"Əjdər Ola həbsxanada yatmaq yaraşmır" - ARZULAR
17 Avqust 2023, 14:08
17 Avqust
2023
14:08
204
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və tanınmış nümayəndəsi, çoxşaxəli və zəngin ədəbi-bədii yaradıcılığı ilə ədəbiyyatımıza xidmət edən şair – publisist, yazıçı – dramaturq Əjdər Olun 65 illik yubileyidir.
Bu münasibətlə qələm dostları Demokrat.az vasitəsilə ona ürək sözlərini çatdırıblar:
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:
"Əvvəla, Əjdər Ola tezliklə azadlığına qovuşmasını arzu edirəm. Arzu edirəm ki, növbəti yaşlarını ailəsinin, dostlarının, onu sevənlərin əhatəsində keçirsin. Azadlıqdan böyük nemət yoxdur. Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Onun zəngin yaradıcı fəaliyyəti olub”.
Xalq şairi, deputat Sabir Rüstəmxanlı:
"İstərdim ki, 65 yaşını azadlıqda qeyd etsin. Ona ən böyük arzum budur. Əjdər Ola həbsxanada yatmaq yaraşmır. Şair dostumuzdur, gözəl yazıçıdır. Xeyirxah insandır, yüzlərlə adama yaxşılığı keçib. Hansı şərtlər onu vadar edib deyə bilmərəm, hər halda öz iradəsinin nəticəsi deyil ki, o, indi cəza çəkir. Təbiət etibarilə ədalətli, dürüst biridir, onu belə tanıyıram. İnanıram ki, böyük bir günah sahibi deyil. 65 yaş ciddi rəqəmdir. İnsan gərək öz ailəsinin, övladlarının yanında olsun. Amma harada olmasından asılı olmayaraq onu təbrik edirəm, can sağlığı arzulayıram. İnşallah tezliklə aramıza qayıtsın”.
Yazıçı, şair Seyran Səxavət:
"Bütün ürəyimlə, qəlbimlə ona azadlıq arzu edirəm. Allah tezliklə qapısını açsın. Əjdər Ol qapının o üzündə yox, bu biri üzündə olmalı adamdı. Çox şey demirəm. Birini arzulayıram ki, həyata keçsin. Çox şey istəyəndə yuxarıda deyirlər ki, bu, çox şey istəyir. Ən vacibi azadlıqdır. Bu, varsa, qalan bütün şeylər də bunun içində olacaq. Düzdümü?!”
Yazıçı, deputat Aqil Abbas:
"Yenidən ailəsinə, dostlarına ədəbiyyata qovuşmasını istəyirəm. Dostumuzdur, istedadlı qələm əhlidir, gözəl insandır. Nə arzu etmək olar?! Yalnız xoş günlər...”
Yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid:
"Əjdər Ol peşəkar yazıçıdır. Onun duzlu , koloritli portret hekayələri çox maraqla qarşılanıb. "Lo” romanı ötən əsrin 80-ci illərindən bəri baş verən hadisələrin bədii xronikası kimi azsaylı dəyərli əsərlərdəndir. Əjdər Olun gözəl şeirləri var; insan ovqatının, taleyinin bədii əksi bu şeirlərdə qabarıq təsvir olunur. Onun vətənpərvərlik şeirləri aktyorlarımızın dilinin əzbəridir, əksər tədbirlərdə səsləndirilir, oxucularda qürur və zəfər duyğuları oyadır. Əjdər müasir ədəbi-prosesi formalaşdıran , ona yön verən ədiblərimizdəndir.
Çox təəssüf edirik ki, Əjdər Ol bu ad gününü azadlıqda qarşılamır. Mən bizim dəyərli şairimizi, yazıçımızı təbrik edirəm, sağlamlıq arzulayıram. İnanıram ki, dəyərli əsərləriylə yenə bizi heyrətləndirəcək”.
Xatırladaq ki, 50 ilə yaxın yaradıcılıq yolu keçən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Ol — (Cəbiyev Əjdər Feyzulla oğlu) 1958-ci il avqustun 17-də Hacıqabul rayonunda anadan olub.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc edilib. Müxtəlif ədəbi janrlarda yazdığı bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir.
Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə "Milli kitab mükafatı”na (2010), Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə” (2011) mükafatına layiq görülüb. 2012-ci ildə Ankarada Mahmud Kaşqarlı Beynəlxalq hekayə yarışmasının birinci mükafatçısı olub. 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk Dünyasına Üstün Xidmət" mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Əjdər Olun "Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2005), "Son məktub” pyesi Azərbaycan Dövlət Milli Dram Teatrında (2007), "Kimyagər” Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (2014), "Biri vardı, biri yox” pyesi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2015) səhnələşdirilib. Bütün səhnə əsərlərinə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib.
Əjdər Ol müxtəlif janrlarda əllidən çox kitabın müəllifidir. İndiyədək onun kitabları Türkiyə, Polşa, İran, Gürcüstan, Almaniya və Rusiyada çap olunub.
Əjdər müəllim, Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)