Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir

18 May 2024, 11:04
18 May
2024
11:04
451
Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji islahatlar kursu dövlətimizin dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Prezidenti davamlı inkişafı məhz islahat yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Beləliklə, ölkə başçısının islahatları davamlı xarakter daşıyır, bütün sahələri əhatə etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir.
Dövlət başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan siyasi partiyalar hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: "Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Ümumiyyətlə, dövlətimizin başçısı 2018-ci ildə islahatların yeni mərhələsini elan etdi və bu dövrdən başlanan dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında mühüm amil olmaqla yanaşı, yeni milli və qlobal çağırışların həllində lokomotiv rolunda çıxış etməkdədir. Bu mənada yeni siyasi konfiqurasiyanın formalaşması da sonrakı mərhələdə ölkənin siyasi sisteminə yeni keyfiyyət dəyişikliyi yaradacaq. Prezident İlham Əliyev VI çağırış Azərbaycanın Milli Məclisinin ilk iclasında çıxış edərək ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan etdi. Dövlət başçısının siyasi islahatlar kursunun nümunəsi olaraq ölkəmizdə qəbul olunmuş "Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi münasibətlərin və siyasi partiyaların fəaliyyətini daha da təkmilləşdirilməsinə xidmət edir.
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil olunan görüşü də siaysi münasibətlərin inkişafının əyani göstəricisidir. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Əlbəttə ki, siyasi qüvvələrin sağlam əməkdaşlığı milli həmrəyliyimizin və siyasi sabitliyin vacib elementlərindən biridir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan və uğurla davam etdirilən siyasi dialoq prosesi, eyni zamanda, milli həmrəyliyi gücləndirən çox mühüm vasitədir. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə mərhələsində də gördük. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri milli həmrəyliyin bariz nümunəsidir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsi zamanı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə milli maraqların qorunması istiqamətində də fəallıq nümayiş etdiriblər. Siyasi partiyalar tərəfindən bir çox bəyanat və müraciətlər imzalanıb. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin islahatlar kursu, həmçinin siyasi dialoq prosesi Azərbaycanın inkişafının davamlı xarakter daşımasını, ölkəmizin gücünün artmasını və milli birliyin möhkəmlənməsini təmin edən mühüm strateji amildir. Beləliklə, həyata keçirilən islahatlar, dövlətin siyasi partiyalarla təmasları bir daha təsdiqləyir ki, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir.
Ramil HƏSƏN
Mİlli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
SİYASƏT
Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO