Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi

Ramiz Göyüşov, "Ədəbiyyat və incəsənət” üçün
Bizim bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır, qanımızdır. (İlham Əliyev)
Tarixdə Azərbaycanda mövcud olmuş bütün dövlətlərdə əsas dövlət rəmzlərindən biri də bayraq olmuş və ən müqəddəs bir dövlət atributu kimi simvollaşmışdır. 1918 –ci ildə uzun mübarizələrdən sonra öz müstqilliyinii əldə etmiş Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi üçrəngli ay-ulduzlu bayrağımza verilən dəyər daha böyük önəm kəsb etmişir.
Müstəqil Azərbaycanımızın üçrəngli bayrağının keşməkeşli tarixinin bugünkü möhtəşəm səhifəsini Prezidentimiz İlham Əliyev yazır. Hər sahədə olduğu kimi, dövlətçilik sahəsində də, dövlət rəmzlərimizə, bayrağımıza münasibətdə də O, Ümumilli liderimiz Heydər Əliyevin varislik missiyasını öz fəaliyyətində uğurla və müvəffəqiyyətlə davam etdirir.
2004-cü il 8 iyun tarixində "Azərbaycan Respublikası Dövlət Bayrağından istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, "Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması haqqında” 2007-ci il 17 noyabr tarixli, "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu 17 noyabr tarixli Sərəncamların imzalanması, 9 noyabrın "Dövlət Bayrağı Günü” kimi təssis edilməsi, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və nəhayət, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin yaradılması deyilənlərin əyani sübutu və dövlət bayrağına Prezidentin münasibətinin ifadəsidir.
Bu gün ölkəmizin elə bir bölgəsi, rayonu yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə və vüqarla dalğalanmasın. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, gün gələcək, bayrağımız işğal olunmuş torpaqlarımızda - Şuşada, Ağdamda, Laçında, Xankəndində - digər işğal altında olan qəsəbə kənd və şəhərlərimizdə dalğalanacaqdır. Bəli o gün yetişdi. İndi üçrəngli bayrağımız həmin şəhər və kəndlərdə vüqarla dalğalanır və hər bir Azərbaycan vətəndaşı bu mənzərəni seyr edərkən böyük sevinc və qürur hissi keçirir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən müstəqil dövlətimizin rəmzinə çevrilmiş üçrənli bayrağımıza sevgi və məhəbbət hissi daha qabarıq şəkildə büruzə verdi. Xüsusilə yeni yetişən gənc nəsildə bu sevgi və məhəbbət daha güclü və möhtəşəmdir. İndi Dövlət Bayrağı Gününü bayram etdiyimiz bu əlamətdar gündə bayrağımıza sevgi və məhəbbətin bir nümunəsini - Birinci Qarabağ Müharibəsində Natiq Qasımovun göstərdiyi misilsiz qəhrəmanlıq nümunəsini oxucularla bir daha bölüşmək istədim.
Bu hadisə 1992-ci ilin martında Qarabağın Xramort kəndində baş vermişdir.
Qısa arayış: Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəsi ilə birlikdə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra Mingəçevirdəki texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1991-ci ildə Sovet ordusu sıralarında xidmətini başa vuraraq Vətəni Azərbaycana qayıdıb və həmin ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Ağdamda «Qarabağ şahinləri» könüllü dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş müdhiş Xocalı faciəsi Natiqin sonrakı qəhrəmanlıq və acı taleyinin başlanğıcı olub. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilməyib və yenidən döyüşə yollanıb. Natiqin qəhrəmanlığının təfərrüatı belədir:
1992-ci ilin mart ayının əvvəllərində könüllü «Qarabağ şahinləri» batalyonunun Natiqin də daxil olduğu 31 nəfərlik dəstəsi Ağdamın Xramort kəndi yaxınlığında qədim Alban kilsəsinin yerləşdiyi stratej bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, döyüşdə komandir və bir neçə nəfər həlak olur. Sağ qalan döyüşçülərin bir hissəsi batalyonun yerləşdiyi qərargaha qayıdır. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Natiqin rəhbərlik etdiyi bölük kilsənin damında Azərbaycan bayrağını ucaldaraq burada möhkəmlənirlər. Ermənilər aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Lakin onların bütün cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə böyük bir döyüşçü bölüyünün olduğunu zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən istifadə etmək qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini- bir vaxtlar Xocalıda məktəb direktoru işləmiş Cəfər müəllimi çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. (II Dünya müharbəsinə həsr olunmuş "Uzaq Sahillərdə” filminin finalında əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin son ölüm səhnəsini yada salın.)
22 nəfər Xocalı sakinini xilas etmək xatirinə Natiq əsir düşməyə razılaşır, silahını atır məbədin damındakı Azərbaycan bayrağını götürərək kilsədən çıxır və ermənilərə təslim olur. Natiqin bu misilsiz qəhrəmanlığı keçmiş SSRİ-nin ən məşhur mətbu orqanlarından olan "Oqonyok” jurmalının 1992-ci il tarixli 14-15-ci nömrəsində jurnalist Konstantin Smirnovun "Qorxu”("Strax”) adlı məqaləsində və italiyalı fotomüxbir Enriko Sarzininin bir fotosunda öz əksini tapmışdır. Fotoşəkildə Azərbaycanın üçrəngli bayrağını əlində tutmuş Natiq Qasımovun saqqallı ermənilərin arasında hərəkətdə olduğu bir məqam əks olunmuşdur. Dərc olunan şəkildə Natiqin simasında olan qorxu qarışıq məğrur görkəmini hiss etmək elə də çətin deyil. Təsəvvür edin, 5 gün ərzində ac- susuz, az bir sursatla təkbaşına böyük bir dəstə ilə vururşaraq ermənilərə xeyli itki verən, onların komandirini cəhənnəmə vasil edən Natiq sonrakı aqibətininn necə sonuclanacağını dərk edərək, əsirlikdə olan 22 Xocalı sakinini xilas etmək xatirinə özünü qurban verir. Natiq hətta bu son dərəcə ağır və psixoloji cəhətdən gərgin bir durumda qarı düşmənin qarşısına Azəraycan bayrağı ilə çıxır. Təbii ki, bir həftə ərzində Xromort kilsəsində ermənilərə dağ çəkmiş, elə təslim olduğu məqamda da Azərbaycan bayrağı ilə onların qarşısına çıxaraq bu bayrağı onların gözünə soxmuş Natiqin taleyi barədə müsbət nə isə düşünmək sadəlövhlük olardı.
Qeyd etməyi zəruri hesab edirəm ki, Natiq Qasımovun bu misililsiz qəhrəmanlığı haqqında çoxsaylı məqalələr, şahid ifadələri, araşdırmalar, bədii yazılar, şeirlər poemalar yazılmış (bu qəhrəmanlığı "Mingəçevir şahinləri " kitabında ilk dəfə qələmə alan Mingəçevirli şair Alim Dərələyəzli olmuşdur), televiziya verilişləri hazırlanmış, Natiqin bu təkrarsız qəhrəmanlığı orta məktəb dərsliklərinə daxil edilmiş , "Xocalı Soyqırımı”nın 30 illiyi ərəfəsində onun haqqında, Böyük Britaniyanın "Broken Bot Media" Ltd studiyasının istehsal etdiyi "Oğul” adlı film çəkilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, "Broken Bot Media”studiyasının və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə 2022-ci il fevralın 28-də və bu il oktyabrın 16-da Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Cənab Prezidentimiz İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım və Arzu xanım Əliyevalar iştirak etmişdir. Ssenari müəllifi və rejissoru Karan Singh olan filmin əsas süjet xətti 1992-ci ildə Qarabağ müharibəsi zamanı məcburi olaraq ermənilərə əsir düşmüş bir OĞULUN- Natiq Qasımovun qəhrəmanlığından, onun ailəsinin ağrı və əzablarından, böyük kədərindən, həqiqət axtarışlarından bəhs edir.
Prezidentimiz İlham Əliyevin bayraq haqqında kəlamları yada düşür: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, qanımızdır.”
Bu mənada bayraq uğrunda canını qurban vermiş Natiq Qasımovun bayraq sevgisinin bərabəri hələlik yoxdur.
"Ədəbiyyat və incəsənət”
(07.11.2023)
Xəbər lenti
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:27MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:23TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:47YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:47“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb