Azay Quliyev: Xalqımız həmişə olduğu kimi, Vətən müharibəsində də Prezidentimizin yanında oldu

Azay Quliyev: Xalqımız həmişə olduğu kimi, Vətən müharibəsində də Prezidentimizin yanında oldu
Bu günlər Azərbaycan xalqı üçün sevincli gündür. Biz bir neçə gündən sonra Zəfər bayramımızı qeyd edəcəyik. Ötən ilin bu günləri Azərbaycan xalqı Ordumuzun şücaəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Zəfər qazandı. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Biz 200 il ərzində ilk dəfə idi ki, itirilən torpaqlarımızı işğaldan azad edirdik. Bu da tarixi hadisə kimi Azərbaycanda hər zaman xatırlanacaq.

Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, deputat Ayaz Quliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə, xalqımız həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsində də Prezident İlham Əliyevin yanında oldu. Bu Qələbənin qazanılmasında xalq-iqtidar birliyinin böyük payı oldu. Çünki Azərbaycan Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bu da bizi Qələbəyə daha da yaxınlaşdırdı. Vətən müharibəsində əsas pay təbii ki, hərbçilərimizindir. Onların igidliyi, cəsarəti, vətənpərvərliyi olmasaydı, Qələbə qazanmaq mümkün olmazdı. Onlar öz canlarını, qanlarını Vətən uğrunda fəda etdilər. Azərbaycan xalqı hər zaman onlara minnətdar olacaq. Onların xatirəsi Azərbaycanın Zəfər tarixinin qızıl hərfləri kimi daim xatırlanacaq.

Xəbər lenti