Deputat "Qurban bayramı" aksiyasına start verdi

Deputat
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində Ucar rayonunda bir çox şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə qurban payları təqdim edilməkdədir, həmçinin vətəndaşların problemləri və onları narahat edən məsələlər öyrənilib. 

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə "Türkiyə Yüz İli Platforması”na, Missiya Media Qrupuna və bu xeyirxah aksiyaya qoşularaq dəstək vərən hər kəsə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edək ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

Son olaraq bildiririk ki, "Qurban bayramı" aksiyası Ucar rayonundan olan yüzlərlə ailəni əhatə edəcəkdir.
 
 








 

Xəbər lenti