Zəfər Günü ərəfəsində növbəti diplomatik UĞUR
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən gün Soçidə keçirilən üçtərəfli görüşü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.
Vitse-spikerin müsahibəsini təqdim edirik:
- Əli müəllim, bir neçə gündür ki, ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilmiş Soçi görüşünü necə dəyərləndirisiniz?
- Soçi görüşü Azərbaycan Prezidentinin növbəti ciddi uğurudur. Bu uğuru səciyyələndirən əsas faktor cənab İlham Əliyevin müstəqil, sistemli ardıcıl xarici siyasətidir, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə mövcud olan etimadlı və şəxsi dostluq münasibətləridir.
- Görüşün yekunu kimi Soçi bəyanatının müddəaları ilə bağlı bağlı fikirləriniz maraqlı olardı.
- Birincisi odur ki, bu sənədin bütün müddəaları 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatının icrası məqsədini daşıyır. Bu isə o deməkdir ki, regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması labüddür. İkincisi, bəyanat ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını və sərhədlərin dəyişilməzliyini bir daha təsdiq edir. Üçüncüsü, burada sülh müqaviləsinin bağlanmasının vacibliyi vurğulanır. Dördüncüsü, xalqlar arasında etimadın yaradılması məqsədilə üçtərəfli əməkdaşlığın təklif olunmasıdır ki, bu da sülh müqaviləsini zəruri edən faktorlardan biri kimi dəyərləndirilməlidir.
- Əli müəllim, bir sıra ekspertlərin görüş ərəfəsində narahatlıqlarının şahidi olduq. Sizcə buna əsas vardımı?
- Bu ona görə baş verirdi ki, hadisələrin gedişində çıxışlardakı bəzi mühüm və müsbət məqamlar bilərəkdən kontekstdən çıxarılmışdı və yaxud kompleks şəkildə şərh edilmirdi. Məqsəd isə ictimaiyyəti çaşdırmaq və məsələnin əsl mahiyyətindən yayındırmaq idi. Lakin, bildiyiniz kimi, sonuncu Valday forumundakı çıxışında Vladimir Putin bu məsələlərlə bağlı bütün məqamların Azərbaycanla razılaşdırılmalı olduğunun zəruriliyi haqda fikir söylədi. Bu, artıq Azərbaycanın bütün proseslərdə aydın görünən üstünlüyünün göstəricisidir. Növbəti mərhələdə - KTMT-nin Astana iclasında isə Belarus prezidenti Aleksandr Lukaşenko da aydın və Ermənistanı xəbərdaredici mesajlar verdi. Təbii ki, onun bölgədə gedən proseslərlə bağlı, Azərbaycanın hamı üçün dost və güclü ölkə olması ilə bağlı söylədikləri təşkilata daxil olan ölkələrin liderlərinin ümumi fikridir. Və Soçi görüşü əslində bu pozitiv hadisələr fonunda baş tutacaqdı. Soçidə isə Rusiya prezidenti ilə görüş zamanı Prezident İlham Əliyev bir daha Qarabağ münaqişəsinin bitdiyini və onun müzakirə mövzusu olmadığını söyləməklə müzakirə masasına çıxarılacaq məsələlərin bundan sonrakı mərhələyə, yəni Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr olunacağını bəyan etdi. Nəticə etibarilə biz bəyanatda İlham Əliyevin məntiqinin əks olunduğunu görürük, belə ki, yekun sənəddə Qarabağla bağlı heç bir müddəa yoxdur və ola da bilməzdi.
- İndi erməni mətbuatı Paşinyanın fiaskoya uğradığını söyləyir. Sizcə, Xankəndidəki etiraz mitinqi və Emənistanın revanşist davranışı fonunda Paşinyan üzərinə götürdüyü öhdəlikləri necə icra edəcək?
- Soçi görüşündə təkcə Paşinyan deyil, eyni zamanda onunla eyni düşüncəyə malik bizim radikal müxalifəti də fiaskoya uğramış oldu. AXCP sədri Kərimov Əlinin və onun tərəfdarlarının görüş öncəsi sülhməramlı qüvvələrin mandatının uzadılacağı ilə bağlı irəli sürdükləri gülünc iddialar onların təkcə məkrli niyyətlərindən yox, həm də siyasi savadsızlıqlarından irəli gəlir. Çünki, bu məsələ 10 noyabr 2020-ci il bəyanatında tam əksini tapıb. Onlar isə erməni revanşistlərinin təsiri altında eyni fikri bölüşürlər. İndi hər şey bitəndən sonra "böyük təhlükədən bu dəfə yayınmaq mümkün oldu” kimi uydurma və gülünc fikirlərlə özlərinə təsəlli tapırlar...
Beləliklə, bütün xarici və daxili təhdidlərə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev 8 noyabr – Zəfər Günü ərəfəsində növbəti diplomatik uğura imza atdı.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib