Əhməd İsmayılov: Milli mətbuatımız ötən 145 ildə zəngin və şərəfli yol keçib
22 İyul 2020, 19:50
22 İyul
2020
19:50
1165
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılovun milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibəsi.
–Əhməd müəllim, Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Yubileylə bağlı KİVDF hansı işlərin görülməsini planlaşdırır və görür?
-Suala görə təşəkkür edir və müsahibənin əvvəlində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Bildiyiniz kimi, müharibə təkcə cəbhədə, qoşunların təmas xəttində deyil, həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük şücaət göstərən hərbçilərimizlə yanaşı, informasiya müharibəsində qələmlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirən kütləvi informasiya vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirir və hər birini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edirəm.
Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamına uyğun olaraq tədbirlər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi qaydalar nəzərə alınmaqla reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən iyul ayı ərzində milli mətbuatın 145 illik yubileyi ilə bağlı "Əkinçi”dən başlayaraq bu günümüzədək çap olunan qəzetlərin onlayn sərgisi və Həsən bəy Zərdabinin Zərdab rayonundakı xatirə muzeyinə virtual səyahət təşkil olunur. Sərgi və virtual səyahət KİVDF-nin rəsmi saytı vasitəsilə reallaşır. Bundan əlavə, ötən ayın 23-də Fond tərəfindən milli mətbuatın 145 illiyi münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdi. Müsabiqə qaliblərinin adları elə bu əlamətdar gündə məlum oldu. İlk dəfə idi ki, televiziya və radio əməkdaşlarına da müsabiqədə iştirak etmək imkanı yaradılmışdır və onlar da fəal iştirakçı oldular, qaliblər sırasına yüksələ bildilər. Fürsətdən istifadə edərək, qalib jurnalistləri təbrik edir, müsabiqəyə göstərdikləri böyük maraq üçün təşəkkürümü bildirirəm.
Qeyd etmək istəyirəm ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq. Eyni zamanda, vurğulayım ki, sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək. Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq.
Sualınızla bağlı daha bir məqamı qeyd edə bilərəm. 145 illik yubileyə həsr olunmuş, milli mətbuatın inkişaf yolundan bəhs edən sənədli film və videoçarx hazırlanıb. Rəsmi sosial şəbəkə hesablarımız və eyni zamanda, televiziya kanallarında bu gündən etibarən videoçarxımız yayımlanmaqdadır, filmimiz də bu günə töhfə olaraq nümayiş etdiriləcəkdir.
"Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulan işlər sırasındadır. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da Fondun gündəliyində duran məsələlərdəndir. Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar Fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, "E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır.
Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə Fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük.
-Tarix baxımından 145 il az müddət deyil. Milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salsaq hansı məqamları qeyd etmək olar?
-Əminliklə söyləyə bilərik ki, Azərbaycan mətbuatı ötən dövr ərzində zəngin və şərəfli yol keçib. XIX əsrin sonlarında Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.
XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən məlumat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə senzuranın, mətbuatın üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli Liderin 2000-ci il 27 mart tarixli Fərmanı ilə ölkəmizdə milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunması ənənəsinin əsası qoyuldu.
Bu gün müstəqil, güclü, müasir dövrün çağırışlarına cavab verməyi bacaran KİV-lərin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləri sırasına daxildir. Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə maliyyə yardımının ayrılması, milli mətbuatımızın yaranması gününün təntənəli şəkildə qeyd olunması, öz fəaliyyəti ilə fərqlənən jurnalistlərə fəxri ad və medalların verilməsi, KİV nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin medianın inkişafı məsələlərinə diqqət və qayğısının əyani təzahürüdür.
-Əhməd müəllim, qəzetlərə maliyyə yardımının ayrılmasını qeyd etdiniz. 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsinə dair Fondun elan etdiyi müsabiqədə bir sıra müsbət dəyişikliklər müşahidə etdik. İstərdik bu barədə məlumat verəsiniz.
-Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün iyun ayının 16-da müsabiqə elan etdi. Bundan əvvəlki qaydalara əsasən müsabiqə elan olunduğu günədək son 3 il ərzində müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və birdəfəlik tirajı 2500-3000 nüsxədən az olmayan qəzetlər müsabiqəyə buraxılırdısa, cari qaydalarda bu rəqəmlərdə nəzərəçarpacaq dəyişikliklər yer aldı. Belə ki, yeni qaydalara əsasən müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan və 2000 nüsxəlik birdəfəlik tirajı, 1500 nüsxəlik abunə və satışı olan qəzetlər də artıq müsabiqədə iştirak hüququ qazandılar. Müntəzəm nəşrlə bağlı tələbin 3 ildən 1 ilə endirilməsi, birdəfəlik tiraj və yayımın azaldılması, üstəgəl qəzetlərin birdəfəlik tirajı və yayımına dair tələblərin avqust ayı ərzində 50 faizədək azaldıla bilməsi hüququnun tanınması redaksiyalar üçün yeni imkanlar deməkdir. Müsabiqə yazılarını peşəkar ekspertlər qrupu yoxlayıb və qiymətləndirib. Mövzu seçimində biz qəzetlərə Konsepsiyada əksini tapmış 19 sahə çərçivəsində sərbəstlik vermişdik ki, hansı mövzuya istəyirlərsə, müraciət edə bilsinlər.
Təklif edilən mövzulardan biri də "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” idi. Sevindirici haldır ki, bu mövzuda azərbaycandilli qəzetlərlə yanaşı, rusdilli və ingilisdilli qəzetlər də adlarını qaliblər sırasına yazdıra bildilər. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, son maliyyələşmə dövrü ilə müqayisədə 1 yox, 2 rusdilli qəzetə maliyyə vəsaiti ayrılıb.
Beləliklə, qaydalara uyğun olaraq "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxıldı və 18 qəzet qeyd olunan sahələr üzrə qalib elan olundu.
- Sizin fikrinizcə, bu gün mediamız qarşısında duran vəzifələri yerinə yetirə bilirmi?
- Qeyd edim ki, media hər zaman ictimai rəyin formalaşmasında mühüm rol oynayıb və bu gün də bu belədir. Düşünürəm ki, KİV nümayəndələri yeni, dəqiq informasiya axtarışında hər zaman həvəsli olmalı, müasir trendləri izləməli, onları tətbiq etməli, beynəlxalq informasiya məkanında öz mövqelərini gücləndirməli, lakin bununla yanaşı, dövlətimizin maraqlarını daim nəzərə almalı və müdafiə etməlidirlər.
Xalqımızın dəyərli ziyalıları, mütəfəkkirləri milli şüurun və mədəniyyətin formalaşmasına, inkişafına məhz mətbuat vasitəsi ilə güclü təkan veriblər. Bu gün ölkəmizdə televiziya, radio, informasiya agentliyi, xəbər portalı, qəzet və jurnallarda fəaliyyət göstərən minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin maarifləndirilməsi istiqamətində yorulmadan, böyük həvəslə çalışır.
Azərbaycan Prezidentin bugünkü sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının və dövlətimizin jurnalist əməyinə, ümumilikdə mediaya verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)