"YAŞAT" Fondu şəhid övladları üçün növbəti layihəyə başlayıb

"YAŞAT" Fondu tərəfindən artıq 3-cü ildir ki, həyata keçirilən "Məktəbli ləvazimatları” layihəsi şəhid övladlarını sevindirməyə davam edir.

Bu dəfə də ölkənin bütün bölgələrindən olan 1000-dən çox şəhid övladı bir illik məktəbli ləvazimatları ilə təmin ediləcək. 

Qutuların ünvanlara çatdırılması prosesinə bir həftədir ki, start verilib. Hədiyyələrin paylanması 15 sentyabr tarixinədək davam edəcək.

Layihənin əsas sponsoru : Bakcell

Layihənin logistika dəstəkçisi: Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics"
 
 




 

Xəbər lenti