MDU-da AMADA Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirildi

MDU-da AMADA Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirildi
7NEWS.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirildi.
Rektor Şahin Bayramov sosial media hesabında qeyd edir ki, iclasda Müşahidə Şurasının illik iş planını təsdiq edildi, müşahidə Şurasının Audit Komitəsini yaradıldı.
AMADA-nın icraçı direktoru tərəfindən təqdim olunan 2024-cü ilin fəaliyyət planını müzakirə edilib, Korporativ idarəetmə standartlarının tətbiqi və kənar auditorun cəlb olunması barədə qərarlar qəbul edilib.
 
 


Xəbər lenti