Erməni həyasızlığı sərhəd tanımır - Laçın postundakı təxribatın PƏRDƏARXASI

Erməni həyasızlığı sərhəd tanımır - Laçın postundakı təxribatın PƏRDƏARXASI
Laçın dövlət sərhəd xidmətindən buraxılış məntəqəsində baş vermiş erməni təxribatı və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hadisə xain düşmənin riyakarlığının növbəti nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, ermənilərin məqsədi bu idi ki, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törədilsin.

"Eyni zamanda həmin ətrafda xaos yaransın. Amma məqsədlərinə çata bilmədilər və heç vaxt da çata bilməyəcəklər. Üstəlik, onların bütün bənzər provokasiyaları mütləq bir şəkildə öz başlarında çatlayacaq.

Sadəcə məsələnin başqa bir tərəfi də var və həmin "tərəf” həqiqətən ciddi heyrət doğurur. Belə ki, qondarma rejimin nümayəndələri, bədnam təmsilçiləri iddia edirlər ki, Azərbaycan tərəfi məlum məntəqəni yaratmaqla guya bunları "blokada” vəziyyətinə salıb. Amma əsaslandıra bilmirlər ki, söhbət hansı blokadadan gedir. Bilirsinizmi niyə əsaslandıra bilmirlər? Çünki söylədikləri cəfəngiyyatdır. Absurddur! Orada heç bir blokadadan söhbət gedə bilməz. Azərbaycan sadəcə suveren torpaqlarında öz təhlükəsizliyinin təminatı ilə bağlı addımlar atır. Vəssalam! Üstəlik, bu addımlar günü-gündən genişlənəcək və daha tutumlu olacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan nə istəyirdi, nə arzulayırdı, nə təklif edirdi görəsən?

Düşünürdü ki, ağlı kəsən vaxt bizim torpaqların üzərindən silah-sursat, narkotik-filanmı daşıyacaq? Düşünürdü ki, törətdikləri və ya törətmək istədikləri göz görəsi təxribatlara qarşı susqunmu qalacağıq? Xeyr! Daha belə şeylər olmayacaq. Erməni fitnəkarlar cızıqlarından çox çıxsalar hələ daha sərt təpki ilə qarşılaşacaqlar və mövcud olan məntəqədən keçmək üçün Azərbaycana və bütün beynəlxalq aləmə minnətçi düşəcəklər.

Bir daha təkrar edirəm: Azərbaycan heç kimi blokadada-filan saxlamır. Azərbaycan yalnız və yalnız öz suveren torpaqlarında təhlükəsizliyi təmin edir və bundan sonra hər zaman belə olacaq”, - deyə deputat əlavə edib.

Xəbər lenti