Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri ilə görüş keçirildi
07 Aprel 2023, 20:42
07 Aprel
2023
20:42
316
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədli qardaş ölkədə fəaliyyət göstərmiş Azərbaycan könüllüləri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə qoşulan Azərbaycan könüllülərinin fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir rəsmi və bədii hissələrdən ibarət olub.
Mərasimin bədii hissəsində təbii fəlakət nəticəsində çadır şəhərciklərində yaşayan Türkiyəli uşaqlar tərəfindən çəkilən rəsmlərdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan sərgidə nümayiş edilən rəsmlərdə kədərlə yanaşı Azərbaycana və könüllü gənclərimizə olan sevgi aydın təsvir edilib.
Azərbaycan könüllülərinin qardaş ölkədəki fəaliyyətinə həsr edilmiş tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra təbii fəlakətin ilk günlərindən etibarən bir ay müddətində Türkiyədə zəlzələ qurbanlarına dəstək göstərən Azərbaycan könüllülərinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin, Türkiyə Respublikasının ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Cahit Bağcının, millət vəkili Cəbi Quliyevin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyevin də qatıldığı tədbirdə çıxış edən natiqlər Türkiyədə baş verən dağıdıcı zəlzələnin Azərbaycan xalqında dərin sarsıntı yaratdığını və xalqımızın hər bir nümayəndəsinin yardıma tələsərək qardaş ölkənin yanında olmaq istəyini və bu çağırışa qoşulan Azərbaycan könüllülərinin bir ay boyunca göstərdikləri yardımın hər iki xalq arasında mövcud olan dərin tarixi qardaşlıq bağlarına və çətin anlarda qarşılıqlı dəstək ənənələrinə bağlı olduğunu dilə gətirdilər. Natiqlər Türkiyəli könüllü gənclərlə çiyin-çiyinə çalışan Azərbaycan könüllülərinin Kahramanmaraş, Malatya, Hatay və Adıyaman şəhərlərində zəlzələnin fəsadlarının aradan qaldırılmasında, minlərlə sakinə humanitar yardımın çatdırılmasında, eləcə də digər zəruri dəstək tədbirlərinin təmin edilməsində əzmkarlıqlarını vurğuladılar.
Daha sonra Azərbaycan könüllüləri təltif edilmə mərasimi keçirilib və zəlzələdən zərər çəkən bölgələrdə yardım dəstəyi göstərən könüllülərin təəssüratlarından bəhs edən video süjetlər təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "ASAN Könüllüləri”, "Gənc Könüllülər”, "BİR Könüllü”, "Aqrar İnkişaf Könüllüləri”, "Naxçıvan Könüllüləri”, "Ekokönüllülər”, "Böyük Qayıdış” və digər könüllü təşkilatlarının 150 üzvünün Türkiyə Gənclik Fondunun nümayəndələri ilə birgə ölkə başçısının "Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşmüşdür. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.
Ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələn könüllülər tədbirdən sonra Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində təşkil ediləcək üç günlük düşərgəyə yola düşüblər. Düşərgə müddətində gənclərlə Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşü, interaktiv komanda oyunları, əyləncəli, musiqili asudə vaxt, idman yarışları və Şəki şəhərinə infotur təşkil ediləcəkdir.
Xəbər lenti
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
MANŞET, SİYASƏT
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SİYASƏT
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SİYASƏT
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir