“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

04 Mart 2024, 15:10
04 Mart
2024
15:10
351
ECB-dən faiz qərarı, yoxsa ABŞ-dan NFP hesabatı?
ABŞ-ın əsas inflyasiya göstəricilərindən biri olan Şəxsi Xərclər İndeksi və Şəxsi Xərclərin Qiymət İndeksi göstəricilərində sürprizlər artımların olmadığı açıqlandıqdan sonra dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
Cari həftə isə ABŞ-ın əmək bazarı, xüsusilə də NFP hesabatı, FED sədri Cerom Pavelin çıxışı və Avropa Mərkəzi Bankının faiz qərarı ilə bazarlarda gərgin bir həftə olacaq.
NFP
Cümə günü dərc olunacaq aylıq əmək bazarı, xüsusilə də NFP hesabatı, FED-in ilk faiz endiriminin nə vaxt reallaşacağını müəyyən etməyə çalışan investorlar tərəfindən diqqətlə izləniləcək. Qeyd edək ki, mövcud şərtlərə görə analitiklər FED-in ilk faiz endiriminin iyunda baş tutacağını proqnozlaşdırırlar.
Əmək bazarının güclənməyə davam etdiyinə dair işarələr, FED-in çox tez yumşaldıcı siyasətə başlayacağı təqdirdə, gözləniləndən daha güclü iqtisadiyyatın inflyasiyanı yenidən alovlandıra biləcəyi ilə bağlı narahatlıqları tətikləyə bilər.
İqtisadçılar, yanvar ayında cari ilin ən böyük - 353 minlik artımdan sonra, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda fevral ayında 190 min yeni iş yeri açıldığını proqnozlaşdırırlar. İşsizlik nisbətinin 3.7% səviyyəsində sabit qalacağı və əmək haqqı artımının mülayim bir seqmentdə olacağı ehtimal edilir.
Həmçinin cümə günü əmək bazarı hesabatından əvvəl investorlar FED sədri Cerom Pavelin çərşənbə günü Nümayəndələr Palatasının Komitəsi və cümə axşamı Senat qarşısında pul-kredit siyasəti ilə bağlı yarımillik təqdimatlarını dinləmək şansına sahib olacaqlar.
Pavelin iqtisadiyyatdakı gücə və davamlı qiymət təzyiqlərinə işarə edən son məlumatların işığında siyasətçilərin faiz dərəcələrini azaltmağa nə vaxt başlayacağına qərar verərkən ehtiyatlı yanaşacaqlarını təkrarlaması gözlənilir.
Riçmond FED sədri Tomas Barkin cümə günü bildirib ki, ABŞ iqtisadiyyatında qiymət təzyiqləri davam etdiyi üçün Federal Ehtiyatlar Sisteminin əsas faiz dərəcəsini nə vaxt azaltmağa başlaya biləcəyini təxmin etmək hələ tezdir.
Həmçinin Amerikada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı göstəriciləri, "JOLTS” Boş və Vakant İşyerləri və "Bej Kitab” Hesabatları dolların major valyutalar qarşısındakı qiymətlərinə ciddi təsir edə bilər.
EUR
Cümə axşamı toplanacaq Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrində hər hansı dəyişikliyə getməsi proqnozlaşdırılmasa da, investorlar rəsmilərin faiz endirimlərini müzakirə etmək üçün hələ tez olduğunu təkrar edib-etməyəcəyini gözləyirlər.
Bir öncəki toplantısında "ECB”-nin faiz dərəcəsinin azaldılması müzakirələrini geri çəkməsinə, rəsmilərin inflyasiyanın 2% hədəfinə qayıtmaq yolunda olduğuna dair daha çox sübut görmələri lazım olduğunu söyləməsinə baxmayaraq, bazarlar hələ də bankın bu ilin sonunda faiz dərəcələrini azaltmağa başlayacağını ehtimal edirlər.
Ötən həftənin cümə günü açıqlanan Avrozona inflyasiya məlumatları "ECB”-nin ehtiyatlı mövqeyini dəstəklədi. Fevral ayında istehlak qiymətləri inflyasiyası proqnozlaşdırılandan daha az yavaşladı. Manşet inflyasiya da ehtimal ediləndən daha az düşdü.
"ECB”-nin ən böyük narahatlığı əmək haqqı inflyasiyasının həddən artıq yüksək olaraq qalması və risklərin qiymətlər üzərində təzyiqlərini artırmağa davam etməsidir.
Bu həftə, həmçinin Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, Avrozonada və Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Avrozonada ÜDM-in həcmi, eləcə də, Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ) və Sənaye İstehsalının Həcmi kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Təhlillərə əsasən, ötən həftəni artım şamı ilə tamamlayan EURUSD məzənnəsində "buğalar” qiyməti 1.08$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə funt da korrektiv bahalaşma ilə yadda qaldı. Cari həftə ərzində Amerikada, Avrozonada və Almaniyada açıqlanacaq iqtisadi göstəricilər funt-sterlinqin də dünya birjalarındakı qiymətlərinə təsir edə bilər.
NEFT
İnvestorların "OPEC+”-un ikinci rüb üçün tədarük müqavilələri ilə bağlı qərarını gözlədikləri və eyni zamanda ABŞ, Avropa və Çindən gələn yeni iqtisadi məlumatları da nəzərə alaraq, neft qiymətləri cümə günü artaraq həftəlik şamını artımla tamamladı.
Aylıq kontraktların dəyişməsindən sonra "Brent” neftri həftə ərzində təxminən 2.4%, "WTI” nefti isə 4.5%-dən çox dəyər qazanıb.
Məlumatlara görə, "OPEC-”in hasilatın azaldılması ilə bağlı qərarının bu həftə ərzində veriləcəyi və hər ölkənin öz qərarını açıqlaması ehtimal edilir.
Analitiklərin fikrincə "OPEC+”-un könüllü olaraq hasilatı 2024-cü ilin ikinci rübünə qədər azaltmağa davam edəcəyi ehtimalları bazarın diqqət mərkəzində yer alacaq əsas xəbərdir.
Qırmızı dənizdəki geosiyasi gərginlik də neft qiymətlərini dəstəkləməyə davam edir.
XAUUSD
Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, həftəlik şamını 2083$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də "NFP” göstəriciləri proqnozlaşdırılan kimi zəif olarsa, qızıldakı artım tendensiyası daha kəskin xarakter ala bilər. "Buğalar” "sarı metal”-ın qiymətini 2081$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2100$, 2120$ və 2144$ hədlərinə kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, GÜNDƏM
100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
GÜNDƏM
Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
GÜNDƏM
Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
GÜNDƏM
Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
AZƏRBAYCAN, GÜNDƏM
ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
GÜNDƏM
"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”