Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa etdi (FOTO/VİDEO)

Hikmət Hacıyev Ararat Mirzoyanın yalanını ifşa etdi (FOTO/VİDEO)
"Ermənistan XİN rəsmi olaraq dezinformasiya yaydığı zaman faktların yoxlanması və miflərin aşkarlanması lazımdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.

"Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qaldıqlarına görə 2 uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.

İkincisi, Laçın keçid məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın keçid məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Ararat Mirzoyan tvitter hesabında azyaşlı uşaqların "Qarabağdakı humanitar vəziyyət” səbəbilə vəfat etdiyini yazıb.
 

Xəbər lenti