“Fransa parlamentini sirkə çeviriblər” - Bakıdan növbəti reaksiyalar

23 Yanvar 2024, 13:47
23 Yanvar
2024
13:47
320
Fransanın Azərbaycana qarşı qərəzli münasibəti, ikili standartlara söykənən siyasəti bitmək bilmir. Ölkələrarası münasibətlərdə gərginlik son günlərdə daha da artıb. Görünən odur ki, Makron Fransası II Qarabağ savaşında, son olaraq da ötən ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarında erməni terrorçularının darmadağın edilməsini, Xankəndidəki separatçı rejimin tarixin zibilliyinə gömülməsini qəbullana bilmir.
Qeyd edək ki, Bakı-Paris münasibətlərindəki son gərginliyə səbəb ötən həftə Azərbaycan əleyhinə Fransa Senatının növbəti dəfə qətnamə qəbul etməsi oldu. Senat üzvləri həyasızcasına Azərbaycanı "Qarabağa hərbi təcavüz etməkdə”, ermənilərə qarşı "etnik təmizləmə”də ittiham etdi.
Azərbaycan tərəfinin isə bu həyasızlığa cavabı dərhal gəldi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat yaydı.
Bəyanatda Senatın qətnaməsi qərəzli, birtərəfli və əsassız adlandırıldı. Həmçinin bəyanatda Fransaya qarşı sanksiyalar çağırışı da yer aldı...
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev burada itirən tərəfin rəsmi Paris olduğunu vurğuladı: "Fransanın hazırda bizə göstərdiyi münasibət heç bir məntiq və əndazəyə sığmır. Bunlar ancaq erməni təşviqi ilə hərəkət edirlər, erməni diasporunun dili ilə danışırlar, erməni cildinə girərək müxtəlif məkanlardan, məsələn, Senatdan peydahlanırlar. Amma olmamalıydı belə. Fransa belə bir yanlışa imza atmamalıydı. Əsas da bilirsinizmi nəyə görə? Ona görə ki, Azərbaycan Fransaya qarşı uzun illər ərzində bir dəfə də olsun ədalətsizlik etmədi, qeyri-adekvat münasibət göstərmədi, Fransanın ayağını tapdalamadı, iki dövlət arasında hansısa gərginliyə səbəb olacaq addım atmadı. Amma bunun əvəzində Fransa neylədi? Ard-arda riyakarlıq, həqarət nümunələri sərgilədi, erməni fətvası ilə özünü ucuzlaşdırdı, Azərbaycanın dost münasibətini, bu günə qədər Fransada reallaşdırdığımız layihələri, elədiyimiz yaxşılıqları, verdiyimiz dəyəri, qoyduğumuz hörməti görməzdən keçdi.

Elşən Musayev: "Biz Fransaya daha çox lazımıq”
Hazırda mövzu ilə bağlı ən çox verilən sual da belədir: Bundan sonra nəyisə dəyişmək, yaxşılığa doğru düzəltmək mümkündürmü? Şəxsən mən inanmıram. Çünki artıq Fransa tərəfindən bütün qırmızı xətlər keçilib. Üstəlik, aşırı, nadanca, nankorca keçilib.
Fransa bizə nə qədər lazımdır, bilmirəm. Amma orasını dəqiq bilirəm ki, biz Fransaya onların bizə lazım olduğundan ən azı yüz dəfə daha çox lazımıq. Ona görə də dinamika bu şəkildə davam etsə, itirən biz yox, Fransa olacaq.
Gündə yüz qətnamə çıxarsınlar. Nə mənası? Nə əldə edəcəklər? Nə dəyişəcək? Hədəflərinə çata biləcəklərmi? Əsla və əsla!
Fransa da, onun Senatı da, senatorları da, qətnamələri də bizim üçün heç kim və heç nədir! Biz belə şeylərə öyrəncəliyik. Həqiqətən gülməlidir. Özlərini kloun kimi aparırlar. Çünki parlamentlərini sirkə çeviriblər.
Hesab edirəm ki, Fransa düşmənçiliyini artan xətt üzrə davam etdirsə, Azərbaycan tərəfindən çox ciddi addımlar atılacaq. Və məlum kontekstdə bütün ikitərəfli münasibətlərin dayandırılması, səfirliklərin öz fəaliyyətlərinə xitam verməsi də istisna deyil".

Bəhruz Məhərrəmov: "Fransa xalqı iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir”
Deputat Bəhruz Məhərrəmov diqqətə çatdırdı ki, dövlətlərarası münasibətlər bir qayda olaraq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulur: "Münasibətlərin inkişafı adətən iqtisadi və ticari əsaslara söykənir, mədəni-humanitar əsaslarla möhkəmlənir. Dövlətlər arasında fikir ayrılığı, fərqli siyasi maraqların toqquşması yaşandıqda belə, ölkələr bir qayda olaraq gərginliyin ticari və humanitar əlaqələri zədələməməsinə çalışır. Yəni daha konkret desək, ticari və mədəni bağlar ən çətin günlərdə belə dövlətlərarası körpü rolunu oynayır. Bu gün Fransa-Azərbaycan münasibətlərini təhlil edərkən aydın görünür ki, əgər Fransa beynəlxalq hüquqa hörmətlə yanaşarsa, Paris və Bakı arasında siyasi əlaqələrin gərginləşməsi üçün heç bir zəmin qalmaz. Yəni münasibətlərin gərginləşməsi real əsaslara və Fransanın özünün dövlət maraqlarına ziddir. Lakin Makron rejiminin yürütdüyü siyasət bu gün Fransanın Cənubi Qafqazdakı dövlət maraqlarının lobbi maraqlarına qurban verildiyini göstərir. Üstəlik, Makron iqtidarının səbatsızlığı yalnız siyasi mövqelər yox, Fransanın Cənubi Qafqazdakı iqtisadi perspektivlərinin də bloklanmasına səbəb olmaqdadır. Xüsusən Fransanın Azərbaycana münasibətdə sanksiyalardan bəhs etməsi Paris üçün zərərli və ağılsız populizmdən başqa bir şey deyil. Rəsmi statistikaya görə, bu gün Fransanın Gürcüstan və Ermənistanla ticarət dövriyyəsi birgə götürüldükdə Azərbaycan-Fransa ticari dövriyyəsindən geri qalır. Azərbaycanın Fransada münasibətlər korlanacağı halda iqtisadi zərbəyə səbəb olacaq köklü investisiyası yoxdur. Əksinə, Fransa Qafqazda ən çox məhz Azərbaycana investisiya qoyub, "Total" şirkətlər qrupunun timsalında ən iri Fransa şirkətləri Azərbaycanla əməkdaşlıq edir. Bu reallığın fonunda Fransanın Azərbaycana münasibətdə sanksiyalardan dəm vurması, sadəcə, siyasi yarıtmazlıq, qeyri-adekvat və isterik davranışdır.
Üstəlik, Azərbaycanın Şərqlə Qərb arasında özünün körpü rolunu artırdığı, Avropanın nəhəng enerji təchizatçısına çevrilməkdə olduğu, habelə Orta Asiya üçün Avropadan yeganə təhlükəsiz dəhlizə çevrildiyi bir vaxtda. Təbii ki, Azərbaycan heç bir dövlətlə münasibətlərinin, ələlxüsus iqtisadi münasibətlərin zərər görməsini arzulamır, o cümlədən Fransa ilə ticari tərəfdaşlığın pozulmasında maraqlı deyil. Lakin münasibətlərin hazırkı mərhələyə qədəm qoyması Bakının yox, birbaşa Parisin təqsiridir. Hesab edirik ki, Fransa xalqı, o cümlədən fransız iş dünyası bu proseslə bağlı artıq mövqe göstərməli, Fransanın iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir. Əks halda, Fransanın Cənubi Qafqazdakı məğlubiyyəti siyasi və iqtisadi müstəvilərdə qalmaqla kifayətlənməyəcək".
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov