Şəhidin həyat yoldaşına agentlikdə iş verildi

Şəhidin həyat yoldaşına agentlikdə iş verildi
Vətən Müharibəsinin şəhidi Polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı işlə təmin edilib.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Toğrul Məmmədli məlumat verib.

O, polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədovanın agentliyin əməkdaşı olduğunu bildirib:

"Ötən gün efirə gedən Xəzər TV-nin «Vaxtı Gəldi» verlişinin qonaqları şəhid ailələrinin üzvləri idi. Qonaqlardan biri şəhid Polkovnik -leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədovadır. Qeyd edim ki, Tünzalə xanım Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində həmkarımızdır. Vətən müharibəsində şücaət göstərən şəhidimiz Soltan Məmmədovun həyat yoldaşı Tünzalə xanımın xatirələrini dinlədikcə onun simasında Azərbaycan qadınının necə mərd və fədakar olduğunu görə bilirik”.

Xəbər lenti