Azay Quliyev: “ATƏT ərazisindəki uzanan münaqişələrin həllində ikili yanaşma yolverilməzdir"
05 İyul 2019, 14:21
05 İyul
2019
14:21
1751
ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı Hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib.
ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib.
Azay Quliyev cənab Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib: "Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bəyannamələrinin təşkil etdiyinə dair məruzəçinin prinsipial mövqeyini bölüşürəm. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritetləri sırasında olmalıdır.
Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir.
Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir”.
ATƏT PA-nın vitse-prezidenti Qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin qəbuledilməz olduğunu və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmədiyini vurğulayıb.
Azay Quliyev mövqeyini əsaslandırmaq üçün deputatların diqqətini 3 məsələyə çəkib: "Birincisi, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur.
İkincisi, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir. Bunların hamısı gözardı edilməsi mümkün olmayan faktlardır.
Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandıra bilmərik, ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olmuşdur.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birlikdə Dağlıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km2 təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km2 təşkil edir.
Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin ötürülməsinə gətirib çıxara bilməz”.
Azay Quliyev deyib ki, Assambleya üzvlərinə regional təşkilat olan ATƏT PA-nın icrası məcburi və hüquqi baxımdan mütləq olan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tam və qeyd-şərtsiz olaraq həyata keçirilməsini təşviq etməli olduğunu xatırlatmağa ehtiyac yoxdur: "Bu baxımdan ümid edirəm ki, siz 10-cu maddənin ilkin redaktəsini dəstəkləyəcəksiniz. Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama