“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT

“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
"Arif Hacılının oğlunun həbsi ilə bağlı xəbəri dünən eşitdim. Açığı, heç onun törətdiyi qəza barədə məlumatlı deyildim. Təfərrüatları oxuyandan sonra bildim ki, məsələ nə yerdədir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hadisədir. Əlbət, hamının başına gələ bilər və kimsə belə şeylərdən sığortalanmayıb. Amma Arif bəy öz "feysbuk” statusunda məsələni niyə siyasiləşdirməyə çalışıb, bax sadəcə söhbətin orasını anlaya bilmədim. "Müsavat” başqanı hətta belə bir cümlə işlədib: "Mübarizəni bizimlə aparın, övladlarımızla yox.”

A bəy, nə mübarizə? Hansı mübarizə? Nəyinizlə mübarizə? "Müsavat”da kim qalıb ki, mübarizə aparaq? Buxarla, məchulla, hava ilə, yoxluqla mübarizəmi aparılar?

İndi neyləsin istintaq orqanı? Oğul maşınla adam vuranda atanı tutsun? Yoxsa qanuna yeni bir bənd əlavə edək ki, siyasi mənsubiyyəti olan müxalifətçilərin övladları cinayət törədəndə valideynlər məsuliyyət daşıyır? Nə məntiqdir bu? Nə yanaşmadır bu? Siyasi fəaliyyətlə, siyasət adı ilə niyə yeri gəldi-gəlmədi manipulyasiya edirsiz?

Çıxmadığınız oyun, danışmadığınız şey qalmayıb. Söz azadlığınız qalsın bir yana, təhqir azadlığınız belə tanınıb. Ağlınıza gələni edirsiz, hər cür anti-milli fəaliyyət göstərirsiz. Amma bu günə qədər bir adamın sizinlə işi olmayıb. Və indi düşünürsən ki, kimsə sənin övladınla ədavətmi aparacaq? Xeyr, Arif Hacılı. Yanılırsan! Bu hakimiyyət bütün siyasi, mənəvi sərhədləri tanıyır. Həmin sərhədi tanımayan sizlərsiz. Qurşaqdan aşağı zərbələr sizin kurasiyanızdadır. Fürsətçillik sizin strategiyanızdır.  

Partiya sədri daha sonra bunları deyib:

"Hətta arada xəbər dolaşdı ki, sürücü sükan arxasında içkili olub. Təbii, bu barədə dəqiq məlumatım yoxdur və konkret nəsə deyə, babal yuya bilmərəm. Amma bir anlıq düşünəndə ki, qəzanı törədən şəxsin atası Arif Hacılıdır, sadəcə o detala görə içki məsələsi adamın ağlına batır.

Nəhayət. Baş vermiş hadisə və törədilmiş əməl detallı, təfsilatlı araşdırmadan sonra öz obyektiv qiymətini alacaq. Buna kimsənin şübhəsi olmasın. Əsas da Arif Hacılının.”
 

Xəbər lenti