“Poz-qazan” bumunun sirri (ARAŞDIRMA)
22 Aprel 2022, 17:51
22 Aprel
2022
17:51
801
Azərbaycanda lotereya oyunlarına maraq yenidən artıb. Vətəndaşlar xüsusilə "poz-qazan” lotereya biletlərinə maraq göstərir.
Hər gün Bakı, Sumqayıt və ölkənin digər iri şəhər və rayonlarında insanların "poz-qazan” oynadığının şahidi oluruq.
Satışda hansı lotereya biletləri var?
Lotereya oyunlarına kütləvi marağın olmasına rəğmən, bununla bağlı müxtəlif iddialar da səsləndirilir.
Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq "poz-qazan” lotereyaları ilə bağlı araşdırma aparıb.
"Poz-qazan” lotereyaları "Azərlotereya” ASC-nin məhsuludur. Hazırda satışda olan "poz-qazan” lotereya biletləri aşağıdakılardır:
"40.000.000 Pul Yağışı”
"Brilliant 3”
"5X”
"Şans Ulduzu 4”
"Qızıl 5”
Bu kartların qiyməti uduş fonduna görə dəyişir. "40 000 000 Pul Yağışı” biletinin qiyməti 10, "Brilliant 3” və "5X” biletinin qiyməti 5, "Şans Ulduzu 4” biletinin qiyməti 2, "Qızıl 5” biletinin qiyməti isə 1 manatdır.
Lotereya biletlərinin uduş fondu nə qədərdir?
Vətəndaşları bu lotereya oyunlarının keçirilməsi ilə bağlı bir çox suallar maraqlandırır ki, yazıda həmin suallara cavab tapmağa çalışacağıq.
"Lotereyalar haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq, lotereyaların təşkili və keçirilməsi dövlət nəzarəti altında həyata keçirilən fəaliyyət növüdür. Bu sahə müxtəlif illərdə müxtəlif dövlət orqanları tərəfindən tənzimlənib. 1 yanvar 2022-ci il tarixindən etibarən lotereyaların təşkili və keçirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.
"Lotereyalar haqqında” Qanunun 6.5-ci maddəsinə görə tirajlı və ani lotereyaların uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az olmamalıdır. Bəs satışa çıxarılan lotereya kartlarının sayı və uduş fondu nə qədərdir?
"Azərlotereya” ASC-nin rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumatlardan aydın olur ki, satışa buraxılan lotereya biletlərində uduş fondu 50 faizdən artıqdır. Həmin məlumatları təqdim edirik:
"40 000 000 Pul Yağışı” kartı 6 000 000 ədəd buraxılıb. Uduşlu biletlərin sayı 1 642 227 ədəd, uduş fondunun məbləği 40 797 000 manatdır (68 %).
"Brilliant 3” lotereya biletlərinin ümumi sayı isə 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 611 525 ədəd, uduş fondunun məbləği 33 500 000 manatdır (67,0%).
"5X” lotereya biletlərinin biletlərinin ümumi sayı 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 602 704 ədəd, uduş fondunun məbləği – 33 500 000 manatdır (67,0%).
"Şans Ulduzu 4” lotereya biletləri 26 000 000 ədəd buraxılıb. Uduşlu biletlərin sayı 6 450 520 ədəd, uduş fondunun məbləği 32 322 400 manatdır (66,0%).
"Qızıl 5” lotereya biletlərinin ümumi sayı 60 480 000 ədəddir. Uduşlu biletlərin sayı 13 674 988 ədəd, uduş fondunun məbləği 38 244 160 manatdır (63,23%).
Bu məlumatlar lotereya biletlərinin arxa hissəsində də əks olunub. Yəni, hər bir oyunçu lotereya biletlərinin ümumi sayı, uduşlu biletlərin sayı və uduş fondu barədə məlumatlarla yerində tanış ola bilər.
Lotereya oyunlarına nəzarətin vacib formalarından biri hesabatlardır. "Azərlotereya” ASC -dən bununla bağlı sorğumuza cavab olaraq bildirilib ki, "Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyinə keçirilmiş ani lotereyaya dair üç növ hesabat təqdim edilir. Nazirlik isə qanunauyğun olaraq bu oyunların tənzimlənməsini sakini isə məlumatları təhlil edərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edir.
Hüquqşünas rəyi
Hüquqşünas Rəşad Əliyev deyir ki, lotereya oyunlarının keçirilməsi qanunsuz deyil: "Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur.
Azərbaycanda lotereyaların təşkili və keçirilməsinin qaydalarını, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və vəzifələrini "Lotereyalar haqqında” qanun müəyyən edir.
Bu qanuna görə, lotereya əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə keçirilir.
Qanunda lotereya təşkilatçısının vəzifələri və lotereya iştirakçılarının hüquqları nəzərdə tutulub.
Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar”.
Vətəndaşlar nə deyir?
Vətəndaşlar arasında apardığımız sorğudan məlum olur ki, "poz-qazan” lotereyalarında udanlar çoxdur. Oyunlara marağın artmasının əsas səbəblərindən biri də budur.
Bakı sakini Fərid Hüseynov deyir ki, tanıdığı xeyli sayda şəxsin bu oyunlardan uduşlu çıxmasından sonra "poz-qazan”a marağı artıb. "Müxtəlif məbləğlərdə udan adamlar tanıyıraş Şəxsən tanıdığım bir nəfər isə 25 000 manat udub. Yəni, udanlar var. Ona görə də mən də qərara aldım ki, bəxtimi sınayım”, - Bakı sakini deyib.
Sumqayıt sakini Afət Əliyeva isə bildirir ki, o lotereya oyunlarına əyləncə kimi yanaşır: "Açığı mən böyük pullar udmaq haqqında düşünmürəm. Bu mənim üçün sadəcə əyləncədir. Müşahidələrim göstərir ki, bu oyunu oynayanlardan tanıdıqlarımın çoxu da buna əyləncə kimi yanaşır. Şəxsən mən bir neçəsinin tanıyıram. Deyirlər ki, guya udanda pulları vermirlər. Amma mənim tanıdıqlarım udublar gedib pullarını da alıblar”.
"Poz-qazan”a marağı olmayan vətəndaşlar da var. Məsələn, Elnur Əliyev deyir ki, lotereya oyunlarına kütləvi maraq olmasına baxmayaraq o, indiyə qədər bircə bilet də almayıb: "Heç 1 manatlığını da almamışam. Bilirsiniz, bu nisyə söhbətdir. Nağd pulumu verim ki, bəlkə uddum, mənə lazım deyil, pulum cibimdə qalsa yaxşıdır”.
Firuz Əhmədov adlı vətəndaş isə "poz-qazan” oynamadığını şanssızlığı ilə izah edib: "Bir-iki dəfə sınamışam görmüşəm ki, şanssızam. Ona görə də oynamıram. Bu şans məsələsidir. Kimin bəxtinə düşdü-düşdü. Mənə düşmür”.
Yeri gəlmişkən, rəyini soruşduğumuz vətəndaşlar iri məbləğli uduşlar barədə məlumatlı deyillər. Yəni, onlar kiminsə 100 000, yaxud 200 000 manat udmasının şahidi olmadıqlarını deyiblər.
İri məbləğ qazananların adı niyə açıqlanmır?
"Azərlotereya” ASC-nin sosial media səhifələrində uduşlar barədə mütəmadi məlumat verilir. Lakin bu məlumatlar ümumi xarakter daşıyır. Yəni, udan şəxsin kimliyi barədə heç bir məlumat verilmir.
"Azərlotereya”ASC iri məbləğ qazanan vətəndaşlarının adlarının açıqlanmamasını belə izah edir: "Vətəndaşlar özləri adlarının açıqlanmasını istəmirlər. Əgər vətəndaş bunu istəmirsə, biz onun kimlyini açıqlaya bilmərik.
Qanun da buna imkan verimir. "Lotereyalar haqqında” qanunun 8-1.2-ci maddəsinə uyğun olaraq, lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz. Biz həm qanuna uyğun fəaliyyət göstərir, həm də qaliblərin istəyinə hörmətlə yanaşırıq, buna görə də, özlərinin razılığı olmadan qaliblərin adı açıqlanmır”.
Amma adlarının açıqlanmasını istəyən vətəndaşlar da var. Məsələn, bu günlərdə Ağcabədi rayon sakini Cahandar Süleymanov 200 000 manat udub və adının açıqlanmasına etiraz etməyib. Bundan sonra Cahandar Süleymanovun fotosu "Azərlotereya” ASC-nin sosial-media hesabında yerləşdirilib.
Həmçinin ASC-dən bildirilir ki, iri məbləğli uduşlar əsasən "Brilliant 3”, "5X” və "40 0000 000 Pul Yağışı” biletlərindədir. "Brilliant 3” və "5X”də ən böyük uduş 100 000, "40 000 000 Pul Yağışı” lotereya biletində isə 200 000 manatdır. ASC bu məbləğlərin dəfələrlə qazanıldığını bildirir.
Bəs böyük uduşlar əsasən hansı şəhər və rayonlarda qazanılıb? ASC-nin sosial media hesablarında böyük uduşların xəritəsi yerləşdirilib. Xəritədən aydın olur ki, böyük uduşlar demək olar ki, ölkənin əksər şəhər və rayonlarını əhatə edir.
Bəs lotereya oyunlarının dövlətə hər hansı xeyri varmı? Bu barədə növbəti yazımızda bəhs edəcəyik./qaynarinfo
Lobbi.Az
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!