“Siyasi klounluq Əli Kərimlinin peşəsidir!” – Elşən Musayevdən AXCP sədrinə sərt sözlər...

“Siyasi klounluq Əli Kərimlinin peşəsidir!” – Elşən Musayevdən AXCP sədrinə sərt sözlər...
"Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko ilə görüşdə Azərbaycan siyasətinin üz qarası Əli Kərimlinin səsləndirdiyi fikirlər sərsəmləmədən savayı bir şey deyil. Eyni zamanda AXCP-nin bədnam sədri bir həqiqəti gec olmadan anlamalıdır ki, özgə qucaqlarda mədət axtarmaqla nəyəsə nail olmaq qeyri-mümkündür!” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"AXCP sədri davamlı şəkildə siyasi falçılıqla, riyakarlıqla, iftira ilə məşğuldur. Qarşısına çıxana da gileylənir, yalan məlumat verir, öz gücsüzlüyünü və uğursuzluğunu bir şəkildə kompensasiya eləməyə çalışır.

Əli Kərimli deyib ki, ölkədə çoxpartiyalı sistemə təhlükə var. Maraqlıdır: Söhbət hansı təhlükədən gedir görəsən? Hardadır o təhlükə ki, həmin təhlükəni Əli Kərimlidən savayı heç kim görmür və ya görə bilmir?  Ölkədə artıq 20-ə yaxın Partiya qeydiyyatdan keçib, hər bir siyasi təşkilat öz fəaliyyətini yeni qanunun tələblərinə uyğunlaşdırır, bütün proseslər şəffaf gedir, kim normal reyestr siyahısı təqdim edibsə Ədliyyə Nazirliyindən müsbət cavab alır. Başqa nə olmalı idi ki, olmayıb? Nədir axı problem? AXCP sədri niyə özünə əl qatıb? Niyə dövləti şantaj edir? Niyə öz ölkəsindəki müvafiq qurumlardan savayı hamıya müraciət edir, hamı ilə görüşür? Bilirsinizmi niyə? Çünki panikadadır. Çünki öz kəramətinə bələddir. Çünki nə qədər zəif və  rəzil olduğunun fərqindədir. Çünki siyasi klounluq onun peşəsidir!

O ki qala, siyasi məhbus məsələsinə. Yenə yalan danışır. Həm də gözünün içinə qədər! Azərbaycanda siyasi məhbus yoxdur. Yox əgər söhbət Qubaddan və digərlərindən gedirsə, o zaman Əli Kərimli bir həqiqəti qulağına sırğa eləsin və unutmasın: Yaxın vaxtlarda Azərbaycanın istintaq orqanları, məhkəmələri elə həqiqətləri üzə çıxaracaq ki, bax o zaman AXCP-nin anti-milli sədrinin, Əli Kərimli adında saxtakarın, xainin danışmağa sözü qalmayacaq. Eyni zamanda həmin məhkəmə prosesləri sübut edəcək ki, Kərimlinin bəh-bəhlə müdafiə etdikləri şəxslər hansı oyunlardan çıxıblar, nə çirkabların içinə giriblər və necə yaramaz cinayətlər törədiblər!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti