Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
19 Oktyabr 2023, 15:53
19 Oktyabr
2023
15:53
262
Azərbaycan Respublikası Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə Naxçıvan Gənclik Mərkəzində baş tutan konfrans öz işinə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev açılış nitqi ilə çıxış edib və bununla da tədbirin rəsmi hissəsi başlayıb.
Rəsmi hissədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və NAYORA-nın sədri Azər Əliyev çıxış edib. Onlar öz çıxışlarında bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib.
Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı gənclərin və tələbələrin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, günün ikinci yarısı paralel panel müzakirələri ilə davam edib. Moderatorluğunu Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadənin etdiyi paneldə YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı spiker qismində iştirak ediblər. "Heydər Əliyev və Azərbaycan gəncliyinin təşkilatlanma prosesi” mövzusunda baş tutan panel interaktiv formatda keçirilib, iştirakçıların ünvanladıqları çox saylı suallar cavablandırılıb.
"İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlının moderatoru olduğu "Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının gənc nəslin sosial-mənəvi inkişafına təsiri” mövzusunda keçirilən digər bir panelin spikerləri isə Azərbaycanlı Tələbə və Məzunlar Platformasının sədr müavini Rafael Hacıbəyli, "Naxçıvan” Universitetinin elm, innovasiya və beynəlxalq əlaqələr üzrə prorektoru, təhsilin idarəedilməsi, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov, "Naxçıvan qaziləri” İctimai Birliyinin gənc üzvü Əli Əlisoy və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev olublar.
Panel müzakirələrindən sonra xatirə fotosu çəkilib və konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, "Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransın məqsədi Ulu Öndərin zəngin irsinin və həyat yolunun gənclər təşkilatları arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)