“Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL

“Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL

"Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL
 

"Mediada yayılan məlumata görə Şuşa-Laçın yolunda fasiləsiz davam edən etiraz aksiyası iştirakçılarının tələblərindən birini qəbul edən "Base Metals” şirkəti "Dəmirli” yatağının qanunsuz istismarını dayandırmaq qərarına gəlib.


7NEWS.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev deyib: "Əgər bu məlumat doğrudursa və növbəti Volkov-Vardanyan oyunu deyilsə, o zaman Azərbaycanın müvafiq dövlət qurumlarına və QHT-lərinə "Qızılbulaq” yatağı da daxil olmaqla hər iki yataqda monitorinqin aparılmasına şərait yaradılmalıdır ki, onlar qanunsuz istismar zamanı yol verilmiş pozuntular, ekoloji və digər fəsadlar, habelə dəymiş zərərin miqyası haqqında yerli və beynəlxalq ictimaiyyətə hesabat hazırlayıb təqdim etsinlər. Onu da xatırlatmaq istərdim ki, hələ bir neçə il əvvəl Azərbaycanın Baş Prokurorluğu bu yataqların talanması ilə məşğul olan "Vallex Group”una və onun filialı olan "Base Metals” şirkətinə qarşı cinayət işi açmış və bu barədə beynəlxalq məhkəmələrə müraciət ünvanlamışdır. Hamımız yaxşı bilirik ki, Qarabağda qanunsuz iqtisadi fəaliyyətə və təbii sərvətlərimizin talanmasına ümumiyyətlə, yol verməmək üçün bu ərazilər daim monitorinq altında olmalı və dəfələrlə qeyd etdiyimiz kimi Laçın yolunda Azərbaycanın müvafiq dövlət orqanlarının nəzarət-buraxılış məntəqələri quraşdırılmalıdır. Yalnız belə olan təqdirdə yeraltı və yerüstü sərvətlərimizin cinayətkar qruplar tərəfindən Ermənistana daşınmasının, Qarabağa maneəsiz daxil olan təxribatçıların və qanunsuz silah- sursatın qarşısını almaq mümkündür. Hətta, Ermənistanın və Fransanın tez-tez manipulyasiya etdiyi 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsində yazılır ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, (diqqət edin, burada Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşları nəzərdə tutulur), nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Heç bir yerdə deyilmir ki, Azərbaycan ermənilərin və ya Rusiya sülh məramlılarının Laçın yolundan sui-istifadə etməsinə, bununla da, öz ərazisinə cinayətkar ünsürlərin daxil olmasına və ya təbii sərvətlərinin bu yol üzərindən talan olunaraq daşınmasına göz yummalıdır. Yoxdur belə bir öhdəlik və ola da bilməz! Digər tərəfdən, üçtərəfli bəyanatdan qat-qat üstün hüquqi qüvvəyə malik olan istər beynəlxalq qanunlara, istərsə də Konstitusiyamıza əsasən ölkəmizin bütün ərazisində giriş -çıxışa nəzarət etmək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur. Ermənistan və Fransa tərəfindən aparılan çirkin təbliğat kampaniyasının əksinə olaraq bu cür nəzarət mexanizminin tətbiqi heç bir halda Qarabağda yaşayan dinc ermənilərin əleyhinə yönəlməyib və ya onların sərbəst hərəkətini məhdudlaşdırmır.”

"29 gündür Azərbaycanın qəhrəman ekoloqları və QHT-ləri sayəsində Ermənistandan Qarabağa silah-sürsat və arzuolunmaz şəxslər daşınmır”

 

7NEWS.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib: "Bir aya yaxındır Ermənistandan ərazilərimizə qardaş və bacılarımızı, övladlarımızı qətl edən minalar gətirilib basdırılmır, düz bir aydır ki, bir ovuc separatçı gəmiricilər tələdə ilişib qalıb tək Xankəndi və ətraf kəndlərdən kənara çıxa bilmirlər, 29 gündür Babayan və Beqlaryan kimi qorxaq cinayətkarlar Yerevanda ağlaşma qurublar, ancaq onlara fikir verən yoxdur, bir aydır ki, hər gün, hər saat bizi sərhədimizdə gömrük və sərhəd-keçid məntəqəsinin quraşdırılacağı ana yaxınlaşdırır. Yaşasın Azərbaycan xalqı!”

 

"Bu il biz Laçına yenidən qayıdacayıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını bildirib.”


7NEWS.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Neçə Laçınlı öz ata-baba yurduna qayıdacaq? 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakinimiz 30 il məcburi köçkün həyatı sürməyə məcbur oldu. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi Azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə- 1970-ci il siyahıya alınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər, Azərbaycanlıların sayı 58.058 (95.6%), Kürdlər 2.437, Ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də Azərbaycanlılar ilə Kürdlər bir ailə kimi yaşayıblar. Yalnız 2003-cü ildən sonra Suriyadan və Livandan erməni ailələrinin Laçın şəhərinə qeyri-qanuni köçü başlayıb. Zəfərdən sonra onlar zəbt etdikləri evlərin əksəriyyətini yandıraraq qaçdılar. İşğal nəticəsində dəymiş ziyan nə qədərdir? Qedy edək ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın Azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdilər. Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib. 30 illik işğal müddətində bu ziyanın həcmi dəfələrlə artıb.”

Daha sonra V.Bayramov Qarabağda 1 aydır ki, reallaşam eko aksiya barədə danışıb: "Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası 16-cı gününə daxil oldu. Ötən müddətdə bir sıra aparıcı xarici mətbu orqanlar təəssüf ki, yenə də qərəzli mövqe nümayiş etdirərək Azərbaycanı əsassız ittiham etdilər. Bu saxta ittihamlar zamanı hətta adı Brüsseldəki korrupsiya araşdırmalarında hallanan şəxslərə belə istinad etməkdən çəkiməyən xarici mətbu orqanları da az olmadı. Amma Azərbaycan ekofəalların və könüllülərin məqsədi humanitar yüklərinin hərəkətinə maneə olmaq deyil, ekoloji məsələlərə diqqəti yönəltəməkdir. Son video görüntüləri də göstərir ki, humanitar yük daşıyan avtomobillər Laçın yolunda maneəsiz hərəkət edə bilirlər. Əslində, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Nəzərə almaq lazımdır ki, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. "Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın "İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur. Bu hadisənin ən ciddi tərəfi məhz Azərbaycanda milli həmrəylik və vətənpərvərliyin kifayət qədər yüksək olması və xalqımızın xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmində olduğunu bir daha nümayiş etdirməsidir. Birliyimiz heç zaman sarsılmasın.”

 

Cavid Məhərrəmov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.17

Xəbər lenti