“Bunlar hər şeyi cəmiyyətə bax belə tərsə-məssəf təqdim edirlər” - DEPUTAT

“Bunlar hər şeyi cəmiyyətə bax belə tərsə-məssəf təqdim edirlər” - DEPUTAT
"Deməli, bu AXCP-nin işçiləri də - mən onlara fəal demirəm, çünki elə məhz işçilərdir – sədrlərinə oxşayıblar. Əsas da mövzunu, hadisəni, baş verənləri təhrif eləmək məsələsində. Ramid Nağıyev də bax onlardan biridir. Üzərinə düşən öhdəliyi icra etmir, aliment ödəmir, sonra da deyir ki, məni siyasi mənsubiyyətimə görə həbs ediblər.” 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP üzvü Ramid Nağıyevin həbsinə münasibət bildirərkən söyləyib.

"Bunlar hər şeyi cəmiyyətə bax belə tərsə-məssəf təqdim edirlər. 50 yerdə qanun pozurlar və sonra 51-cini edib digər əllisindən yayınmaq istəyirlər. Ardınca isə bütün qaraguruh trolları düşürlər ortalığa ki, həbsin səbəbi aksiyadır. Belə deyil! Hərçənd qanunsuz aksiyada iştirakın özü də çox ciddi qanun pozuntusudur və Ramidin elə buna görə də saxlanılması mümkün idi. Amma fakt budur ki, Ramid Nağıyev məhz aliment ödəmədiyinə görə cəzalanıb. Bildiyim qədərilə 1 həftəlik müddətə. Ona görə də erməni diasporundan bol-bol qidalanan Əli Kərimliyə tövsiyyəm budur ki, sosial şəbəkələrdə yanlış, yayındırıcı fikirlər paylaşmaq əvəzinə əlindəki pullardan azacıq bir qismini Ramidə versin, o da gedib alimentini ödəsin və məsələ də bununla bitsin. Yoxsa hər şeyi siyasətə yuvarlamaq, hər şeyə başqa rəng qatmaq ən azından bir siyasətçiyə yaraşan hərəkət deyil. Hətta ayıbdır!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti