Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü

Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 09 avqust 2023-cü il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti dəfə görüşüb. Görüşdə iştirak edən Ucar rayon seçicilərinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılacağı bildirilib. Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər işsizlik, fərdi ev tikintisinə icazə, sosial problemlərin həlli, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, maddi dəstək, o cümlədən asfalt yolların çəkilməsi, pensiya təyinatı, rayon mərkəzində küçə işıqlandırmasının olmaması və məhkəmə işi ilə bağlı məsələlər olub. Ucar rayon vətəndaşları ilə bərabər rayonun Şəhid ailələrinin və qazilərinin bir qrupu da xüsusi hörmət və ehtiramla dinlənilib, eyni zamanda səyyar görüşdə keçirilib. Qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə narahatlıqların müvafiq dövlət qurumlarına çatdırılması ilə əlaqədar tədbirlərin görüləcəyi bildirilib. 

Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay mütamadı olaraq seçiciləri ilə görüşür, onların qaldırdıqları problemlər tərəfindən dinlənilir, həlli üçün qanuna müvafiq adımlar atılır.
 
 












Xəbər lenti