Diaspor sədası
23 İyun 2021, 14:26
23 İyun
2021
14:26
1358
Dünya azərbaycanlılarının növbəti forumu ərəfəsində qələmə aldığım məqalə həm tarix, həm də Diasporla iş üzrə Dövlət Komitəsinin son bir neçə ildə məhsuldar fəaliyyətinə nəzər salmaq məqsədi daşıyır.
Tarixə ekskursiya etdikdə Tiflis, İstanbul və Sankt-Peterburqda məskunlaşan Azərbaycan icması yığcam xarakter daşıyırdısa, əsasən XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Almaniya və Fransaya oxumağa göndərilən tələbələrin yaratdıqları cəmiyyətlər vətənə dönə bilməyənlərin ümid və təsəlli məbədləri idi.
Keçmişdə Almaniyada, Polşada və Türkiyədə nəşr olunan dərgilər əlaqələrin tənzimlənməsi və Azərbaycan icmalarının bir araya gəlməsinə xidmət edirdi. Digər vasitə isə o dövrdə yalnız Münhendən Azadlıq Radiosu vasitəsi ilə Mirzə Xəzərin özünəməxsus intonasiya ilə yayımladığı verilişlər vasitəsi ilə gerçəkliklər haqda bilginin alınması idi.
Bu xüsusda Sovetlər dönəmində maestro Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev, Arif Məlikov, Zeynəb Xanlarova və Fərhad Bədəlbəylinin xarici ölkələrə qastrol səfərlərində oraya təşrif buyuran azərbaycanlılarla ünsiyyət qurmaqla yanaşı, bəzən onların məktublarının qohumlarına çatmasına da yardımçı olublar.
1970-80-ci illərdə SSRİ-nin Parisdə UNESCO nümayəndəliyində çalışan diplomat Ramiz Abutalıbov könüllü olaraq Azərbaycanla bağlı topladığı sənədləri tarixi yaşatmaq üçün Azərbaycan Dövlət Arxivinə təhvil verməklə öz vətəndaşlıq borcunu yerinə yetirib. Toplanan sənədlər əsasında Ramiz Abutalıbovun təşəbbüsü ilə Bakı Media Mərkəzi Arzu Əliyevanın prodüseri olduğu "Əbədi ezamiyyət” sənədli filmini lentə alaraq tarixi həqiqətlərin işıqlandırılması ilə yanaşı, həm də diaspor fəalları üçün nümunəvi film ərsəyə gətiriblər.
Əsasən, 1990-cı illərdən Almaniya arxiv və kitabxanalarında aşkarladığım sənədlər əsasında "Azərbaycan-Almaniya: qədim və müasir əlaqələr” kitabını yazmaqla Alman-Azərbaycan Cəmiyyətinin əhəmiyyətini qabartmış oldum. 2007-ci ildə isə kitaba istinadən yazdığım ssenari əsasında Almaniyada lentə alınan "Azərbaycan-Almaniya dostluq əlaqələri” filmi maraqlı məqamları özündə ehtiva etdi.
1990-cı illərin əvvəlindən Türkiyədə Nihat Çətinkaya, Şotlandiyada Qulamrza Təbrizi, Norveçdə Givami Rəhimli, İsveçdə Bəhram Atabəyli, Amerikada Tomris Azərinin və başqa təşkilat rəhbərlərinin diaspor sədasına səs vermələri Azərbaycan sevdası ilə bağlı idi.
Hələ Sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev tələbələri SSRİ-nin müxtəlif şəhərlərinə və qismən də xarici ölkələrə təhsil almağa göndərməklə sanki müasir diasporun təməlini qoyurdu. Xarici ölkələrdən Azərbaycanda təhsil alan tələbələrin də gələcəkdə Azərbaycan haqqında təəssüratlarının formalaşması uzaqgörən siyasətin tərkib hissəsi idi.
Əlbəttə sadaladığım tarixi proseslərə növbəti dəfə öz möhürünü vuran görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev diaspor fəaliyyətinə də siyasi qiymətini verdi. 1994-cü ildə Brüsseldə diaspor fəalları ilə görüşdə cəmiyyətlərin, əsasən qanlı 20 yanvar hadisəsindən sonra yaranması fikrini soydaşların nəzərinə çatdırdı.
Ulu öndərin 1996-cı ildə Bonn şəhərində Petesberq Prezident Sarayında bizimlə ünsiyyəti və tövsiyələri böyük bir məktəb idi. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfəri zamanı diaspor fəalları ilə görüşlərinə əsaslanaraq 2001-ci ilin 9-10 noyabr tarixlərində Respublika Sarayında Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi üçün sərəncam imzaladı.
Nümayəndəsi olduğum I Qurultayın bayram ab-havası ulu öndər Heydər Əliyevin: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi dillər əzbəri olaraq daim xatirələrimizdə yaşayacaq. Bu məqamlar həyəcanlı və sevincli anlar idi.
I Qurultaydan sonra bu sahədə daha bir mühüm addım atıldı. Prezident Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı əsasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz bundan sonra müxtəlif ölkələrdəki diaspor təşkilatları Azərbaycanla əlaqələri daha da gücləndirdilər.
Xarici ölkələrdə "Azərbaycan evləri” və "Azərbaycan məktəbləri” açıldı, eləcə də gənc diaspor fəalları "Yay məktəbləri”nə cəlb olunmaqla, vətənə dəvət edildilər, Azərbaycandakı həmyaşıdları ilə canlı ünsiyyət qurmaq şansı əldə etdilər.
Əlbəttə bu illər ərzində görülən işlərin kulminasiya nöqtəsi 2019-2020-ci illəri əhatə edən məqamlarla imtahana çəkildi.
2020-ci ildə qəfil COVID-19 pandemiyası diaspor təşkilatlarının birliyini daha da möhkəmləndirdi. Xaricdəki soydaşlarımız Azərbaycan hökumətinin qayğısı ilə əhatə olundu.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə arxa cəbhədə uğurla mübarizə aparan diaspor fəallarının ürəyi hər an vətənlə bir döyünürdü. Xoş təsadüfdən sanki hadisələri qabaqlayaraq Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 2019-cu ilin fevralında Berlində təşkil olunan izdihamlı mitinq "Birlik” təməl daşını xarakterizə etdi. Diaspor sədasına qoşulan soydaşlarımız Qarabağ müharibəsində qələbə qazanana kimi sözün əsl mənasında ayaqda oldular.
Məhz diaspor xidmətinə görə medalın qələbə medalları ilə eyni zamanda təsis olunması da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diaspor fəaliyyətinə göstərdiyi ehtiramın nümunəsidir.
Tendensiyaya uyğun olaraq diaspor işinin konseptual həlli yolundan biri də elm və təhsil bazasına istinaddan keçir. Bu baxımdan professoru olduğum Bakı Slavyan Universitetində vaxtilə təşkil olunmuş müxtəlif ölkələrin tədris və mədəniyyət mərkəzləri, eləcə də xarici universitetlərdə təşkil olunmuş Azərbaycan mərkəzlərinin coğrafiyasını genişləndirməklə diaspora sahəsində uğurlu layihələr həyata keçirmək olar.
Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev