"YAŞAT" düşərgəsinin 7-ci həftəsi davam edir

"YAŞAT” Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsinin 7-ci həftəsi davam edir.

Yeddinci həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, "Digital Umbrella" şirkəti tərəfindən təlim proqramı, eyni zamanda yunan-roma güləşi üzrə dünya çempionu Rafiq Hüseynovla idman ustad dərsi baş tutub. 

Uşaqlar  arasında təşkil olunan "Əlaçı” intellektual verilişində onlar əyəncəli vaxt keçirib, yeni biliklər əldə ediblər.


ASAN Radionun direktoru Emin Musavi ilə görüşdə iştirakçılara informasiyanın düzgün çatdırılması, sosial mediadan istifadə və s. mövzularda məlumat verilib.


Həftə ərzində ASAN Radionun təşkilati dəstəyi ilə xarici və yerli müğənnilərin konsert proqramları da baş tutub.


Türkiyənin tanınmış pop ulduzu Petek Dinçöz şəhid övladları üçün təmənnasız konsert proqramı reallaşdırıb. O, Azərbaycanın məşhur "Yandırdın qəlbimi" mahnısını  ifasında ilk dəfə düşərgədə səsləndirib. 

Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti,  "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;



Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 






Xəbər lenti