"AXCP"-nin "İŞİD"-dən heç bir fərqi yoxdur..."- Elşən Musayev

"Görünən budur ki, Azərbaycanın radikal müxalifəti artıq ən "axırıncı” yollara belə əl ataraq istənilən mövzu üzərindən spekulyasiya etməyə qərarlıdır. Həm qərarlı, həm də hazır. Bax, budur onların bədbəxtçiliyi! Bax, ona görə belələrinə qaragüruh deyirik. Bax, bu səbəbdən həmin antimilli ünsürlərin cəmiyyətdə bir qəpiklik hörməti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Deputat sözlərinə belə davam edib: "İndi də Seymur Həzi adında siyasi vandalşünas sərsəmləyib, yenə ağlına, ağzına gələni danışıb və guya Azərbaycanda insan hüquq və azadlıqlarına hörmətin, ehtiramın olmaması ilə bağlı cəfəngiyyat söyləyib.

Destruktiv təmayülün nümayəndəsi olan bu yarımçıq siyasətçi hələ də anlamır ki, onların uğursuzluğunun səbəbi dövlət deyil, öz niyyətləridir, siyasəti cinayətlə, azadlığı xaosla səhv salan məntiqləridir. Qolçomaq Əli Kərimlinin bu kamikadze tələbəsi hələ də fərqində deyil ki, dövlət və hakimiyyət fərqli anlayışlardır, müxalifətçiliyi kişi kimi eləmək lazımdır, belə vicdansız ritorika ilə mübarizə aparmaq olmaz.

"Milli Şura” və "AXCP” kimi yaramaz təşkilatların "İŞİD”dən, "Asala”dan mahiyyət etibarilə heç bir fərqi yoxdur! Bunu tam məsuliyyətimlə deyirəm. Eynidirlər! Eyni ağılda, eyni məfkurədə, eyni əqidədədirlər! Bunlar da terror edirlər. Siyasi terror, mənəvi terror, alçaq terror!

Başbiləni Əli Kərimli, qayınatası Tofiq Yaqublu olan Seymur Həzi kimi ünsürdən isə hər halda bundan artığını gözləmək mümkün deyil. Bir mənbədən qidalanır hamısı: Erməni lobbisindən və anti-Azərbaycan şəbəkəsindən! Və zamanı gələndə törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər. Mütləq və mütləq!".

 

Xəbər lenti