“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
"Dünən Azərbaycan Milli Qurtuluş Gününü qeyd edərkən Laçındakı nəzarət-buraxılış məntəqəmizin atəşə tutulması iyulun 21-də Brüsseldə üçtərəfli danışıqların keçiriləcəyi, buna hazırlıq məqsədilə Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtona gedəcəkləri açıqlanandan sonra törədilən təxribatların azğıncasına davamıdır.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlət Sərhəd Xidməti "Laçın” nəzarət-buraxılış məntəqəmizi atəşə tutan iki snayperin məhv edildiyini bildirir. Ermənistan hələlik susur. Bəlkə, qarşı tərəfin doğrudan da heç itkisi yoxdur. Bizim nəzarət-buraxılış məntəqəsini atəşə tutanlar regionda sülh olmasını arzulamayan hansısa ölkənin kəşfiyyat-diversiya qrupu olub.
Təəssüf ki, bu regionda sülhə qarşı çıxanların sayı heç də az deyil ki, onlardan da ikisinin- İran və Fransanın Ermənistanda hərbi təlimatçıları da var. Amma bu, daha çox 1905-ci ildə kazaklara təxribat törətdirməklə məqsədlərinə çatanların dəst-xəttinə bənzəyir. Məhz həmən ölkənin ekspertləri və hətta rəsmiləri artıq açıq şəkildə bildirirlər ki, Azərbaycanla Ermənistan arasında sülh, Qarabağdakı haydillilərin reinteqrasiyası Qafqazdakı mövcudluqları üçün təhlükə yaradır. Onların deməklərindən çıxan məntiq budur ki, özlərini rahat hiss etmələri üçün bu region təhlükə içində, qarşıdurma vəziyyətində yaşamalıdır.
Burada diqqətinizi bir məqama da cəlb edim ki, təqribən iki ay öncə aprelin 11-də yenə məhz Dığ kədindən mövqelərimiz atəşə tutulmuş və təəssüf ki, 3 hərbiçimiz şəhid olmuşdu. Həmən təxribatdan iki gün ötən kimi Ermənistan baş naziri ölkəsinin Laçınla sərhədlərinin 12 kilometrini Rusiyanın qoruyacağını bildirdi. Belə görünür ki, Moskva təkcə Zəngəzur dəhlizini deyil, Ermənistandan Xankəndinə gedəcək yolu da, başlanğıcdan ta sona kimi tam kontrol altında saxlamaq istəyir. Dünənki təxribat da fikrimcə, Ermənistanın Azərbaycanla sərhədlərinə kontrolu da öz əllərinə almaq istəyənlərin prosesi tezləşdirmək niyyətindən qaynaqlanır. Halbuki, 1992-ci il sentyabr anlaşmasına görə Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanın ancaq Türkiyə və İranla sərhədlərini qorumalıdır
İstənilən halda arxasında kimin durmasından asılı omayaraq Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilən dövlət terror aktına görə Ermənistan məsuliyyət daşıyır və forpostluğu onu bu məsuliyyətdən azad etmir.
Xanım sədr, mən dünən Tərtərin Sarıcalı kəndində seçiçilərlə görüşəndə böyük su, özəlliklə də içməli su qıtlığı ilə üzləşdiklərini dedilər. Bu, ilk növbədə Sərsəngdən suyun buraxılmaması ilə bağlıdır. Xatırladım ki, bizim uyğun qurumların mütəxəssisləri Qarabağdakı haydillilərlə Sərsəng su anbarının daha optimal istismarıyla bağlı görüşüb danışmışdılar. Amma haydillilər sonra ünsiyyətdən qaçdılar. Çox ehtimal ki, Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını deməsindən sonra gecə saat 11-də Xankəndindəki uydurma parlamenti toplayaraq bu açıqlamanı pislətdirəmlərin, yəni Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinin təhriki ilə belə davrandılar. Diqqətinizə görə təşəkkür edirəm!
"Ulu Öndərin Azərbaycan rəhbərliyində olması Azərbaycan tarixində yeni bir dönüş nöqtəsi oldu”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: ”1993-cü il Azərbaycan xalqının müstəqillik tarixinin ən ağır illərindən biri idi. Bir tərəfdən hakimiyyət daxili çəkişmələr, bir tərəfdən ümidsiz gələcəyə baxış, digər tərəfdən də torpaqlarımızın işğalı və qaçqın ordusunun yaranması xalqı çıxılmaz bir vəziyyətə salmışdı. Həmin illəri xatırlayanlar çox gözəl bilir ki, gedişat artıq müstəqilliyimizin itirilməsinə gətirib çıxara bilərdi. Çünki səriştəsiz rəhbərlərin hakimiyyət başında olması xalqa ancaq dərd-bəla gətirirdi. Azərbaycanın müstəqillik tarixinin ən qara səhifələri məhz 90-cı illərin əvvəlləri olub. Xalq artıq bir xilaskar axtarırdı. Bu başıpozuq rəhbərlik xalqı elə bir vəziyyətə salmışdı ki, Azərbaycanı ancaq dahi bir rəhbər bu çətinlikdən xilas edə bilərdi. O dahi rəhbər də əlbəttə ki böyük azərbaycanlı Heydər Əliyev idi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
"1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. Yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Bütün bunlar isə Azərbaycan xalqında gələcəyə bir inam, ümid işığı yandırmış oldu. Bu baxımdan Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü kimi tarixdə qalıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu bir həqiqətdir ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Əlbəttə bu da əbəs yerə deyil. Çünki ulu Öndərin Azərbaycan rəhbərliyində olması Azərbaycan tarixində yeni bir dönüş nöqtəsi oldu. Ölkəmiz inkişafa qədəm qoydu. Və bugünki güclü Azərbaycan yarandı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, ölkəmiz günü gündən daha güclü dövlətə çevriləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən biri olacaq”.
"Heydər Əliyev hakimiyyətə qayıtmasaydı hətta müstəqilliyimiz, mövcudluğumuz belə sual altında qalacaqdı.”
"Azərbaycanın xilası Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb və məhz həmin qayıdışdan sonra ölkəmiz yeni dövrə qədəm qoyub, öz yüksəlişinə nail olub.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Ona görə də biz Heydər Əliyevə "Xilaskar” deyirik. Ona görə o böyük günü "Milli Qurtuluş günü” adlandırırıq. Çünki Ulu Öndər hakimiyyətə qayıtmasaydı ölkə daxilindəki xaos daha da dərinləşəcəkdi və nəinki ümumu durum, hətta müstəqil dövlət kimi mövcudluğumuz belə sual altında qalacaqdı. Amma o qayıtdı, bütün məsuliyyəti öz üzərinə götürdü və bizi sözün gerçək anlamında xilas etdi!
Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdədir. Tanrı o BÖYÜK səxsiyyətə qəni-qəni rəhmət eləsin.” – deyə Partiya Sədri fikirlərinə davam edib.
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.8
Xəbər lenti
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
AZƏRBAYCAN, MANŞET
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
AZƏRBAYCAN, MANŞET
7NEWS.az saytı 9 yaşını qeyd edir
-
AZƏRBAYCAN, MANŞET
“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNU DƏSTƏYİ İLƏ
-
AZƏRBAYCAN, MANŞET
“Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilir – TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışı zəruri edən əsas amillər - TƏHLİL