinə qarşı İsraillə əlbir olmaqda suçlandıranlar yaxşı olardı ki, bayaq adını çəkdiyim keçmiş baş kəşfiyyatçıları Əli Yunesinin Mossadın agentlərinin ölkəsinin istebleşmentində özlərinə möhkəm yer etdikləri haqda dediklərinə diqqət yetirsinlər. Axtarsınlar görsünlər, Azərbaycanla körpüləri yandırmağa çalışan rejim təmsilçiləri arasında elələri varmı? Bəyanatda "böyük İran İslam xalqı"ndan dəm vurulur, maraqlıdır bu adın altında kimlər nəzərdə tutulur? Məsələn, biz bilirik ki, sayı 50 milyondan çox olan və ikinci Qarabağ savaşındakı zəfərdən sonra artıq millətləşmə mərhələsinə qədəm qoyan Böyük Azərbaycan Xalqı var. Bəs o böyük İran İslam xalqı kimdir?
İran parlamentindəkilərdən soruşmaq istərdim islamı gözdən salmaq, Əl-Qaidə və İŞİD-dən daha əvvəl onun adının terrorla qoşa səslənməsini təmin etmək, məzhəbçiliyi də yox, sektaçılığı təbliğdən başqa din qarşısında hansı xidmətiniz var? Azərbaycan özünün yeritdiyi multikultral siyasət, sivil idarəçilik modeli və islamafobiyaya qarşı sərt, qətiyyətli mövqeyi ilə diqqət çəkdiyi, Bakıdakı 10-cu Qlobal Forumda olduğu kimi bu məsələni dəfələrlə beynəlxalq gündəliyə çıxardığı halda sizin din qarşısında xidmətiniz nədən ibarət olub? Yaratdığınız terror qruplaşmalarına peyğəmbərizimin əzizlərinin adlarını qoymağınızı islama xidmətmi sayırsınız? Nə bunlar, nə də yaymağa çalşdığınız xurafatçılıq, başqa ölkələrin iç işinə qarışmaq, kərimə iyi verən ideologiyanız dinə xidmətdir, əksinə onu gözdən salmaqdır.
Yeri gəlmişkən, 3-5 riala satın aldıqları yaramazlarla Azərbaycanda "kərimə dövləti” yaratmağa çalışanlar buyurub digərlərindən də yox, həmən "kəriməçi”lərin qohum-əqrabasından soruşsunlar ki, İrandakı o anormal şərtlər çərçivəsində bir gün olsun belə yaşamaq istərdilərmi? Ona görə də Tehran rejimi anlamalıdır ki, bu regionda yeni dövlət yaratmaq cəhdləri ancaq ona aparıb çıxara bilər ki, o yaranan "kərimə” yox, Böyük və Bütöv Azərbaycan dövləti olacaq.
Sonda təklif edirəm ki, Milli Məclisin bəyanatında cənab Prezidentin İrandakı soydaşlarımızn öz dillərində təhsil almaq və basqılarla üzləşmədən istədikləri həyat tərzini seçmək, azad yaşamaq haqda irəli sürdüyü tələb də əksini tapsın."
Xəbər lenti
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev