Köçkünlərin fikrincə, etibarlı sülh olsa, birgəyaşayış mümkündür

MVA QHT Agentliyinin yardımı ilə keçmiş məcburi köçkünlərlə fokus-qrup müzakirələri təşkil edib və onların hökumətdən gözləntilərini araşdırıb
30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə "Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ağıllı kəndlərin və şəhərlərin, eləcə də hava limanlarının inşasını sürətlə davam etdirir.
Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış prosesini sürətləndirir. Amma köçkünlərin sosial-psixoloji vəziyyətini öyrənmədən və onları mənəvi cəhətdən qayıdışa hazırlamadan proses arzu edilən səviyyədə ola bilməz. Uzun illər savaşdan əziyyət çəkən saysız-hesabsız insanı tədricən birgəyaşayış prosesinə hazırlamağa ehtiyac var. Söhbət həm də azad olunmuş torpaqlarımızda Azərbaycan və erməni əsilli soydaşlarımızın gələcəkdə qonşuluq şəraitində birgəyaşayışından gedir. ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Xarici İşlər naziri Ceyhun Bayramovun dediyi kimi: "Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir”.
Bəs 30 illik həsrətdən sonra doğma torpaqlarına qayıdacaq sadə azərbaycanlılar nə düşünürlər? Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi "Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində suala cavab axtarıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyul ayının əvvəlindən sentyabr ayının sonunadək icra olunub.
MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, İctimai Birlik tərəfindən kifayət qədər diskussiya yaradan atmosferdə müzakirə aparılıb, ictimai rəy öyrənilib, sonda real mənzərəni hökumətin diqqətinə çatdırmaq üçün hesabat hazırlanıb: "Düşünürəm ki, köçkünlərin birgəyaşayışla bağlı fikirləri gələcəkdə iki qonşu xalqın inteqrasiyasında əhəmiyyətli rol oynaya bilər”.
F.Nəbiyev layihə çərçivəsində "Biz sülh istəyirik” adlı sənədli filmin çəkildiyini və ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. O, deyib ki, filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar: "Amma 1988-ci ildə "saqqalıların” peyda olması və rus silahlılarının havadarlığı ilə münaqişə, sonra isə müharibə baş verdi. Nəticədə bir milyon köçkün 30 il ərzində dədə-baba yurdlarından qovuldu. Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır.”
Filmi aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=XvtUNCHVBXA
Xəbər lenti
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
SİYASƏT, GÜNDƏM
"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
SİYASƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
SİYASƏT
“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
SİYASƏT
“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
SİYASƏT
"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
SİYASƏT
Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir