“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
19 Sentyabr 2023, 12:29
19 Sentyabr
2023
12:29
365
Rusiyanın hakim "Vahid Rusiya” Partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayaraq təqdim edib.
Bu barədə "Focus” nəşri məlumat yayıb.
Fyodorov öz mövqeyini öncə belə əsaslandırır ki, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil dövlətlərin ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. "Ona görə də Rusiya bu ölkələrin hər biri ilə döyüşməli olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaq məntiqlidir”.
Deputat ardınca iddia edib ki, guya sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib və buna görə də Rusiyanın onları geri qaytarmaq hüququ var: "Ukraynanın hazırkı işğalı belə qayıdışın başlanğıcıdır”.
Onun fikrincə, keçmiş ittifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olub və gələcəkdə də münaqişədə olacaqlar. Deputat əmin edir ki, bu məsələləri yoluna qoymaq üçün Rusiya hamı ilə vuruşacaq.
"SSRİ-nin bütün ərazisi qeyri-sabitdir. Ətrafda hərbi əməliyyatlar gedir. Ukrayna ilə bağlı hekayə artıq yüzüncüdür. Bundan əvvəl Tacikistan, Dnestryanı, Gürcüstan və digər konfliktlər var idi. Bu o deməkdir ki, 90-91-ci il qanununun pozulması daimi qarşıdurmalara səbəb olub. Onları dayandırmaq üçün biz əsasa - qanunun mövqeyinə qayıtmalı olacağıq”, - Fyodorov faktiki postsovet ölkələrini hədələyib və əlavə edib ki, (SSRİ) sərhədlərinin bərpası məsələləri ilə xüsusi hüquqşünaslar məşğul olmalıdır.
Diqqətçəkicidir ki, bunu LDPR-in hansısa radikal-faşist təmayüllü deputatı, yaxud kommunistlərin lideri Gennadi Züqanov yox, məhz prezident Vladimir Putinin sədri olduğu hakim "Vahid Rusiya” partiyasının üzvü bəyan edir. Nəinki bəyan edir, üstəlik, bu avantüraya "hüquqi” don geydirmək üçün parlamentin aşağı palatasına qanun layihəsi də təqdim edir! O zaman sual yaranır: bu, həm də Kreml rəhbərinin mövqeyi, sözü deyil ki?
Başqa yandan, "sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib” nə demək, əgər son (1977) SSRİ Konstitusiyasına görə (preambula hissəsi), müttəfiq respublikaların ittifaq dövlətindən sərbəst çıxmaq hüququ olubsa və sovetlər birliyi, ümumiyyətlə, könüllü birlik olubsa?..
Xatırladaq ki, Rusiya prezidenti dəfələrlə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu bildirib. Hərçənd belə bir ifadə də işlədib: "Sovet İttifaqının dağılmasına acımayanların ürəyi, onun bərpasını mümkün sayanların isə ağlı yoxdur”.
Elşən Musayev: "Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır”
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev Fyodorovun özbaşına qərar vermədiyini düşünür: "Yevgeni Fyodorovun hazırladığı qanun layihəsi heç şübhəsiz ki, cəfəngiyyatdan savayı bir şey deyil və konkret məqsədlərə hesablanıb. Həmin məqsədlərdən biri Qərbə və konkret olaraq Amerikaya demarşdır. İkincisi isə Rusiyanın xüsusən millətçilər arasında öz nüfuzunu artırmaq, hələ də güclü olduğunu, daha böyük ideyalar barədə düşündüyünü göstərmək cəhdidir.
Özbaşınamı verib bu qərarı Fyodorov? Düşünmürəm. Çünki "Vahid Rusiya” Partiyasının hər bir üzvü indiki həssas məqamda güman ki, aldığı nəfəsin də məruzəsini haralarasa edir. Yəni məsləhətsiz, razılaşdırılmadan belə bir kritik qanun layihəsini hakim partiyanın siravi üzvü bu qədər rahat şəkildə ortalığa çıxara bilməz. Yenə başqa kimsə, məsələn, Züqanov tipində adam oxşar bir hərəkət etsəydi, düşünmək olardı ki, özfəaliyyətdir. Amma yox. Bu dəfə ideya iqtidar partiyasının üzvündən gəlib və hətta parlamentin müzakirəsinə belə təqdim edilib. Ona görə də xətt aydındır. Məqsədi də söylədim. Sadəcə, məsələ burasındadır ki, belə bir arzunun gerçəkləşməsinin mümkünatı yoxdur. Çünki ideyanın özü absurdun belə ötəsidir. Və ya: lap qanunu qəbul elədilər. Sonra? Bütün keçmiş SSRİ ərazisinə ordumu yeridəcəklər? Buna resursmu çatar? Xeyr, təbii. Bəs necə olacaq? Heç nə. Qanun gedəcək arxivə və gələcək nəsillər, Rusiyanın 10 il, 20 il sonrakı hakimiyyətləri üçün (guya) hüquqi baza yaranacaq ki, bax, birdən beyniniz çönsə bu qanundan yapışıb hərəkət edin, istila edin, işğal edin. Vəssalam. O da ki, bir daha təkrar edirəm, nağıldır, illüziyadır və heç bir zaman gerçəkləşməsi mümkün olmayan icraatdır.
SSRİ-nin tərkibindən kiminsə qanunsuz çıxmasına gəlincə isə onu söyləməliyəm ki, Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır. Çünki SSRİ formatı könüllülük prinsipinə əsaslanıb və hamının istədiyi vaxt bu birliyi tərk etmək hüququ olub".
Əli Orucov: "Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu arzunun reallaşmasını istənilən halda mümkünsüz sayır: "SSRİ-nin bərpası fərq etməz, ya siyasi, ya da hərbi güc yolu ilə mümkün deyil. Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib. Dünya düzəni də ictimai-iqtisadi formasiyada tamam fərqli yöndə inkişaf edir. SSRİ-dən ayrılmış keçmiş müttəfiq respublikalar da öz gələcəyini və yolunu seçib. Tarixin təkərini heç kəs geri fırlada bilməz. Digər tərəfdən, Rusiyanın nə iqtisadi, nə siyasi, nə də hərbi gücü yoxdur ki, hansısa formada bu utopiyanı gerçəkləşdirə bilsin. Ukrayna bataqlığından 1 ildən çoxdur ki, çıxa bilmir. Görün geridə neçə Ukrayna var. Doğrudur, Rusiyada imperiyapərəst qüvvələr və keçmişin nostalgiyasından çıxa bilməyənlər var. Onlardan biri də hakim "Vahid Rusiya" Partiyasından olan deputat Yevgeni Fyodorovdur. SSRİ-ni bərpa etmək istəyində olanlardan biri də RLDP-nin sabiq sədri Jirinovski idi, arzusu gözündə dünyadan köçdü. "Vahid Rusiya" Partiyasından deputat olmaq heç də o demək deyil ki, həmin partiyanın ümumi mövqeyini ifadə edir. Putinin özü SSRİ-nin süqutunu legitim hesab etməsə də, bu prosesi qanunauyğun sayıb və yenidən bərpanı mümkünsüz sayıb. Fyodorov çox yaxşı bilir ki, postsovet məkanındakı bütün münaqişələrin müəllifi və tətikçisi Moskvadır. Əgər Rusiya keçmiş müttəfiq respublikaları ilə mehriban və qarşılıqlı hörmətə, maraqların uzlaşdırmasına əsaslanan xarici siyasət yürütsə, belə münaqişə və gərginlik ocaqları qalmaz.
Rusiya nə qədər militarist və aqressiv siyasət yürüdəcəksə, bir o qədər təklənəcək, təcrid olunacaq. Qonşuları da öz təhlükəsizliklərini qorumaq üçün alternativlər axtarmağa məcbur olacaqlar. Hətta Rusiyanın forpostu olan Ermənistan Moskvadan qaçır. Məncə, Fyodorovun parlamentə SSRİ-nin bərpa edilməsi ilə bağlı təqdim edəcəyi layihə lap qəbul edilsə belə, heç nəyə yaramayacaq. Olsa-olsa neoimperialistlərin könlünü oxşayacaq, vəssalam. Hesab edirəm ki, Fyodorov kimiləri SSRİ-nin bərpası barədə deyil, Rusiya Federasiyasının özünün mövcudluğunun necə təhlükəyə düşdüyü barədə düşünsə, daha yaxşı olardı".
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
SİYASƏT
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT
“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
SİYASƏT
“Alternativ”dən yeni layihə: “FarmHER”
-
SİYASƏT
İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
SİYASƏT
Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
SİYASƏT
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
SİYASƏT
Bu məktəbə Natiq Qasımovun adı verildi