"Töhfə vermək başqa, hoqqa vermək başqa..." - Elşən Musayevin yazısı
11 Fevral 2024, 17:26
11 Fevral
2024
17:26
156
Dünya müharibəsinin ən həssas dövründə: "Yanğınsöndürənlə od arasında tərəfsiz qala bilməzsən” – söyləyən Uinston Çörçill əgər bilsəydi ki, təxminən 1 əsr sonra onun varisləri tərəf kimi "od”u tərcih edəcək, Napoleon bilsəydi ki, uğrunda mübarizə apardığı Fransa bir gün Makronun və onun əsasən geylərdən ibarət kabinetinin ümidinə qalacaq, Avropa İttifaqının qurucu babaları əgər bilsəydilər ki, sabah onların təmsilçiləri Peter Mixalko adında avantüristlər olacaq, inanın, ən yaxşı halda susar və hərəkətsiz qalardılar.
Gələcək nəsillərin yanında utanmamaq, utandırmamaq üçün...
***
Ölkəmizdə keçirilən son seçki qara qüvvələri sözün gerçək anlamında stupora salıb. Çaşıb qalıblar. Gözlərini döyürlər. Çünki "vurmağa” nəsə yoxdur.
İki aydan bəri hamıdan qaçan, bütün görüşlərini məxfi keçirən, dövlət qurumları ilə təmaslarını sıfıra endirən, digər namizədlərin təbliğat tədbirlərində az qala "müstəntiq” qiyafəsi ilə (separat şəkildə) iştirak edən ATƏT müşahidəçilərinin "zəhmət”i gerçəkdən hədər getdi. Tək ümidləri insanların seçkiyə gəlməməyi idi. Ki, bəlkə bu səbəbdən yapışıb nəsə edələr. O da olmadı. Azərbaycan xalqı hətta iqtidarın, mövcud hakimiyyətin belə proqnozlaşdırmadığı, hesablaya bilmədiyi şəkildə mütəşəkkil davrandı, öz Liderinə vəfa borcunu qaytardı, 30 ildən sonra bizi hər anlamda BÜTÖVLƏŞDİRMƏYİ bacaran insana təşəkkür etmək üçün dairələrin, məntəqələrin qarşısına axışdı...
Ona görə də ATƏT-in, ABŞ-nin və Britaniyanın vəziyyətini sırf onların rakursundan, prizmasından anlamaq olar: "Kişi”lər 2 aydır əziyyət çəkirdilər, maya qoyurdular, özlərinə əl qatmışdılar, radikal qüvvələrin ötürdükləri dezolara ümid edirdilər, anarməmmədlilərə, xədicələrə, mehmanlara ümid bəsləyirdilər, nəsə "əmma” tapacaqlarına əmin idilər. Fəqət, çifayda! Alınmadı. Ha çalışdılar, ha əlləşdilər, alınmadı. Fiaskonu üzlərinə-gözlərinə qədər buladılar.
Ağır durumdur, gerçəkdən...
Və bu dəmdə çaşqınlıqdan, çarəsizlikdən doğan, eyni zamanda son dərəcə satirik görünən məqam bilirsinizmi nədir? Həmin məkrlilərin, absurdçuların dilə gətirdiyi "arqument”: "Seçki rəqabətsiz mühitdə keçib.”
Heyhat! Demə, radikal qüvvələrin pişvazına xalça-kilim sərməli, onları bişim-bişimlə seçkiyə gətirməli, əvəzlərinə səs toplayıb, imza yığıb, özünə zorla rəqib etməli imiş, mövcud hakimiyyət. Ki, Avropanın xoşuna gəlsin.
Adam bilmir gülüb keçsin. Yoxsa keçib gülsün. Bax təxminən həmin vəziyyətdir.
***
Hələ buna baxın. Dünən mətbuatdan oxudum.
Fransanın xarici işlər naziri Stefan Sejurne dünən Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyana deyib ki, Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırıq.
Töhfə və Fransa. Fransa və töhfə. "Töhfə” sözü şokdadır! Töhfə özü şokdadır!
Bunlar ya beynəlxalq ictimaiyyəti dolayıblar, ya Makronla məzələnirlər, ya da töhfə verməklə hoqqa verməyin fərqini anlamayacaq qədər bəsitləşiblər.
***
Son gələn məlumatlar isə belədir: Prezident seçkilərində öz qara niyyətlərini həyata keçirə bilməyən qüvvələrin növbəti hədəfi Parlamentdir! Hətta iş gedir. Büdcə ayırılıb. Və bu dəfə həmin ünsürlərin məsələn, artıq koordinasiyası pozulmuş FETÖ-çülərlə deyil, daha "təsirli” subyektlərlə işləyəcəkləri güman edilir.
Beynəlxalq piştaxta(lar)da milli maraq satmağa bir can olan radikallar da öz yerində...
Əlləri havada gözləyirlər. Kim birinci tutsa, onundur...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO