Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilir – TƏHLİL

Amerikalı alim Samuel Hantiqtonun 90-cı illərin əvvəllərində özünün "Sivilizasiyaların toqquşması” əsərində proqnozlaşdırdığı kimi "Soyuq müharibə”dən sonra dünyada mövcud olan əsas sivilizasiyalar arasında toqquşmaların baş verməsi nəzəriyyəsi özünü doğrultmadı. Hantiqton hesab edirdi ki, XXI əsrdə Qərb, İslam, Konfutsiançılıq, induizm, slavyan-provoslav, Latın Amerikası və Afrika sivilizasiyalarının kəsişmə nöqtələrində əks mədəniyyət nümayəndələrinin genişmiqyaslı münaqişələrinə bəşəriyyət şahidlik edəcək. Ancaq sivilizasiyalararası toqquşmalar baş vermədi və bu günün geosiyasi təhlili prizmasından baxdıqda yaxın dövr üçün bu tip toqquşmaların baş qaldıracağını gözləməyə dəyməz.
Əslində Hantiqton yanılmamışdı, dünyanın və bəşəriyyətin taleyinin Avrasiya qitəsində həll olunduğunu və SSRİ dağıldıqdan sonra onun yerində yaranan dövlətlərin əksəriyyətində xalqların etnik-dini köklərə sitayişinin yüksəlməsi fonunda ehtimal oluna bilərdi ki, növbəti tarixi mərhələdə dövlətlərarası müttəfiqlik əsasən dini və etnik prinsiplər əsasında qurulacaq.
Bu isə son nəticədə, müxtəlif mədəniyyətlərin ayrı-ayrı mərkəzlərdə birləşərək geosiyasi qütblərə çevrilməsi və bir-biri ilə konfrantasiyaya getmələrinə şərait yarada bilərdi. Məsələn, özünün slavyan köklərinə, provaslav keçmişinə qayıdan Rusiya onunla eyni dini dəyərləri paylaşan Ukrayna, Belorus, Moldova, Gürcüstan, Sloveniya, Slovakiya, Serbiya kimi dövlətlərlə ittifaq yarada bilərdi. Yaxud, Orta Asiya və Qafqazın müsəlman post sovet respublikaları Yaxın Şərqin müsəlman ölkələri ilə birləşməsi mümkün idi. Eyniylə, Çin öz ətrafında oxşar dini görüşləri paylaşan, yaxud etnik identikliyə əsaslanan dövlətlərlə ittifaq qura bilərdi. Ancaq bu baş vermədi və əsas səbəb də, dünya dövlətlərinin Hantiqtonun nəzəriyyəsinə ciddi yanaşıb əvvəlcədən qarşısıalma tədbirləri görmələri oldu.
Söhbət ondan gedir ki, ABŞ "Soyuq müharibə”dən qalib olaraq çıxdıqdan sonra geosiyasi strategiyasını elə qurdu ki, ayrı-ayrı regionlarda dövlətlərin etnik-dini və s. mədəni xüsusiyyətlərinə əsaslanan alyans və ittifaqların yaranmasına imkan verilməsin.
Paralel olaraq beynəlxalq təşkilatlar tərəfindən qlobal anlamda tolerantlıq, dini dözümlülük kimi anlayışlar təbliğ olunmaqla yanaşı, qloballaşma prosesi də, özü-özlüyündə kütləvi şüurlarda mədəni dəyərlərin əhəmiyyətini azaltdı.
Məsələn, Ukrayna ilə münaqişə, Gürcüstandakı konflikt təsadüfi sayıla bilməz və ilk növbədə provoslav-slavyan bayrağı altında Rusiya ətrafında birləşməni önləmək üçün hesablanmışdı. Çünki şərqdə provoslav-slavyan ittifaqının formalaşması Qərb üçün ciddi təhlükə mənbəyi hesab olunur. Rusiya Provoslav Kilsəsinin xalqların vahid Rusiya çətiri altında birləşməsini təbliğ edən "Rus sivilizasiyası”, "Şərqi slavyan sivilizasiyası” və "Rus dünyası” kimi konsepsiyalara əsaslanaraq belə bir alyansın formalaşdırmasına illərdir cəhd göstərir.
Eyni zamanda, Yaxın Şərqdə uzun illərdir davam edən sünni-şiə konfrantasiyası, həmçinin Cənubi Çin dənizində Spartli və Parasel adaları uğrunda Çinin dəniz sahili digər ölkələrlə apardığı qarşıdurmalar vahid mədəni baza ətrafında dövlətlərin ittifaqına maneə yaradıb. Diqqət edərsək, bütün bu münaqişə ocaqlarında Amerikanın xüsusi rolu və iştirakı göz önündədir.
Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən qlobal anlamda tolerantlıq, dini dözümlülük və mədəniyyətlərarası dialoqun qurulması kimi anlayışların təbliğ olunması işində Azərbaycanın fəaliyyəti xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan coğrafi məkan olaraq müxtəlif sivilizasiyaların mümkün toqquşma nöqtəsində yerləşdiyinə görə, ölkəmizin həm qlobal anlamda mədəniyyətlərin dialoqunun təşfiqatçısı kimi beynəlxalq tədbirlərin təşəbbüskarı və ev sahibi kimi çıxış etməsi xüsusi qeyd olunmalıdır. Azərbaycan sanki, həm ölkədaxili tolerantlıq nümunəsi həm də bu mənada daşıdığı qlobal əhəmiyyətinə görə mədəniyyətlər arası dialoqun simvoluna çevrilmişdir.
Azərbaycan dəfələrlə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi edib.
Bu cür tədbirlər sivilizasiyalararası gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarının müəyyənləşdirməsində xüsusi rol oynayır. Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərin dialoquna dəstək verməsi, eyni zamanda, ölkə daxilində tolerantlıq və dözümlülüyün geniş təbliği erməni lobbisinin Ermənistan-Azərbaycan münaqişəsinə dinlərlərarası konflikt xarekteri verməsinə şərait yaratmadı. Azərbaycanın tarixi qələbəyə hesablanmış 44 günlük haqq savaşında beynəlxalq müdaxilənin minimal səviyyədə olmasının səbəblərindən biri də bu idi.
Tofiq Vahid
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.15

Xəbər lenti
-
12:06Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi
-
12:24Azərbaycanı gözləyən “Zəfər” seçkisi
-
11:56Yeni ildə 7 gün iş olmayacaq
-
17:30Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
AZƏRBAYCAN, MANŞET
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
AZƏRBAYCAN, MANŞET
7NEWS.az saytı 9 yaşını qeyd edir
-
AZƏRBAYCAN, MANŞET
“Bu məfkurə Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET, GÜNDƏM
Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNU DƏSTƏYİ İLƏ
-
AZƏRBAYCAN, MANŞET
“Bu aksiya beynəlxalq hüquqa, BMT konvensiyalarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur” - TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilir – TƏHLİL
-
AZƏRBAYCAN, MANŞET
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışı zəruri edən əsas amillər - TƏHLİL