“Dövlətçilik ənənələrinə zidd davranışlara yol verilməməlidir” - Əli Hüseynli
15 Fevral 2022, 10:11
15 Fevral
2022
10:11
1031
"Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında idarəetmə metodlarının qənaətbəxş olmaması ilə bağlı bir sıra ictimai-siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin, o cümlədən millət vəkillərinin, elm adamlarının, ziyalı təbəqənin nümayəndələrinin narazılıqları və narahatlıqları, bəzi hallarda isə ciddi iradları səslənməkdədir. Məsələnin artıq AMEA-nın hüdudlarını aşaraq geniş ictimai mühitə sirayət etməsi, hətta qarşılıqlı ittihamlar əsasında Akademiyanın rəhbərliyinin Milli Məclisin deputatları, tanınmış elm və ictimaiyyət nümayəndələri ilə münasibətlərinin xoşagəlməz vəziyyət alması böyük təəssüf doğurur".
Bu sözləri Modern.az-a Milli Məclis sədrinin birinci muavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, ölkəmizdə Ulu öndər Heydər Əliyevdən miras qalmış dövlətçilik ənənələri ilə ziddiyət təşkil edən bu məsələyə biganə qalmaq mümkün deyil:
"Çünki bu açıqlamalarda istifadə olunan bəzi ifadələri nə siyasi, nə də etik baxımdan məqbul sayıla bilər. Məsələnin bu həddə çatması səbəblərindən asılı olmayaraq, hesab edirəm ki, döşündə Heydər Əliyev ordenini gəzdirən şəxs hər bir şəraitdə Ulu öndərin dövlətçilik ənənələrinə uyğun davranmalıdır. Artıq dünya düzənində sivil cəmiyyət kimi formalaşan, siyasi ədəb və tərbiyə məktəbinin və demokratik dəyərlərin yüksək səviyyədə təkmilləşməsinə nail olunduğu Azərbaycan məkanında belə hallara heç bir halda haqq qazandırmaq olmaz.
Təəssüf doğuran hal ondan ibarətdir ki, AMEA ətrafında baş verən hadisələr artıq respublikanın sərhədlərini aşaraq "beşinci kolonun” maraqları çərçivəsinə daxil olub və hətta bu arada amerikaninsesi.org saytı Akademiyanın rəhbərindən müsahibə də alıb. Məlumdur ki, Ramiz Mehdiyev uzun müddət Azərbaycanın ali hakimiyyət orqanlarında yüksək vəzifəli şəxs olub, AMEA isə statusuna görə dövlət orqanıdır. Ona görə də daxildə həll oluna biləcək bu kimi problemlərin bəzi dairələr tərəfindən məqsədli şəkildə geniş coğrafiyada tirajlamalarını ölkənin siyasi elitası içərisində münaqişə kimi təqdim etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu, zənnimcə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanın daha böyük vüsət almış davamlı uğurlarına zərər gətirən haldır. Ona görə sağlam düşüncə, məntiq və obyektiv vətəndaş mövqeyindən çıxış edərək, hər kəs belə xoşagəlməz hadisələrin qanun çərçivəsində, sivil yolla araşdırılmasının alternativi olmadığının fərqində olmalıdır".
Birinci vitse-spiker 10 mart 2020-ci il tarixdə VI çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti cənab İlham Əliyevin nitq söyləyərkən toxunduğu məsələni xüsusi vurğulayıb:
"Prezident: "…Sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır” - deyə bildirdi.
Buradan çıxan nəticə isə ondan ibarətdir ki, artıq hətta idarəetmədən, elmdən və siyasətdən uzaq olan sadə vətəndaşların qeybət mövzusuna çevrilən AMEA söhbətlərinə son verməyin yeganə yolu dövlət başçısının tövsiyyələrinə əməl edilməsindən keçir.
O ki qaldı parlamentə qarşı yönəlmiş iradlara… Hər halda parlamentin formalaşması AMEA-nın formalaşmasından daha demokratik və səviyyəli olub. 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri nəticəsində tərkibcə və mahiyyətcə yeniləşmiş Milli Məclis dərhal respublikada gedən dərin siyasi və sosial-iqtisadi islahatların reallaşmasında hakimiyyətin digər qolları ilə unison fəaliyyətə qoşulmuş və bu gün də milli qanunvericiliyimizin yeni reallıqlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyətlərə imza atmaqla Ulu öndərin dövlətçilik ənənələrinə xidmət etməkdədir".
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib