ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi – SHUSHAPOST YENİ FORMATDA (FOTO+VIDEO)
14 iyun 2018-ci il tarixdə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində QHT Şurasının dəstəyi ilə maliyyələşən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının növbəti layihəsi "ShushaPost.az – 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı” adlı layihənin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan "ShushaPost.az – 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı” adlı layihənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv cəmiyyətə çatdırmaqdan ibarətdir. ShushaPost.az saytı 3 ilə yaxındır ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına yalnız Azərbaycan dilində fəaliyyət göstərib. Şura 2 aylıq layihə çərçivəsində saytın rus dili versiyasının da yaradılmasına imkan yaradıb.
Tədbiri giriş sözü ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova açaraq təmsil etdiyi qurum haqqında iştirakçılara geniş məlumat verdi.
Daha sonra "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova çıxış edərək bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışdı. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu və bu kimi mövzulara hər zaman həssas yanaşıldığını, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırdığını diqqətə çatdırdı.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə haqında geniş məlumat verdi. ShushaPost.az saytının 3 ilə yaxındır ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərdiyini dedi: "ShsushaPost.az saytı ilkin mərhələdə 2016-cı ildə Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində yaradılıb. Lakin layihə bitdikdən sonra da biz ASGA olaraq layihəni dayandırmadıq və bu illər ərzində öz şəxsi imkanlarımız hesabına ayaqda saxladıq. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm. hesab edirəm bu layihəyə dəstək bundan sonra da olacaqdır”
Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə münaqişə ətrafında baş verən proseslərə saytların müdaxiləsinin mütləq olduğunu dedi.
Sonra gənc alim, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə innovativ yanaşmanın vacib olduğunu dedi. O, bu proseslərdə yeni medianın rolunun vacib olduğunu bildirdi.
Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gənclər arasında təbliğinin vacib olduğunu dedi.
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri müxtəlif dillərdə beynəlxalq tribunalara daşınmasının vacib olduğunu dedi.
Məlumat üçün qeyd edək ki, tədbirdən sonra 20-yə yaxın sayt rəhbəri, politoloqlar, ekspertlər mövzu ətrafında disskusiya aparıblar.
Sonra tədbirin bədii hissəsinə start verilib. Balaca fidanların hazırladıqları vətənpərvərlik kompozisiyası tədbir iştirakçılarında xoş əhval–ruhiyyə yaradıb.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
Digər xəbərlər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
ABŞ-da yaşayan azərbaycanlı blogger
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Avropa İttifaqının Bakıdakı rəsmisi Diaspor Komitəsinə gəldi
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Şimali Kipr Türk Cumhuriyyətində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
“Loqos” da “Xocalı Şikəstəsi” romanının təqdimatı keçirilib.
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm"-VİDEO
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
"Qarabağ"ı erməni klubu kimi təqdim etdilər - Rus kanalından təxribat