“Belə nadanlığı səndən başqa edən varmı?” – Deputatdan sərt sözlər!

“Belə nadanlığı səndən başqa edən varmı?” – Deputatdan sərt sözlər!
"Əli Kərimlinin təşkil etdiyi növbəti aksiya da biabırçılıq idi. Təbii, buna aksiya demək mümkünsə. Adam həqiqətən utanmır, abır-həya eləmir. Hər həftənin sonu 3-5 nəfərə, qaraguruhçu dostlarına göstəriş verir ki, gedin asayişi pozun, həbs olunun və cərimələnin. Özü isə feysbukda reklam işləri, həmin qaraguruhun təbliğatı ilə məşğuldur. Başqa fəaliyyəti yoxdur. Ancaq pozuculuq, pozuculuq və yenə də pozuculuq. Vəssalam.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Sonra da siyahı paylaşır ki, filankəslər saxlanılıb. Nə olmalı idi? Təltif edilməli idilər? Qaraguruh medalı verilməli idi, onlara? Qanun pozan saxlanılmalıdır da.

Yaxşı bəs sən özün harada idin, ay Əli Kərimli? Niyə insanları qanunsuz aksiyalara təhrik edib, özün kənarda dayanırsan? Nə siyasətdir bu? Nə məntiqdir bu? Belə rəzaləti, belə nadanlığı səndən başqa edən, edə bilən varmı?” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti