QHT sədri: Paşinyan-Makron cütlüyünün “Qranada şousu” baş tutmadı

06 Oktyabr 2023, 15:52
06 Oktyabr
2023
15:52
121
Məlum olduğu kimi, Azərbaycan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib. Azərbaycanın görüşdən imtinası Qəbdə ciddi rezonans doğurub. Xarici media mözuya dair müxtəlif müzakirələr açıb.
"Hər hansı beynəlxalq tədbirdə və görüşdə iştirak etmək hər bir dövlətin suveren hüquqdur”.
Bunu "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
QHT sədrinin sözlərinə görə, xüsusən də planlaşdırılan görüşün Fransa və onun timsalında Makronun çıxış etməsi heç bir standarta sığmır.
"Fransa prezidentinin əksər çıxışları birbaşa Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa yönəlib. Makron həmişə keçmiş xunta rejimini dəstəkləməklə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Fransa regionla bağlı hər hansı tarixi və digər bağlılığı olmadığı halda, bölgəyə nüfuz etmək, münaqişənin alovlanmasına şərait yaratmaq siyasəti aparır.
Makron hökuməti bütün platformalarda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etməklə bu tip müzakirələrin əsas təşkilatçısına çevrilib. Bu şəraitdə Fransanın regionda sülh quruculuğuna hər hansı töhfəni vermək istəyi reallıqdan kənar görünür”.
Cəsarət Hüseynzadə qeyd edib ki, Fransa eyni zamanda Avropa dövlətləri və təşkilatlar çərçivəsində özünün təsir imkanlarından istifadə etməklə Azərbaycana qarşı qrup formalaşdırmağa çalışır.
"Son dövrlər məhz Fransanın təsiri ilə Almaniyanın da bu prosesdə görünməsi təəssüf doğurur. Bəzi alman media orqanlarının Qarabağla bağlı dezinformasiya yayması məhz buna əyani sübutdur.
Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün heç bir dövlət və yaxud beynəlxalq qurum səlahiyətləndirlməyib. Moskva, Vaşinqton və Brüssel formatları mövcuddur və Azərbaycan hər 3 formatda təmsil olunur. Lakin Brüssel formatına Fransanın daxil olmağa çalışması, eyni zamanda Fransanın mövqeyindən çıxış edən Almaniyanın da bura əlavə olunması qəbuledilməzdir. Belə olan halda Azərbaycan da haqlı olaraq regionun təhlükəsizliyi baxımında real güc sahibi olan Türkiyəni bu formatda görmək istəyir. Hesab edirəm ki, Azərbaycan bu məsələyə haqlı olaraq mövqeyini bildirməsəydi, Fransa yaxın gələcəkdə hətta Hindistanı da bu "sülh masasına” qoşmaq istəyəcəkdi”.
Təşkilat sədri qeyd edib ki, yaxın gələcək üçün Qərb məkanında optimal format ən yaxşı halda Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan və Ermənistan liderlərinin görüşü ola bilər.
"Azərbaycan hazırda BMT-nin nizamnaməsinə uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyü təmin edib. Öz sərhədlərinə tam nəzarət edir. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin bağlanmasını istəyir. Amma bu müqavilənin müzakirəsi bərabər şərtlər və imkanlar şəraitində mümkündür. Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu 30 ilə yaxın müddətdə heç bir dövlətin və ya beynəlxalq təşkilatın təzyiqi ilə hərəkət etməyib. Hərbi və siyasi üstünlüyünü bərqərar edən Azərbaycan indi beynəlxalq müstəvidə daha da güclüdür. Azərbaycan sülh müqaviləsi bağlamaq istəyir, amma sülh müqaviləsi daha çox Ermənistan üçün lazımdır.
Ona görə də Ermənistan apardığı yanlış siyasətdən və oyunlardan əl çəkməli, beynəlxalq hüquqa əsaslanan prinsiplər üzrə bərabər imkanların olduğu sülh masasına oturmalıdır.
Əks halda Nikol Paşinyan Emmanuel Makron, Olaf Şolts kimi şəxsləri bu prosesə süni formada qoşmaqla sülhə gedən yolu bir qədər də uzadır”.
QHT sədri sülh danışıqları çərçivəsində müzakirə olunan Zəngəzur dəhlizinin vacibliyinə də toxunub:
"Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da dəhliz məsələsində israrlıdır. İki qardaş ölkənin prezidentlərinin təklif etdiyi isə sülh və inkişaf yoludur. Bu yol təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı deyil, şərq ilə qərbi birləşdirməklə regionun inkişafına zəmin yaradacaq”.
Xəbər lenti
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
06 Dekabr 2023
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
SİYASƏT, GÜNDƏM
"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
SİYASƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
SİYASƏT
“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
SİYASƏT
“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
SİYASƏT
"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
SİYASƏT
Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir