“Xanım jurnalistə iftiranın arxasında Əli Kərimli dayanır...” - DEPUTAT

“Xanım jurnalistə iftiranın arxasında Əli Kərimli dayanır...” - DEPUTAT

"Ayrı vaxt mənəviyyatdan danışır, kişilikdən danışır, namusdan-qeyrətdən danışır, amma daldada ətrafındakı quldurlara, siyasi kamikadzelərə tapşırıq verir ki, Azərbaycanın sayılıb-seçilən xanım jurnalistinə iftira atsınlar. Və həmin iftiranı atırlar da. Yapışmasa da atırlar. Ləyaqətsizcəsinə atırlar. Binamuscasına atırlar!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hamıya gün kimi aydındır ki, məsələnin arxasında Əli Kərimli dayanır. Tapşırıq ondan gəlib, iftiranın sifarişini o verib və sosial şəbəkələrdəki təpkini görəndən sonra geri çəkilib, statusu pozdurub.

Bu addımın adı vicdansızlıqdır. Üstəlik, cinayətdir.

Əli Kərimliyə tövsiyyəm budur ki, həmin tapşırıqları verib insanları şərləmək əvəzinə, bir addımlığında qərarlaşan kəslərin şəxsi reputasiyasına nəzər salsın. Bax o zaman bir nüansı dəqiq təsbit edəcək: Ən böyük rəzil, ən böyük utanılacaq adam özüdür. Ki, belələri ilə əl verib görüşür, belələrini ətrafına yığıb və özü də zaman keçdikcə belələrindən biri olub!

Hədəfə alınan xanım jurnalist bu ölkənin ən dəyərli insanlarından biridir. Sonuna qədər müdafiəsindəyik. Əli Kərimli və onun ətrafı həmin xanımın dırnağının tozu belə ola bilməz.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti