Azərbaycanın təklif etdiyi sülh konsepsiyasından başqa çıxış yolu yoxdur - TƏHLİL
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünənki intervüsündə Ermənistana və bütövlükdə haylara yönəlik səsləndirdiyi fikirləri mən ikinci Qarabağ savaşından sonra edilən bəlkə də, sonuncu sülh xəbərdarlığı kimi qiymətləndirirəm.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bəli, dövlət başçımızın dedikləri özünün təkcə tonu yox, qətiyyətli konkretliyi ilə də sülhə çağırışdan çox sülh xəbərdarlığı idi. Yəni o demək idi ki, seçim etmələri üçün haylara ayrılan vaxt bitir. Paradoksal görünəcək, amma, fikirmcə, edilən xəbərdarlığı Ermənistan baş nazirinə verilən bir dəstək kimi də qiymətləndirmək olar. O baxımdan ki, revanşizm haqqında düşünən, "bəlkə də qaytardılar" xülyasıyla yaşayan bütün haylara açıq, açıq olduğu qədər də qətiyyətli bir dillə Ermənistanın başında kim durur-dursun, çox yaxın perspektivdə üzləşəcəkləri iki reallıq çatdırıldı. 1)Qarabağdakı haylar orda qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tapınmalıdırlar, əks təqdirdə torpaqlarımızı tərk etməldirlər. Dirəniş göstərməyə qalxsalar, ən üzdə olan 3 separatçı ünsürləri- Köçəryan, Sərkisyan və Ohanyan sayaq "iti qovan kimi” qovacağıq. Bu "üçlüyün” indi Qarabağda burunlarının ucu belə görünürmü? Yox, görünmür və görünməyəcək. Eyni taleni Moskvadakı son təlimatlandırılmadan sonra xeyli cəsarətlənmiş Araik Harutyunyanla başının dəstəsi də yaşayamalı olacaq. Yəqin onlar Azərbaycan Prezidentinin Rusiyanın Qarabağdakı hərbi kontingentindən bəhs edərkən "müvəqqəti qaydada yerləşdirilmiş” sözlərininin nə anlam daşıdığını da bilməmiş deyillər. 2) Ermənistan Qarabağdakı hayların subyektliyini artırmaq üçün onları Azərbaycanla Rusiya, Fransa və ABŞ arasında geosiyasi sövdələşmə obyektinə çevirmək yönündə cəhdlərə son qoymazsa, nə baş verəcəyini də Prezidentimiz açıq şəkildə dilə gətirdi: "Bu gün Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Yəni guya ilanın əli ilə Seyid Əhmədi vurmağa çalışan Ermənistan düşmənçiliyini dayandırmasa, əlindən İran da tutmayacaq. Tutsa belə, bu, vəziyyəti dəyişməyəcək. Ona görə dəyişməyəcək ki, Azərbaycan ordusu ikinci Qarabağ savaşı zamanı olduğundan "indi qat-qat güclüdür” (Prezident sözü!). Üstəlik, bu il büdcəyə ediləck düzəlişlər nəticəsində artırılacaq xərclərin önəmli bir hissəsi ordunun daha da gücləndirilməsinə yönəldiləcək. Yəni təkcə hayrlara yox, onlardan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa çalışanlara da pozuculuq əməllərini davam etdirmələri üçün "münbit zəmin” buraxılmır. Prezidentimizin xəbərdarlığı səsləndirilən gün Ermənistan baş nazirinin özünə xas bəzi sərsəmləmələrə yol versə də, nisbətən praqmatik mövqe ortaya qoyması artıq manevr imkanlarının qalmadığını deyəsən onun da anladığını göstərir. Parlamentdəki çıxışı zamanı Paşinyanın səsləndirdiyi bu sözlər hər halda belə düşünməyə əsas verir: "Heç kim bizim gəlişərək öz gücümüzü başqalarına qarşı yönəldib ölkəmizin sərhədlərini genişləndirməyimizlə barışmayacaq. Əks təqdirdə başqalarının gündəmində nəinki ölkəmizin gəlişməsinin yolunu kəsmək, dövlət kimi var olmamızın qarşısını almaq duracaq. Belə bir vəziyytdə bizə kimsə kömək göstərməyəcək. Bu, nəzəriyyə deyil, mən reallıqdan danışıram”. Mümkündür ki, Paşinyan Makron, yaxud da başqa biri ilə telefon danışığından sonra yenə reallıq hissini itirsin. Ancaq dünənki intervüsündən də göründüyü kimi cənab İlham Əliyev bu məsələdə yetərincə nikbindir. Nikbinliyi isə ondan irəli gəlir ki, keçən ilin oktyabr ayında "Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib”. Bununla yanaşı regionda real sülhün yaranması, ölkəsini, eləcə də xalqını üzləşə biləcəkləri fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir: "Əgər "A” deyibsə, "B” də deməlidir. "Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”. Beləliklə, Salyanda "ASAN xidmət” mərkəzinin qarşısında verdiyi intervüdə Azərbaycan Prezidenti Qarabağdakı haylarla ermənistadakılara düşdükləri vəziyyətdən çıxmağın ən ağrısız və asan yolu göstərdi, indi artıq ona əməl etmək qalır.”
"Prezident İlham Əliyevin ölkəmizin bölgələrinə səfərləri hər zaman yeni iş yerlərinin, sosial obyektlərin, yolların, infrastruktur layihələrinin açılışı ilə xarakterizə olunur. Bu baxımdan Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri mühüm əhəmiyyətə malikdir.”
Bunu 7NEWS.az-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: " Prezident səfər çərçivəsində görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Sözsüz ki, dövlət başçısının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir. Deputat 2004-cü ildən icrasına başlanan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının bu mənada xüsusi önəmə malik olduğunu qeyd edib: "Məhz regionların inkişafına dair dördüncü dövlət proqramının uğurlu nəticələri artıq ölkəmizin bütün regionlarında özünü açıq şəkildə göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. Bu gün Azərbaycan özünün reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişafa nail olub. Sözsüz ki, icra edilən inkişaf layihələri və dövlət proqramlarının nəticəsi olaraq Azərbaycanın bütün regionlarının dəyişən, yeniləşən siması göz önündədir. Azərbaycan televiziyasına müsahibəsində ölkə başçısı ölkəmizin bölgələrinin inkişaf konsepsiyalarından da bəhs edib. Prezident İlham Əliyev qeyd edib ki, "Bu gün ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Dövlətimizin başçısı Azərbaycan televiziyasına müsahibəsində bir çox mühüm məsələlərlə yanaşı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, eləcə də Ermənistanda keçirilən beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması ilə bağlı məsələyə də münasibət bildirib. Ölkəmizin başçısı bir daha sülh prosesində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil olduğunu vurğulayıb. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpağında törətdiyi vəhşiliklərə, barbarlığa, dağıntılara baxmayaraq, II Qarabağ müharibəsindən sonra ölkəmiz tərəfindən beynəlxalq hüquqa uyğun beş prinsip əsasında sülh təklif edilib. Proseslərin gedişi göstərir ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh konsepsiyasından başqa çıxış yolu yoxdur. Bu gün regional və qlobal miqyasda söz sahibi olan Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması onun özünə xeyir gətirəcək. Bununla da Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olunacaq. Bu da bölgədə sabitliyi, təhlükəsizliyi inkişafı təmin edən başlıca amildir. Bu baxımdan erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Almatı sənədlərinə uyğun olaraq tanıdığını bildirirsə, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etməlidir. Məhz bundan sonra Azərbaycana qarşı ərazi iddiası və başqa məsələləri bir daha gündəmə gətirməməklə bağlı öhdəlik götürməlidir. Bunun nəticəsində bölgədə qalıcı sülhə nail olmaq mümkündür. Əks addımlar sözsüz ki, Ermənistan üçün fəlakət ola bilər”.
Millət vəkili bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi İrəvanda beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması Ermənistanın bir dövlət kimi mahiyyətinin beynəlxalq ictimaiyyətə bir daha açıq nümayişi idi: "Bu ölkə beynəlxalq idman yarışlarında öz üzərində düşən öhdəlikləri belə icra edə bilmir. Eyni zamanda Azərbaycan bayrağına qarşı məhz bu barbarlıq edilən zaman Ermənistan dövlətinin rəhbərliyi də həmin zalda olub və onların gözü qarşısında bu "olay” baş verib. Hadisənin məhz Ermənistan rəhbərliyinin gözü qarşısında baş verməsi bu çirkin olayın məhz onlar tərəfindəın öncədən planlaşdırıldığını təsdiqləyir. Azərbaycan Prezidenti də bu məsələyə münasibət bildirərkən qeyd edib ki, "Bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Məhz bu xəbərdarlıq Ermənistan cəmiyyətindəki bütün millətçilər, şovinistlər, revanşistlər üçün bir dərs olmalıdır. Ermənistanın siyasi rəhbərliyi isə gözləri önündə olan bu iyrənc olaya hüququ qiymət verməkdə belə çətinlik çəkib. Həmin iyrənc əməli törədən şəxs polisə aparılsa da sonradan heç nə olmamış kimi sərbəst buraxılıb və onun ağlında olanlar da onu "alqışlarla” qarşılayıblar. Əslində bu hadisə erməni cəmiyyətində sülh, barışıq, nifrət tandeminin növbəti bir xarakteri idi”.
Sevinc Hüseynova qardaş Türkiyəni Ermənistanda keçirilən beynəlxalq yarışda təmsil edən idmançıların öz qələbələrini Azərbaycana həsr etməsinin isə dostluğumuzun, qardaşlığımızın təzahürü olduğunu söyləyib: "Qardaş Türkiyə idmançıları İrəvanda qələbə qazanaraq Azərbaycana da birlik, həmrəylik mesajı verdilər. Bu bizm birliyimizi, istənilən sahədə olan həmrəyliyimizi təcüssüm etdirən tarixi bir hadisə idi”.
Nail Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.15
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...