Əli Hüseynli: “Brüssel görüşünün yekunları Azərbaycanın maraqlarını tam şəkildə əks etdirir”
07 Aprel 2022, 18:05
07 Aprel
2022
18:05
846
"Brüssel görüşünün yekununu Azərbaycan diplomatiyasının böyük nailiyyəti hesab etmək olar”.
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Birinci vitse-spiker bildirib ki, dünən Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş 4 saatlıq danışıqlar artıq geridə qalıb: "Bu formatda ilk görüş 14 dekabr 2021-ci ildə keçirilib. Söz yox ki, ötən dövr ərzində Azərbaycan Prezidentinin Brüssellə məsləhətləşmələri və əldə olunmuş intensiv əməkdaşlıq Aİ-nin vasitəçilik missiyasının imkanlarının genişlənməsinə də öz müsbət təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu möhkəm mövqe, nümayiş etdirdiyi güclü iradə və prinsipiallıq son nəticədə danışıqlarda fundamental anlaşmanın əldə edilməsi ilə nəticələnib. Bu formatda sayca ikinci olan üçtərəfli danışıqlara hazırlıq mərhələsi çərçivəsində aparılan araşdırmalar və qurulan təmaslar, görüşün gedişi və müzakirələrin nəticələri onu deməyə əsas verir ki, budəfəki görüş postmüharibə dövründə iki ölkə arasında sülhün təmin olunması istiqamətində başlanan yeni mərhələnin uğurla davam etməsi üçün daha böyük perspektivlər açır”.
Ə. Hüseynli danışıqların başa çatmasından dərhal sonra Şarl Mişelin səsləndirdiyi yekun bəyanata da münasibət bildirib: "Yekun bəyanatda da nəzərəçarpacaq nəticələrin əldə edildiyinin qeyd olunması Avropa İttifaqının da bu qənaəti bölüşdüyünü təsdiq edir. Bu, həm də "Brüssel formatı"nın təşəbbüskarı kimi tərəfsiz vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sivil münasibətlərin formalaşmasında maraqlı olduğuna işarədir. Hesab edirəm ki, burada pozitiv məqamların əldə olunmasında bundan öncə Avropa liderinin Bakıya səfəri zamanı Prezident İlham Əliyevin Şarl Mişellə apardığı müzakirələr də az rol oynamayıb. Qeyd etməliyəm ki, Prezident İlham Əliyev yalnız Azərbaycan tərəfinin irəli sürdüyü Yekun nizamlanmanın baza prinsipləri kimi danışıqlar prosesinin əsasını təşkil edəcək 5 baza tezisinin qəbul edilməsindən sonra danışıqlar prosesində iştirak etməyə razılıq vermişdi. Göründüyü kimi, yeni prinsiplərin əsası Azərbaycanın sərhədlərinin pozulmazlığı və ərazi bütövlüyü imperatividir.
Görüşün gedişində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Moskva bəyanatının müddəalarına tam əməl olunmasının zəruriliyi də qeyd olunub. Belə ki, Brüsseldə yekun sülh sazişinin bağlanması ilə bağlı hazırlıqlara başlamaq barədə razılığa gəlinib. Artıq Azərbaycan və Ermənistan liderləri xarici siyasət idarələrinin başçılarına bununla bağlı müvafiq tapşırıqlar veriblər. İkincisi, sərhədin delimitasiya və demarkasiyadır, tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıblar. Eyni zamanda nəqliyyat kommunikasiyalarının, dəmir yolu və avtomobil yollarının açılması və bərpası məqsədilə İqtisadi Məsləhət Şurasının yaradılması ilə bağlı mühüm qərar qəbul olunub”.
Birinci vitse-spiker diqqətə çatdırıb ki, Avropa İttifaqının işğal olunmuş ərazilərin minalardan təmizlənməsi və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlıların tapılmasında səylərin artırılmasında Azərbaycanı dəstəkləməyə hazır olduğu Şarl Mişelin bəyanatında bir daha təsdiqlənib:
"Danışıqlarının yekun sənədində "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidinin adının çəkilməməsi, "Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz siyasi və hüquqi statusunu itirmiş ATƏT-in Minsk qrupunun xatırlanmaması Azərbaycan diplomatiyasının ən böyük nailiyyətlərindəndir. Bu, o anlama gəlir ki, Aİ-nin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların yeni formatı yaradılır və sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcək. Bu mexanizm qoşunların təmas xəttində sabitliyin pozulması cəhdlərini minimuma endirir və sərhəddə vəziyyətin tam miqyaslı şəkildə normallaşmasına zəmanət verir. Danışıqlar prosesində bütün bu irəliləyişləri nəzərə alaraq Brüssel görüşünün yekununu Azərbaycan diplomatiyasının böyük nailiyyəti hesab etmək olar. Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ savaşının yaratdığı yeni geosiyasi reallıqlar fonunda son dövrdə bölgədə inkişaf edən proseslər və əldə olunmuş nəticələr Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlik proseslərin əsas aktoru olan Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu daha da artıran müsbət amillərdir”.
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)