Şəhid Təbriz Cüməzadəyə həsr olunmuş filmin çəkilişləri başa çatdı

Şəhid Təbriz Cüməzadəyə həsr olunmuş filmin çəkilişləri başa çatdı
"İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edəcək. Bu barədə 7NEWS.az-saytına QHT-nin mətbuat xidmətindən məlumat verilib: "Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində həlak olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub."

Xəbər lenti