“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
06 Mart 2024, 16:38
06 Mart
2024
16:38
163
Martın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib. Gənclər Evinin akt zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP şəhər təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, MDU-nun, Turizm və Tibb Kolleclərinin, təhsil müəssisələrinin təmsilçiləri, ictimai təşkilatların və qeyri-hökumət təşkilatların nümayəndələri, mətbuat işçiləri, əmək veteranları, tələbə gənclər iştirak ediblər. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. Əvvəlcə torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra "Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda videoçarx nümayiş olunub.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Yaşıl Dünya Naminə Həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişməsidir. Ölkəmiz də qlobal iqlim dəyişməsindən geri qalmayıb, məhz bu baxımdan cənab Prezidentimizin imzaladığı bu sərəncam həmin problemləriun qarşısının alınması sahəsində beynəlxalq həmrəyliyi zəruri edir.
Şəhər rəhbəri qeyd edib ki, bu il Azərbaycan COP 29 tədbirinə ev sahibliyi edir. Dünya Birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu, etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpa olunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini bərpa edir. Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliyinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaqdır. Və bütün bunlar ölkəmizin nüfuzunu dünyada bir daha əhəmiyyətli dərəcədə artıracaqdır.
İ.İsmayılov vurğuladı ki, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə " Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda keçirdiyimiz bu tədbir bizim üçün qarşıda duran vəzifələrin planlaşdırılması və il ərzində görəcəyimiz işlərin proqramlaşdırılması üçün əsasdır. Mingəçevir yaşıllığı ilə hər zaman seçilir. Şəhərimizin yaşıllıq zolaqlarında ağacların əkilməsi ilbəil genişlənir, bu sərvətlərə qulluq, yaşıllıqların suvarılması da daim diqqət mərkəzində saxlanılır. Bu gün də şəhərimizin Bayraq Meydanı yaxınlığında və Şərq giriş qapısı istiqamətindəki yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkməklə biz mingəçevirlilər yeni layihəyə başlayacağıq. Əminliklə demək olar ki, mingəçevirlilər cənab Prezidentimizin bu sərəncamının yerinə yetiriliməsində də bacarıqlarını əsirgəməyəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.
Təbirdə MDU-nun şöbə müdiri, dosent Asim Məmmədov, 8 saylı Regional Ekologiya və Təbiil Sərvətlər İdarəsinin məsləhətçisi Ülkər Paşayeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil sektorunun Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva çıxış edərək fəalyiyət proqramlarından danışmışlar. Çıxış edən ictimaiyyət nümayəndələri fikir və təkliflərini bildirmişlər.
Sonra tədbir iştirakçıları şəhərimizin Bayraq Meydanı yaxınlığında və Şərq giriş qapısı istiqamətinə gedərək bu ərazilərdəki yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkmişlər.
Mingəçevir qəzeti
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)