İstanbulda Rusiya və Ukrayna danışıqları başladı, Ərdoğan salamladı

İstanbulda Rusiya və Ukrayna danışıqları başladı, Ərdoğan salamladı

7NEWS.az xəbər verir ki, Təxminən bu saatlarda İstanbulda Rusiya və Ukrayna danışıqları başlayıb. 

Dolmabağça sarayında keçirilən görüşün vacib hissəsi Bakı vaxtı ilə saat 11:30-da baş tutacaq və mətbuata qapalı olacaq. Bu dəqiqələrdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları salamlayıb, görüşün işində uğurlar arzu edib. 

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün dünən axşam saatlarından Türkiyədədir.

Xəbər lenti