Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə viran qalmış bütün dini və mədəni abidələrimiz bərpa ediləcək
Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Bu anlayış ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibəti nümayiş etdirir. "Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Antik dövrdə tolerantlığın ilkin elementləri özünü göstərirdi: işğaldan sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmağa icazə verilməsi; işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməyə imkan yaradılması və s. Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil forması özünü göstərməyə başladı. Bu baxımdan "tolerantia” adlandırılan Latın konsepti "orta əsrlərin yüksək inkişaf etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.
İntibah dövründə siyasətçilər və tədqiqatçılar dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələrə başladılar. 1689-cu ildə Britaniya parlamenti "Tolerantlıq aktı” adlanan sənəd qəbul etdi və bununla non-konformistlərə inanclarında azad olmaq hüququ verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində Mili Assambleya tərəfindən qəbul edilmiş Deklarasiyada fikirlərinə görə heç kəsə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi vurğulanırdı.
Lap qədim zamanlardan xalqımız həmişə qonaqpərvərliyi və bütün millətlərə olan həssaslığı ilə seçilib. Doğrudur, sovet zamanında bu münasibətin rəngi bir qədər başqa idi, amma millətimizin ruhuna zərər dəyməmişdi. Həmişəki kimi bütün millətlərə eyni hörmət və məhəbbət bəslənirdi. Təəssüf ki, bundan sui – istifadə edənlər də tapıldı. Məsələn, namərd ermənilər kimi...
Ötən əsrin sonlarına doğru sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsində müəyyən dəyişikliklər baş verdi. Bu dəyişikliklər ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra ciddi problemlərin meydana gəlməsi və gərginləşməsi ilə səciyyələndi. Yaranan iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilmirdi. Bunun nəticəsində dünya dinləri arasında mövcud fərqlərə söykənən "sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmışdır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması vacib idi. Müxtəlif mədəniyyətlərin qorunmasında milli-mənəvi köklərə bağlılıq və tolerantlıq ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilərdi. Azərbaycan isə bu xüsusiyyətləri özündə birləşdirən, bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Prezident İlham Əliyevin bir fikrini təkrarlamaq yerinə düşərdi: "Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.”
Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev respubilkamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərmişdir. Bunun bariz nümunəsidir ki, "Yəhudilər Azərbaycanda” kitabı hazırlanmış, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilmiş, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanmışdır. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə qeyd etmişdir ki, Azərbaycanda dinindən, dilindən, millətindən aslı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir.”
2016-cı ilin "Multikulturalizm ili”, ötən ilin "İslam Həmrəyliyi ili”, 2108-ci ilin isə "Cümhiriyyət ili” elan olunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini açıq nümayiş etdirir. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Bu cür tədbirlər gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım göstərir. Dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri Azərbaycanın rolunu bu məsələdə yüksək qiymətləndirərək söyləyirlər ki, böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir. Azərbaycanın təşkilatçılığı ilə keçirilən möhtəşəm tədbirlərin ümumi amalımıza, sülh üçün çağırışlarımıza gözəl bir cavab olduğunu vurğulayırlar. Bu hədəflərə nail olunması işində onlar Azərbaycanı mühüm bir tərəfdaş kimi görürlər və Bakının sülhün, inkişafın, mədəniyyətlərarası, dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu məkana çevrildiyini bildirirlər.
Azərbaycanda keçirilən əksər beynəlxalq tədbirlərdə qloballaşma dövründə tolerantlıq, dinə və inanclara tolerant yanaşma, multikulturalizmin, dinlərarası dialoqun vacibliyi və bu proseslərdə Azərbaycan modeli, ayrı-seçkilik və zorakılığın bütün formaları ilə mübarizədə ölkəmizin təcrübəsi mövzularına daim toxunulur və bu sahələrdə dünyaya bir mesaj verilir.
Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakıda «Qızıllı kilsə» kimi tanınan «Aleksandr-Nevski» kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir.
Dini ekspert Kənan Rövşənoğlu da təsdiqləyir ki, Azərbaycanda dini tolerantlıq qədimdən mövcuddur. Onun sözlərinə görə, bunun təsdiqi olaraq tarix boyunca bizdə dini məzmunlu düşmənçilik, savaşın olmaqmasıdır: "Adətən belə şeylər xarici təsirlərlə olub, məsələn 17-ci əsrin əvəllərindən Dağıstandan hücum edən tayfalar bura din şüarı ilə gəlmişdilər. Amma yerli camaatda dərin dini nifrət olmayıb. Bunun da bir sıra səbəbləri var. Avropadan fərqli olaraq Azərbaycanda dini tolerantlıqda dövlətlər arasında anlaşma deyil, bilavasitə xalqın özünün yanaşması rol oynayıb. Bu isə görünür Azərbaycanda tarixən etnik və dini müxtəlifliyin dərin olması ilə bağlıdır. Qədim inanclar, atəşpərəstlik, daha sonra xristianlıq, sonra islam hamısı Azərbaycana gəlib və özünə yer tapıb. Yəhudilik, fərqli xristian təriqətləri... bu qədər zənginlik içərisində azərbaycanlıların bir-birinə nifrət etməsi, dominant bir dini inancın digərlərini basqı altında saxlaması ənənəsi olmayıb. Yəni bir növ dövlət mərkəzli deyil, xalq mərkəzli olub”.
Bütün sadalanan faktlar bu xalqların nümayəndələrinin özlərini Azərbaycanda qətiyyən yad hiss etmədiyinə, onların respublikanın bərabərhüquqlu vətəndaşları olaraq milli kimliklərini qoruduğuna əyani sübutdur.
Bir faktı da mütləq qeyd etməliyik ki, hazırda Ermənistanla faktiki müharibə şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə təxminən 30 minə qədər erməni yaşamaqda davam edir. Sülhü dəstəkləyən Azərbaycan xalqı bu günədək erməni işğalında olan tarixi torpaqlarını hərbsiz, danışıqlar yolu ilə qaytaracağına inanır. Hətta ermənilərin bu qədər zülmündən sonra da xalqımız yenidən onlarla əvvəlki kimi dostluq qurmağa hazırdır. Çünki tolerantlıq, özündən qeyrisinə də sayğı ilə yanaşmaq xalqımızın qanındadır. Ölkəmizin malik olduğu təbii sərvətlər nə vaxtsa tükənə bilər, amma genetik yaddaşımızda kök salan ən ümdə milli sərvətimiz - digər xalqlara bəslədiyimiz sevgi, sayğı və tolerantlıq tükənməyəcək, əksinə, paylaşmağı bacardıqca daha da artacaq.
Eyni zamanda, 2-ci Qarabağ savaşında şanlı qələbə qazanmağımız xalqımızın dini birliyinin nəticəsində mümkün olmuşdu. 30 il işğalda qalan torpaqlarımızda islam dininin ən müxtəlif formalarda təhqir olunduğunun şahidi olduq, saxtalaşdırmaları ifşa etdik. Və bu ifşa siyasətini bütün dünyaya açıq şəkildə göstərdik. Ölkmizdə akreditə olan səfirliklər, beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa sistemli səfərləri təşkil olundu və onlar ermənilərin, həm də, dini vandallıqlarını öz gözləri ilə gördülər və şahidi oldular. Prezident İlham Əliyev bu günə qədər xalqın qarşısında verdiyi bütün sözləri tutdu və xalqımızın milli, dini, mədəni qürurunu bərpa etdi. Əminin ki, qısa zamanda, həm də, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə viran qoyulmuş dini abidələrmiz bərpa olunacaq və ümumxalq ziyarətgahlarına çevriləcəkdir.
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.15
Xəbər lenti
-
10:43NATO generalı Bakıdan MESAJ VERDİ - "Ağıllı olun!"
-
11:51QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
-
11:53Nazir paralimpiyaçılarımıza orden və medalları təqdim etdi - Fotolar
-
11:48Leyla Əliyeva kəpənək və ixtioz xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşdü - Fotolar
-
20:37Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
16:13Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
17:27İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
12:34COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər
-
12:17“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:43Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
14:57Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
13:24İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
-
11:30Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib
-
17:09Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
-
17:05İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
-
17:03Prezident İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB
-
16:55Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
-
15:47“Şvabe sifariş yerinə yetirir” – Partiya sədri
-
15:44QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
-
16:35Prezident general-mayoru rütbəsindən məhrum edib
-
13:28İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
-
12:30Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
-
12:11“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
19:58COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
-
17:10Makronun erməniyə platonik sevgisi...
-
19:27Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
19:24ECOLEAD layihəsi uğurla icra olunur
-
14:57ASGA Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumunu reallaşdıracaq – GİN-nin dəstəyi ilə
-
13:24Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib
-
11:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:09Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində görüş keçirilib
-
17:42“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihəyə start verildi
-
15:06Bu gün Onun yaratdığı gündür! - Elşən Musayev yazır
-
14:52İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb- YENİLƏNİB
-
11:58Gənclər Fondu bu dəfə Yevlax gəncləri üçün yeni imkanlar yaradıb
-
11:22ArtKvadrat səhnəsində Azərbaycan musiqisi qeyd edilib
-
09:22"COP29-LA BAĞLI BEYNƏLXALQ TƏŞƏBBÜSLƏR" QRANT MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
-
14:26"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16:50"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
-
16:04"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ
Digər xəbərlər
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə viran qalmış bütün dini və mədəni abidələrimiz bərpa ediləcək
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT
"Virtual Qarabağ" İKT Gənclər İB tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib – GİN-in dəstəyi ilə
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
Nyu Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş (FOTOLAR)
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT
2019-cu il Qarabağda... - Dünya analitiklərindən GÖZLƏNİLMƏZ PROQNOZ
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT
Hikmət Babaoğlu: Paşinyanın Rusiyada verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT
Şuşanın işğalından 26 il ötür
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”
-
AZƏRBAYCAN, MƏDƏNİYYƏT, DİASPORAMIZ DÜNYADA
“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq